Düz bağırsaq
Düz bağırsaq | |
---|---|
![]() Həzm sistemi (sxematik) | |
Latınca | Cecum |
Qrey | subyekt 249 1183 |
Sistem | Həzm |
Arteriya | Yuxarı və orta düz bağırsaq arteriyaları |
Vena | Yuxarı və orta düz bağırsaq venaları |
Sinir | Aşağı düz bağırsaq siniri |
Limfa | Aşağı çöz limfa düyünləri |
MeSH | Rectum |
Dorlands/Elsevier | 12697487 |
![]() |
Düz bağırsaq - lat. rectum; yun. proktos yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək lat. articulatio sacroiliaca sinistra — sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda lat. anus adlanan dəlik vasitəsilə xaricə açılır. Bu dəlik olan hissə 2,5-3 sm uzunluğunda, dairəsi isə 5-9 sm olub və anus kanalı — lat. canalis analis adlanır. Düz bağırsağın uzunluğu 15-20 sm olub kiçik çanaqda omanın ön səthində, kişilərdə sidikliyin, toxum kisəciyinin və prostat vəzinin arxasında və qadınlarda isə uşaqlıq ilə uşaqlıq yolunun arxasında yerləşmişdir. Düz bağırsaq sagital istiqamətdə iki: çıxıq tərəfi arxaya baxan oma əyriliyinə — lat. flexura sacralis, önə baxan aralıq əyriliyinə — lat. flexura perinealis malikdir. Frontal istiqamətlərdə isə əyrilikləri çoxdur və sabit deyillər.
Düz bağırsağın yuxarı, oma əyriliyinə müvafiq olan hissəsi lat. pars pelvina — çanaq hissə adlanır və aşağı getdikcə 8-16 sm arasında tərəddüd edən düz bağırsaq ampulunu — lat. ampulla recti təşkil edir. Düz bağırsaq çox nəcislə dolarsa ölçüsü 30-40 sm qədər arta bilir. Cərrahiyədə düz bağırsaq beş: ampulüstü, yuxarı, orta, aşağı ampul və aralıq hissəyə bölürlər. Düz bağırsağın xarici səthində zolaqlar və çömçələr yoxdur; selikli qişasında aypara püküşlər əvəzində köndələn büküşlər — lat. plicae transversales recti və boylama büküşlər — anus sütunları — lat. columnae analis (columnae rectales Morgagni —BNA) vardır. Düz bağırsağın əzələ qişası iki: xarici boylama və daxili həlqəvi qatdan təşkil olunmuşdur.
Mənbələr[redaktə | mənbəni redaktə et]
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979
- Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie[ölü keçid]