Dalya Qribauskayte

Dalya Qribauskayte
lit. Dalia Grybauskaitė
12 iyul 2009 – 12 iyul 2019
ƏvvəlkiValdas Adamkus
SonrakıGitanas Nausėda
Şəxsi məlumatlar
Doğum tarixi (68 yaş)
Doğum yeri Vilnüs, Litva
Partiya
Təhsili
  • Corctaun Universiteti[d]
Fəaliyyəti siyasətçi, diplomat, iqtisadçı, universitet müəllimi[d]
Dini katolisizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[1], iqtisadiyyat[1]
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dalya Qribauskayte(Dalia Grybauskaitė) - Siyasətçi və iyul 2009-cu ildən 2019-cu ilədək Litva Respublikasının 9-cu Prezidenti olmuşdur. Litva Respublikasının ilk qadın prezidenti olan Qribauskayte, daha əvvəl xarici işlər nazirinin müavini, maliyyə nazirliyi və maliyyə proqramlaşdırma və Avropa Birliyi komissiyasının üzvü vəzifələrində çalışıb[2].

Həyatı[redaktə | mənbəni redaktə et]

Dalya Qribauskayte 1 mart, 1956-cı ildə Litva Respublikasının Vilnüs şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin ekonomika fakültəsində oxuyub. Universiteti 1983-cü ildə bitirən Qribauskayte elə o il də Vilnüsə qayıdıb. Qayıtcağın da o, Litva Elmlər Akademiyasında çox ilginc bir işə düzəlib. Bununla yanaşı, o, 1983-1990-cı illərdə Vilnüs Ali Partiya Məktəbində müəllim işləyib. Qribauskayte 1988-ci ildə Moskvada Sov.Kommunist Partiyası MK yanındakı İctimai Elmlər Akademiyasında namizədlik dissertasiyasına yiyələnib. 1990-1091-ci illərdə Vilnüs Ekonomika İnstitutunda elmi katib işləyib. 1991-1993-cü illərdə Litva Respublikasının Beynəlxalq İqtisadi Əlaqələr Nazirliyi Avropa Departamentinin müdiri işləmişdir. Qribauskayte 1991-2009-cu illərdə Avropa Birliyi Azad Ticarət Müqaviləsi qüvvəyə minəndə Litva Respublikasını təmsil edib. Yardım Koordinasiya Komitəsinə sədrlik edib. Qısa bir müddət sonra, Aİ - Litva Missiya Fövqəladə və Səlahiyyətli Naziri seçilib. Orada, Aİ Avropa Sazişi üçün əvvəl müzakirəçisi müavini və Brüssel Milli Yardım Koordinasiya nümayəndəsi kimi çalışıb.

AB-də qazandığı uğurlarına görə, “The Wall Street Journal” 2004-ci ildə Qribauskayteni Marqaret Tetçerə bənzədərək “dəmir ledi” adlandırıb. “European Voice” həftəliyi 2005-ci ildə Qribauskayteni AB büdcəsi ilə bağlı reforma çalışmalarına görə “İlin komissarı” adlandırıb. 2008-ci ildə Qribauskayte Litvada “İlin qadını” adlandırılıb. Bu, Qribauskayte Litva hökumətininin iqtisadi siyasətini kəskin tənqid etdiyi vaxtlarda olub.

Prezidentliyi[redaktə | mənbəni redaktə et]

Dalya Qribauskayte 26 fevral 2009-cu ildə rəsmən prezident seçkiləri üçün namizədliyini açıqlayıb. Seçki 17 may 2009-cu il tarixində həyata keçirilib. Qribauskayte 68.18% səs ilə seçkilərdə qələbə qazanaraq yalnız Litva Respublikasının ilk qadın prezidenti deyil, prezident seçkilərində ən böyük fərqlə səs qazanan insan olub. 2014-cü ildə o, ikinci dönəm prezident seçilib.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Dalya Qribauskayte evli deyil. Övladı yoxdur. Əvvəllər Litvanın "sarı" mətbuatda şayiələr onun qeyri-ənənəvi seksual oriyentasiyası barədə yazırdı, o özü bu şayiələri təkzib etdi [1]. Karate üzrə qara kəmərə sahibdir[3]. Litva dili ilə yanaşı, ingilis, polyak, rus dilini bilir, həm də fransızca anlayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Grybauskaitė, Dalia // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "Qadın prezidentlər - Qız qarıyan, parik taxan, əcnəbiyə ərə gedən xanım dövlət başçıları - SİYAHI". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-27.
  3. "Arxivlənmiş surət". 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-27.