Davradibi

Davradibi
38°43′19″ şm. e. 48°36′54″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 609 m
Saat qurşağı
Əhalisi
Əhalisi 379 (2009) nəfər
Xəritəni göstər/gizlə
Davradibi xəritədə
Davradibi
Davradibi

DavradibiAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisi 379 nəfər.[2]

Toponimiyası[redaktə | mənbəni redaktə et]

Davaradibi kəndi Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Davar (Tavar/Davar dağının ətəyində olduğu üçün həmin dağın adındandır) və dib (ətək, Aşağı hissə) komponentlərindən düzəlib (burada -a bitişdirici sait, -i mənsub.Şəkilçisidir), "Davar dağının ətəyi, dibi" mənasındadır. Davardibi variantında da qeydə alınan bu oykonim yerli əhalinin dilində Dəvrəbın kimi tələffüz olunur, Bın Talış dilində "ətək, dib" deməkdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.218