Daştatük

Daştatük
38°41′05″ şm. e. 48°44′59″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 92 m
Saat qurşağı
Əhalisi
Əhalisi 801 nəfər
Xəritəni göstər/gizlə
Daştatük xəritədə
Daştatük
Daştatük

DaştatükAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd

T

Coğrafi mövqeyi[redaktə | mənbəni redaktə et]

Kənd Talış dağlarının ətəyindən ətəyində yerləşir. Biləsər kəndindən 8 km aralı. Hirkan milli parkının ərazisinə daxildir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisi 901 nəfərdir. Məşğulluq sahəsi əkinçilik və maldarlıqdır.[mənbə göstərin]

Tarixi[redaktə | mənbəni redaktə et]

Bəzən Daşdatük variantında da qeydə alınan bu oykonimin düzgün variantı Daştətükdür. Kəndin adı talış dilindəki daşt (çöl, düzən) və tük (çəltik sahəsi) sözlərindən düzəlib (-ə bitişdirici saitdir), "çəltik əkilən düzənlik" deməkdir. Keçmişdə çəltik həyətyanı, yaxud da kəndin kənarında əkinə yararlı sahələrdə becərilirdi. Əhali belə sahələri daştətük adlandırırdı. Tədricən həmin əkin sahəsi yaşayış məntəqəsinə çevrilmiş və kənd də əkin sahəsinin adı ilə adlandırılmışdır.[mənbə göstərin]

Din[redaktə | mənbəni redaktə et]

Kənddə Daştatük kənd məscidi dini icması fəaliyyət göstərir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]