Dağlıq Qarabağ Muxtar Vilayəti

Wikipedia open wikipedia design.

Disambig.svg Bu məqalə Dağlıq Qarabağ Muxtar Vilayəti haqqındadır. Dağlıq Qarabağ üçün Dağlıq Qarabağ səhifəsinə baxın.
Нагорно-Карабахская автономная область
Dağlıq Qarabağ Muxtar Vilayəti
7 iyul 1923[1]26 noyabr 1991[2]
Statusumuxtar vilayət
PaytaxtıXankəndi
Rəsmi dilləriazərbaycanca
Tarixi 
• Yaranması
7 iyul 1923[1]
• Süqutu
26 noyabr 1991[2]
Ərazisi
• Ümumi
  • 4.388 km²
Valyutasımanat

Dağlıq Qarabağ Muxtar VilayətiAzərbaycan SSR-in dağlıq Qarabağ bölgəsində 1923-1991-ci illərdə mövcud olmuş inzibati ərazi vahidi.

Tarixi[redaktə | əsas redaktə]

1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır.[4]

1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

1987-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi.

Bunun ardınca, 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdir. Lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır.[5]

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub.[6] Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən salınıb və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.[7]

İnzibati ərazi quruluşu[redaktə | əsas redaktə]

Dağlıq Qarabağ Muxtar Vilayətinə Əsgəran, Hadrut, Ağdərə, Martuni, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil olmuşdur.[8]

Əhalisi[redaktə | əsas redaktə]

DQMV əhalisi (1989 sa.)[9][10][11]
İnzibati-ərazi vahidi Ermənilər Azərbaycanlılar Digərləri Cəmi
Xankəndi ş. ə/d 52 607 3 385 713 56 705
Ağdərə 40 085 6 200 762 47 047
Xocavənd 23 103 4 997 102 28 202
Əsgəran rayonu 15 623 5 123 208 20 954
Şuşa rayonu 1 430 18 679 265 20 374
Hadrut rayonu 12 555 1 932 ... 14 487
DQMV, cəmi 145 403 40 316 2 050 187 769

İstinadlar[redaktə | əsas redaktə]

  1. s:Azәrbaycan Sovetlәri Mәrkәzi İcraiyyә Komitәsinin Dağlıq Qarabağ Muxtar Vilayәtinin yaradılması haqqıda Dekreti
  2. s:Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanunu
  3. НАСЕЛЕНИЕ НАГОРНОГО КАРАБАХА, НАГОРНО-КАРАБАХСКАЯ АО (1989 г.)
  4. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. 1918-1925.Документы и материалы, с. 152-153
  5. Armenia, Azerbaijan, and Georia Country Studies, Area Handbook Series, Federal Reserch Division Library of Congress, 1994, ISBN 0-8444-0848-4, pp. 19-21.
  6. AZƏRBAYCAN RESPUBLIKASININ DAĞLIQ QARABAĞ MUXTAR VILAYƏTINI LƏĞV ETMƏK HAQQINDA Azərbaycan Respublikasının Qanunu
  7. Svante Cornell, "Turkey and the Conflict in Nagorno Karabakh: A Delicate Balance", Middle Eastern Studies Journal (Frank Cass Publications, London), Vol 34, No. 1, January 1998, pp. 51-72
  8. "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR Ali Sovetinin Qanunu
  9. Dağlıq Qarabağ 1920-1980-ci illərdə
  10. Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу
  11. Всесоюзная перепись населения 1989 года. Распределение городского и сельского населения областей республик СССР по полу и национальности

Mənbə[redaktə | əsas redaktə]

  • Bəxtiyar Qaraca (2013-02-16). "«DQMV» - Qarabağın sızlayan yarası" (azərb.). Azərbaycan Qəzeti. 2016-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  • "AZƏRBAYCAN » Qarabağ" (azərb.). president.az. 2016-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-13.
  • "DAĞLIQ QARABAĞIN SONUNCU RƏSMİ statusu" (azərb.). mediaforum.az. 2010-12-02. 2016-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-13.

Həmçinin bax[redaktə | əsas redaktə]

Vikimənbədə Dağlıq Qarabağ Muxtar Vilayəti ilə əlaqəli məlumatlar var.

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek