Dünyamalı Məmmədov

Dünyamalı Məmmədov
24 noyabr 1995 – 12 noyabr 2000
Seçki dairəsi1995 — 96 nömrəli Cəlilabad şəhər
Şəxsi məlumatlar
Doğum tarixi 3 sentyabr 1952(1952-09-03) (71 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Politexniк İnstitutuSosial İdarəetmə və Politologiya İnstitutu

Dünyamalı Böyükxan oğlu Məmmədov (3 sentyabr 1952, Həziabad, Astraxanbazar rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Dünyamalı Məmmədov 1952-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Həziabad qəsəbəsində anadan olub.[1] Azərbaycan Politexnik İnstitutunun İnşaat bölməsində, Sosial İdarəetmə və Politologiya İnstitutunun isə Politologiya bölməsində ali təhsil alıb.[1] Rus dilini bilir.[1] Bitərəfdir.[1] Ailəlidir, üç övladı var.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 96 nömrəli Cəlilabad şəhər dairəsindən bitərəf namizədi olan Dünyamalı Məmmədov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Dünyamalı Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının və Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "MƏMMƏDOV Dünyamalı Böyükxan oğlu". www.meclis.gov.az (az.)). 01.01.2022. Archived from the original on 2022-07-07. İstifadə tarixi: 01.01.2022.
  2. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "I çağırış Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.