Dan Anderson

Dan Anderson
Doğum tarixi 6 aprel 1888(1888-04-06)[1][2][…]
Vəfat tarixi 16 sentyabr 1920(1920-09-16)[2][3][…] (32 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, şair, bəstəkar, tərcüməçi
Fəaliyyət illəri 1914-cü ildən
Əsərlərinin dili isveç dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daniel (Dan) Anderson (Dan Andersson, 6 aprel 1888[1][2][…]16 sentyabr 1920[2][3][…], Stokholm) — İsveç yazıçısı və şairi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Dan Anderson Dalarnada, Skattlösberqdə müəllim ailəsində doğulub.Valideynləri: Adolf Anderson və Auqust Şerp. Skattlösberq fin torpaqları (finnmarker) adlanan cənubi Dalarnada yerləşirdi.Erkən gənclikdə o,meşədə və xalq məktəbində müəllim işləmişdir.Ailə çətin yaşayırdı, ona görə də onu 1902-ci ildə ailəsi onu Amerikaya göndərmək qərarına gəldi.Lakin ailəsinə yazdığı məktubda Amerikada şəraitin İsveçdən yaxşı olmadığını xəbər verdikdən sonra atası onu geri çağırır.Ailə 1905-ci ildə Skattlösberqdən gedir, lakin 1911-15 ci illərdə yenə hal-hazırda şairin muzeyi yerləşən Skattlösberqdə,Luossada yaşayır.Burada Dan Andersson hekayə və şeirlər yazırdı, hansı ki, böyük hissəsi «Kolarhistirier» və «Kolvaktarens visor»dan ibarətdir.1914-15-ci illərdə Andersson Brunsvik adlı xalq məktəbində oxuyur.Həmin vaxtlarda o, tanınmış şair olur , şeir və mahnılar yazır.Bunların bəzisi müasir dövrdə də daha məşhurdurlar: «Till min syster» (Mənim bacıma),«Jungman Jansson» (Yunqman Yanson).Anderson özü akordeonda və skripkada çalırdı. 1917-18-ci illərdə Anderson "Nü tid" (Göteborq) qəzetində çalışmağa başlayır, Redyard Kiplinq Bodlerin şeirlərini isveç dilinə tərcümə edir.1918-ci ildə aktyor və trubadur Qunnar Turessonun bacısı Olqa Turessonla evlənir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Dan Andersonun şeirlərində Frödinq, Karlferd, Kiplinq, Suinberq, Şarl Bodlerin təsiri hiss olunur.Anderssonun yaradıcılıq mirasına çoxlu şeir və mahnılar, «Kolvaktarens visor», «Svarta ballader» (Qara balladalar) daxildir,hansı ki,aralarında «En spelmans jordfärd» (Musiqiçinin dəfni), «Jungman Jansson», «Till min syster» (Mənim bacıma),«Omkring tiggarn från Luossa» (Luossadan yoxsul səyahətçi), «Spelmanen» (Musiqiçi), «En tröstesam visa till idealisten och läraren Angelman» (İdealist və müəllim Anqelmana təsəlliedici mahnı) xüsusi ilə məşhurdur.O, prozalar da yazırdı. «Kolarhistirier» (Kömür hekayələri) və «Det kallas vidskepelse», 1916 (Bu,mövhumat adlanır) hekayələri tarixçi Öran Heqqin fikrinə görə yalnız Dan Anderson tərəfindən yazıldığına görə maraqlıdır. «De tre hemlösa»,1918 (Üç evsiz) və «David Rammas arv»,1919 (Devid Rammın mirası) romanları da uğursuz hesab olundu.

Ölümü[redaktə | mənbəni redaktə et]

Dan Anderson 1920-ci il 16 sentyabr tarixində Stokholmda "Helman" otelinin 11-ci nömrəsində zəhərlənmədən vəfat edir.O, paytaxta sosial-demokrat qəzetin jurnalisti kimi gəlmişdi.Dan Anderson Lüdvikdə (Dalarna) Lüviken kilsəsinin həyətində dəfn edilmişdir.

Dan Anderson müasir dövrdə[redaktə | mənbəni redaktə et]

1979-ci illərin əvvəlində «Omkring tiggarn från Luossa» mahnısı milli top-siyahıda (Svensktoppen) çox uzun müddət qalmışdır.Dan Andersonun mahnılarının ifaçları kimi ilk növbədə özünəməxsus ifası olan Sofiya Karlssonu, həmçinin Qunde Yuhansson, Torsteyn Berqman, Staffan Hellstrand, Rolf Vikström, Per Sörman, Dan Viktoru göstərmək olar.İoakim Toström "Blek Cim" adlı melodiyanı Dan Andersona həsr etmişdir (Blek Cim-Dan Anderssonun jurnalist ləqəbidir).

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Merkedager: fødselsdager, stiftelsesdatoer, begivenheter. Oslo: Biblioteksentralen, 1989. ISBN 82-7022-061-2
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Dan Andersson // Encyclopædia Britannica (ing.).