Dillərin genetik təsnifatı

Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən törədiyi qəbul edilir.

Çoxu dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur.

Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəblə, alt hissələrinə də dil qolları deyilir. Bəzi dillər, heç bir ola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn Yunanca, Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir.

Köklərinə görə təməl dil ailələri bunlardır:

Hind-Avropa dilləri[redaktə | mənbəni redaktə et]

Avropa qolu[redaktə | mənbəni redaktə et]

  1. German qrupu: ingilis, alman, holland, afrikaans, isveç, norveç, dan, island, idiş.
  2. Roman qrupu: fransız, ispan, italyan, portuqal, rumın, katalon, provansal, sefard.
  3. Slavyan qrupu: rus, ukrayna, belorus, serb, xorvat, bosniya, bolqar, makedon, sloven, slovak, çex.
  4. Baltik qrupu: Pruss (ölü dildir), litva dili, latış dili.
  5. Kelt qrupu: breton, qall, irland, şotland, kernevek (İngiltərənin Kornuoll bölgəsində), vall, men.
  6. Yunan qrupu:
  7. Alban qrupu:

Hami-Sami dilləri ailəsi[redaktə | mənbəni redaktə et]

Sami dilləri[redaktə | mənbəni redaktə et]

Ərəb, ivrit, arami, süryani və Tunis dilləri, Həbəş–zənci dilləri və ölü dil sayılan akkad dili.

Misir dilləri[redaktə | mənbəni redaktə et]

Qədim Misir dili, qibti dili.

Liviya və Bərbər dilləri[redaktə | mənbəni redaktə et]

Liviya dili, Bərbər dili

Çin-Tibet dilləri[redaktə | mənbəni redaktə et]

Çin, Tibet və Birma dilləri.

Bantu dilləri[redaktə | mənbəni redaktə et]

Orta və Cənubi Afrikada danışılan Bantu dilləri.

Qafqaz dilləri[redaktə | mənbəni redaktə et]

1.Abxaz-Adıq qrupu

Qafqaz dillərinin şimal-qərb qrupu. Buraya abxaz, abaza, ubıx, adıgekabardin-çərkəz dilləri daxildir.

2.Kartveli qrupu

Şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrellaz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazcameqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırki Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir.

3.Nax-Dağıstan qrupu

Ural-Altay dilləri[redaktə | mənbəni redaktə et]

Ural dilləri[redaktə | mənbəni redaktə et]

  1. Fin–uqor qolu: Fin, lapland, macar, uqor.
  2. Samoyet qolu: Samoyet dilləri.

Altay dilləri[redaktə | mənbəni redaktə et]

Türk dilləri ailəsi, monqol, mancur, tunquz, koreya və yapon.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]