Dilim

Dilim
43°04′17″ şm. e. 46°37′53″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1617
Sahəsi
  • 31,6 km²
Mərkəzin hündürlüyü 655 m
Əhalisi
Əhalisi
  • 10.014 nəf. (2019)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368140, 368141
Xəritəni göstər/gizlə
Dilim xəritədə
Dilim
Dilim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dilim (avar. Дилим) — Dağıstanda kənd (aul).

2022

Tərkibindəki yeganə yaşayış məntəqəsi olaraq kənd qəsəbəsi statusu daşıyan bir inzibati vahidliyi təşkil edir yaradır[2].

Coğrafi yerləşməsi[redaktə | mənbəni redaktə et]

Kənd Mahaçqaladan 108 km qərbdə yerləşir. Ən yaxın qatar stansiyası olan Xasavyurt isə 22 km şimaldadır. Kəndin cənub hissəsindən Sebetar çayı axır. Kənd dəniz səviyyəsindən 655 m yüksəklikdə yerləşir. Sahəsi - 31,6 km².

Tarixi[redaktə | mənbəni redaktə et]

1930-cu ildən Kazbekov rayonunun mərkəzi rolunu oynayır.

B.Q. Əliyev bildirir ki, kəndin adı çeçen mənşəlidir və "dil" mənasını verir. Belə ki, kənd uzadılmış dilə bənzəyir. Bir vaxtlar nənddə noqaylar yaşayırdı. Çeçenlərin davamlı hücumları səbəbindən noqaylər kəndi tərk etdilər. Onların kəndi tərk etməsindən sonra Qünibski rayonundakı Soqratl kənddən iki qardaş və bir bacı bu ərazidən torpaq alır və bu yerlərə yerləşdi.

İlk yerləşənlərdən üç nəsil meydana gəlmişdir[3].

Tarix elmləri namizədi Ç. M. Həşimovun məlumatına görə, Dilim kəndi avar Brital və ögey qardaşı çeçen Çuqurlan tərəfindən qurulmuşdur.

Saladavianın bu versiyasına görə, Britalın xalası bir çeçenlə (Çugur-lan oğlu) evləndi. Brital qan davası üzündən qohumu Çugurlan üçün Çeçenistana getdi. Nəticədə iki ailə Dilim kəndini qurdu.


Qafqaz müharibəsindən əvvəl Dilim üç dəfə dağıdılmışdır. Kəndi bərpa etmək üçün Miatlı, Zubutli, Burtunai və Xubar kəndlərindən əhaliu kəndə köçürülmüşdür.

Avqustun sonlarında Şamil çeçen Darqosundan Dilimə yollanır. Bu zaman atlı və piyada çeçenlər, digər qonşu xalqlar onunla birlikdə kəndə üz tutur[4].

Kənddə ilk məscid Şamilin imamətio dövründə qurulur.

Əhalisi[redaktə | mənbəni redaktə et]

2002-ci il siyahıyaalınmasına əsasən kənddə 7537 nəfər əhali yaşayır. Onlardan mütləq əksəriyyəti (99,1%) avarlardır.

Həmçinin yaşayırlar:

qumuqlar — 20 nəf. (0,3 %)

ruslar — 13 nəf. (0,2 %)

darginlər — 10 nəf. (0,1 %)

çeçenlər — 9 nəf. (0,1 %)

laklar — 9 nəf. (0,1 %)

digərləri — 7 nəf. (0,1 %)[5]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.gks.ru/free_doc/doc_2019/bul_dr/mun_obr2019.rar.
  2. "Закон Республики Дагестан от 13 января 2005 года № 6 «О статусе и границах муниципальных образований Республики Дагестан»". 2015-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  3. Б.Г. Алиев «предания, памятники, исторические зарисовки о Дагестане». С.45)
  4. "ОЛЬШЕВСКИЙ М. Я. КАВКАЗ С 1841 ПО 1866 ГОД". 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  5. Описание села Дылым на сайте районной администрации[ölü keçid]