Con Vilks But

Con Vilks But
ing. John Wilkes Booth
Doğum tarixi 10 may 1838(1838-05-10)[1][2]
Vəfat tarixi 26 aprel 1865(1865-04-26)[1][2][…] (26 yaşında)
Vəfat səbəbi güllə yarası[d]
Vətəndaşlığı
Fəaliyyəti aktyor, yazıçı, teatr aktyoru, cinayətkar, qatil
Fəaliyyət illəri 1855-ci ildən
IMDb ID6144028
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Uilks But (ing. John Wilkes Booth; 10 may 1838[1][2]26 aprel 1865[1][2][…]) — 14 aprel 1865-ci ildə ABŞ prezidenti Abraham Linkolna Vaşinqtondakı Ford teatrında sui-qəsd təşkil edən amerikalı teatr aktyoru.

Butun atası tanınmış Şekspir rolları ifaçısı Cunius Brutus But və anası Meri Anna Holms 1821-ci ildə İngiltərədən ABŞ-yə köçmüşlər. Ailə Harford Kauntidə, Merilenndəki Bel-Erdə bir ferma satın almışdır. Con Uilks But 10 may 1836-cı ildə bu fermada anadan olmuşdur. Ona ailənin uzaq qohumu olduğu iddia edilən ingilis radikal siyasətçi Con Uilksin adı verilmişdir. Butun uşaqlığının keçdiyi ev "Tudor Holl" ailənin Harford Kauntidəki torpağında 1847-ci ildə inşa edilmişdir və bu gün də qalmaqdadır.

Con Uilks Butun prezidenti öldürdükdən sonra axtarışa verilən şəkli

Sui-qəsd[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Avraam Linkoln sui-qəsdi

Butun atası Cunius Brutus But XIX əsrin tanınmış teatr aktyorlarından biri idi. O, özü də 1860-cı illərdə ABŞ-də artıq istedadlı teatr aktyoru kimi tanınırdı. But Konfederasiya hakimiyyətinin tərəfdarı idi və Cənubun vətəndaş müharibəsində məğlub olması onu qəzəbləndirmişdi. Bununla yanaşı o, Linkolnun köləliyi ləğv edən qanununa da qarşı çıxmışdı. But və onun rəhbərlik etdiyi bir qrup sui-qəsdçi Konfederasiyanın köməkliyi ilə prezident Abraham Linkoln, vitse-prezident Andryu Conson və xarici işlər naziri Uilyam Sevardın öldürülməsini planlaşdırırdılar.

1867-ci il Tudor hall

14 aprel 1865-ci ildə Linkoln və arvadı "Amerikalı əmioğlumuz" adlı teatr tamaşasını izləmək üçün Ford teatrına gəldilər. Lojada Linkolndan başqa Klara Harris adında bir qadın qonağı və mühafizəçisi mayor Razbone də vardı. Bu vaxt teatrın aktyorlarından Con Uilks But lojanın önünə gələrək günlərdir ən incə detallarına qədər hazırladıqları planı işə saldı. But işini ehtiyatlı tutmuşdu, o bir necə həftə əvvəl ölkə başçısının teatra gələcəyini öyrənincə, hazırlıqlarına sürət vermiş, tamaşanı dəfələrlə seyr etmiş, tamaşaçıların xüsusilə hansı səhnəyə güldüyünə diqqət yetirmişdi. Daha sonra Linkolnun oturacağı lojanın qapısında içərini görə bilməsi üçün kiçik bir dəlik açmışdı. Hadisə baş verən gün But lojanın önünə gəlib kiçik dəlikdən içəri baxmışdı. Linkoln və yanındakılar tamaşanı böyük maraqla izləyirdilər. Tamaşanın tamaşaçıların ən çox güldüyü hissəsi başlayanda o, qapını açaraq lojaya girmişdi. 22:15-də atəş səsi tamaşaçıların qəhqəhələrinə qarışmış, Avraam Linkolnun başı qana bulanmışdı. Mayor sui-qəsd edənin üzərinə atılsa da, But bu dəfə bıçağından istifadə edərək onu yerə yıxmış və lojadan səhnəyə tullanaraq nə baş verdiyini anlamayan tamaşaçıların çaşqın baxışları qarşısında arxa qapıdan qaçmışdır. Prezident yaralı halda prospektin qarşısındakı Peterson Haus-a aparılmış, səhərisi gün saat 07:22-də həyata gözlərini yummuşdur. Bu, ABŞ-də prezidentlərə qarşı törədilər ilk sui-qəsd hadisəsi olaraq tarixə keçmişdir.

Həmin gecə xarici işlər naziri Svord evində iri gövdəli bir adamın hücumuna məruz qalmışdır. O, Svordu boğarkən arvadının, oğlunun və xidmətçisinin cəld tərpənməsi nəticəsində qaçmağa məcbur olmuşdur. Yenə həmin gecə, başqa bir sui-qəsdçi vitse-prezident Consonun evi qarşısında gəzib dolaşmış, lakin içəriyə girməyə cəsarət etməmişdir. Bir gecə içində Amerika Birləşmiş Ştatlarını idarə edən üç şəxsi öldürmək cəhdindən yalnız biri baş tutmuşdur. Sui-qəsdçilərdən təkcə But öz vəzifəsini müvəffəqiyyətlə icra edə bilmişdi. But sui-qəsddən sonra atı ilə əvvəlcə Merilendin cənubuna, sona isə şimalına getmişdi. O, məhz burada bir fermada on iki gün sonra ABŞ əsgərləri tərəfindən mühasirəyə alınmışdır. Onun yanında olan cinayətkarlardan biri təslim olmuş, But isə intihar etmişdir. Sui-qəsdçilərdən səkkizi mühakimə olunmuş və günahkar hesab edilmişlər. Az sonra onlardan dördü asılmışdır. Asılanlardan biri qadın idi.

Uzun illərdir ki, bir çox tədqiqatçı-yazar Butun təqibçilərindən qaça və sonra başqa bir ad altında ölmüş ola biləcəyini ehtimal edirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 John Wilkes Booth // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 John Wilkes Booth // Internet Broadway Database (ing.). 2000.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]