Con Hiks

Con Hikk
John Richard Hicks
Doğum tarixi
Doğum yeri Varvik, İngiltərə İngiltərə
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Blokli, İngiltərə İngiltərə
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Elm sahələri İqtisadiyyat
Neo-Keyns iqtisadiyyatı
İş yerləri London İqtisadiyyat Məktəbi
Mançester Universiteti
Naffild Kolleci, Oksford
Təhsili
  • Balliol kolleci[d]
Tanınır IS/LM modeli
Kapital nəzəriyyəsi, istehlakçı nəzəriyyəsi, ümumi müvazinət nəzəriyyəsi, rifah nəzəriyyəsi, stimullaşdırılmış innovasiya
Üzvlüyü
Mükafatları Nobel mükafatıİqtisadiyyat üzrə Nobel mükafatı (1972)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ser Con Riçard Hikk (ing. Sir John Richard Hicks) (8 aprel 190420 may 1989) — britaniyalı iqtisadçı və XX əsrin ən mühüm və təsiredici iqtisadiyyatçılarından biridir. Onun tanınmış işlərindən mikroiqtisadiyyata aid olan istehlakçının tələbi nəzəriyyəsi, həm də makroiqtisadiyyatda Keyns baxışını yekunlaşdıran IS/LM modeli (1937) olub. Onun Dəyər və Kapital (1939) kitabı dəyər və ümumi müvazinət nəzəriyyəsini xeyli zənginləşdirib. Əvəzini verən tələb funksiyası Hikkin şərəfinə adlandırılmışdır.

1972-ci ildə o (birgə olaraq) ümumi müvazinət nəzəriyyəsindərifah iqtisadiyyatında ilk kəşf edici işlərinə görə İqtisadiyyat üzrə Nobel mükafatını alıb.[2]

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Hikk 1904-cü ildə Varvikdə anadan olmuşdur. Onun atası yerli qəzetin jurnalisti olub. O, Klifton Kolleci (19171922) və Balliol Kollecində (19221926) təhsil alıb, və riyaziyyat təqaüdləri ilə maliyyələşdirilib. Məktəb günlərində və Oksfordda birinci ilində riyaziyyat üzrə ixtisaslaşıb, amma eyni zamanda ədəbiyyattarix ilə maraqlanırdı. O, 1923-cü ildə Oksfordda "təzə məktəb" kimi sayılan "Filosofiya, Siyasət və İqtisadiyyat" şöbəsinə keçdi, və onu ikinci dərəcəli fərqlənmə (Britanyadaki tələbə qiymətləndirməsi sisteminə uyğun olaraq) ilə bitirib. Hikk özü demişkən, "hər öyrədiyim fənn üzrə tələblərə cavab verməyən qiymətlər ilə".[3]

1930-cu ildə Hikk müvəqqəti mühazirəçi kimi London İqtisadiyyat və Siyasət məktəbində yer alıb. İlkin olaraq o əmək üzrə iqtisadiyyatçı kimi işləyib sənaye əlaqələrini təsvir edirdi, amma sonra o təhlilə keçib və öz riyazi bilikləri tətbiq etməyə davam edib. Ona təsir göstərənlər bunlar olub: Laynel Robbins (ing. Lionel Robbins) və kolleqalar Fridrix fon Hayek (ing. Friedrich von Hayek), R.G.D. Allen, Nikolas Kaldor (ing. Nicholas Kaldor), Abba Lerner – və nəhayət Ursula Veb (ing. Ursula Webb), 1935-ci ildən onun həyat yoldaşı.

1935-1938 müddətində o Kembricdə mühazirə verib, və eyni zamanda Gonville & Caius Collecin əməkdaşı olurdu. O, əsasən Dəyər və Kapital yazmaq ilə məşğul idi və Londonda etdiyi işinə əsaslanırdı. 1938-dən 1946-cı ilə qədər o Mançester Universitetində professor kimi çalışıb. Məhz orada o rifah iqtisadiyyatı və onun sosial mühasibata tətbiqi haqqında əsas işini görüb. 1946-cı ildə o Oksforda qayıtdı, ilkin olaraq Natfild Kollecində tədqiqat əməkdaşı kimi (19461952), sonra isə Siyasət İqtisadiyyatı üzrə Drummond Professoru kimi (19521965), və axırda "Ol Souls" Kollecində tədqiqat əməkdaşı kimi (19651971) işlədi, harada ki o, öz yazmaqlarını təqaüdə çıxdıqdan sonra davam edirdi. 1989-cu ildə o, vəfat etdi.

1964-cı ildə Hikk cəngavər adına layiq görüldü, 1972-ci ildə isə İqtidadiyyat üzrə Nobel mükafatının birgə alıcısı olub (Kennet Arrou (ing. Kenneth J. Arrow) ilə birlikdə). Öz mükafatını o London Məktəbinin kitabxanasında bağışladı.[4]

Seçilmiş işlər[redaktə | mənbəni redaktə et]

  • 1932, 2nd ed., 1963.The Theory of Wages. London, Macmillan.
  • 1934. "A Reconsideration of the Theory of Value," with R. G. D. Allen, Economica.
  • 1937. "Mr Keynes and the Classics: A Suggested Interpretation," Econometrica.
  • 1939. "The Foundations of Welfare Economics", Economic Journal.
  • 1939, 2nd ed. 1946. Value and Capital. Oxford: Clarendon.
  • 1940. "The Valuation of Social Income," Economica, 7:105–24.
  • 1941. "The Rehabilitation of Consumers' Surplus," Review of Economic Studies.
  • 1942. The Social Framework: An Introduction to Economics.
  • 1950. A Contribution to the Theory of the Trade Cycle, Oxford: Clarendon.
  • 1956. A Revision of Demand Theory, Oxford: Clarendon.
  • 1958. "The Measurement of Real Income," Oxford Economic Papers.
  • 1959. Essays in World Economics, Oxford: Clarendon.
  • 1961. "Measurement of Capital in Relation to the Measurement of Other Economic Aggregates", in Lutz and Hague, editors, Theory of Capital.
  • 1965. Capital and Growth. Oxford: Clarendon.
  • 1969. A Theory of Economic History. Oxford: Clarendon. Scroll to chapter-preview links.
  • 1970. "Review of Friedman", Economic Journal.
  • 1973. "The Mainspring of Economic Growth" Arxivləşdirilib 2006-04-25 at the Wayback Machine, Nobel Lectures, Economics 1969-1980, Editor Assar Lindbeck, World Scientific Publishing Co., Singapore, 1992.
  • 1973. Autobiography for Nobel Prize
  • 1974. "Capital Controversies: Ancient and Modern", American Economic Review.
  • 1975. "What Is Wrong with Monetarism", Lloyds Bank Review.
  • 1976. Economic Perspectives. Oxford: Clarendon
  • 1979, "The Formation of an Economist." Banca Nazionale del Lavoro Quarterly Review, no. 130 (September 1979): 195-204.
  • 1980. "IS-LM: An Explanation," Journal of Post Keynesian Economics.
  • 1981. Wealth and Welfare: Vol I. of Collected Essays in Economic Theory. Oxford: Basil Blackwell.
  • 1982. Money, Interest and Wages: Vol. II of Collected Essays in Economic Theory. Oxford: Basil Blackwell.
  • 1983. Classics and Moderns: Vol. III of Collected Essays in Economic Theory. Oxford: Basil Blackwell.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
  2. "Arxivlənmiş surət". 2013-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-13.
  3. "Arxivlənmiş surət". 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-13.
  4. "Arxivlənmiş surət". 2009-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-13.