Dümbək

Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir.

Quruluşu[redaktə | mənbəni redaktə et]

Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür. [1]

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan ənənəvi musiqi atlası - Dümbək". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-03.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]