Cillian Anderson

Cillian Anderson
Gillian Leigh Anderson
Doğum adı Gillian Leigh Anderson
Doğum tarixi (55 yaş)
Doğum yeri ABŞ ABŞ
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1986-cı ildən
Təhsili
Mükafatları "Britaniya imperiyası" ordeni zabiti
IMDb ID0000096
İmzanın şəkli
gilliananderson.ws
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cillian Anderson (ing. Gillian Leigh Anderson) — ABŞ aktrisasıdır.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Cillian Ley Anderson 9 avqust 1968-ci ildə ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində Homer Edvard «Ed» Anderson III və Rozmari Andersonun (əvvəllər Leyn) ailəsində doğulmuşdur.[3] İngilis, alman və irland əsillidir.[4] Uşaqlıqda bioloq olmaq istəyirdi.[5] Məktəbdə dərslərini yaxşı oxuyurdu. 1990-cı ildə Çikaqonun De Pol Universitetində bakalavr dərəcəsi alır. Cillian televiziyada 1991-ci ildən etibarən görünməyə başlayır. Ən məşhur serialı Məxfi materiallar televiziya serialı olur.[6][7] 1996-cı ildə Cillian "For Him Magazine" jurnalına görə "Dünyanın ən seksual qadını" hesab edilirdi.

Şəxsi həya[redaktə | mənbəni redaktə et]

Cillian iki dəfə evli olub. İlk həyat yoldaşı Klayd Klots ("Məxfi materiallar" serialının bədii rəhbəri) ilə 1994-cü ildə büdpərəst qaydasıyla alə həyatı qurmuş və ondan 1997-ci ildə boşanmışdır.[8] İkinci həyat yoldaşı çoxlu sayda sənədli filmlərin rejissoru olan Culian Ozann olub. Onunla 2004-cü ildə ailə həyatı qurmuş, 2006-cı ildə boşanmışdır. Onun Klayd Klotsdan Payper Meri Klots adlı qızı (25 sentyabr 1994), mülki həyat yoldaşı Mark Qriffitsdən Oskar Qriffits (1 noyabr 2000) və Feliks Qriffits (15 oktyabr 2008) adlı oğulları vardır.[9]

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

  • "Məxfi materiallar" serialının yaradıcısı Kris Karter Cillianın 1994-cü ildə dünyaya göz açdığı Payper adlı qız övladının xaç atası olub.[10]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Filmlər[redaktə | mənbəni redaktə et]

İl Ad Rol Qeydlər
1986 Üç dəfə ilk qadın qısametrajlı film
1988 Seçimin məsələsi personajlardan birini canlandırır qısametrajlı film
1992 Çevrilmə Eypril Kavano ilk tanınan rolu
1997 Şahzadə Mononoke Moro səsləndirən
1997 Çikaqo kabinəsi personajlardan birini canlandırır
1998 Qüdrətli Loretta Li
1998 Məxfi materiallar Dana Skalli
1998 Ürəyi canlandırmaq Meredix
1999 Sərt Çarlıq Video rəvayət edəni səsləndirən
2000 Şənliyin evi Lili Bart
2005 Qüdrətli Kelt Keyt
2005 Ağ öküz haqqında nağıl öz rolunu ifa edir/Dul qadın Vadmen
2006 Şotlandiyanın axırıncı kralı Sarah Merrit
2007 Qisas arzusu Alice Comfort
2008 Məxf materiallar: Mən inanmaq istəyirəm Dana Skalli
2008 Dostları necə itirmək və adamları uzaqlaşdırmaq Eleanor Conson
2009 Buqi-Vuqi Cin Maklestoun
2010 Təzyiq yoxdur öz rolunu ifa edir qısametrajlı film
2011 Conni İnqliş: Qayıdış Pamela Thornton
2012 Bacılar Kristin Jansen
2012 Kölgə rəqsçi Keyt Fletçer
2013 Mister Morqanın sonuncu sevgisi Karen
2013 Kokuriko yamaclarından[11] Hana Matsuzaki səsləndirən
2013 Mən sizi izləyəcəyəm Marika
2014 Satılmaq Sofiya
2014 Bizim robot hökmdarlarımız Keyt
2014 Gediş Blanş Dübua

Televiziya[redaktə | mənbəni redaktə et]

İl Ad Rol Qeydlər
1993 96-nın Klassı Reyçel Epizod: "İttiham edilən"
1993–2002 Məxfi materiallar Dana Skalli 202 epizod
1995 İk! Pişik Agent Skalli (səsləndirən) Epizod: "İk Kosmos 9"
1996 ReBoot Data Nully Epizod: "Heç kəsə etibar etməyin"
1996 Gələcək Fantastika öz rolunu ifa edir 9 epizod
1996–2002 Hollivud meydanı öz rolunu ifa edir 5 epizod
1997 Simpsonlar Agent Skalli (səsləndirən) Epizod: "Sprinqfild faylları"
1999 Freyzer Cenni Epizod: "Həkim Nora"
2005 Soyuq ev Xanım Dedlok 14 epizod
2008 Şah əsər öz rolunu ifa edir Epizod: "Hiss və həssaslıq"
2010 İstənilən insan ürəyi Vindzorun hersoginyalısı 3 epizod
2011 Tünd qırmızı ləçək və ağ (mini-serial) Xanım Kostevey 2 epizod
2011 Mobi Dik Elizabet 2 epizod
2011 Böyük gözləntilər Miss Havisham 3 epizod
2013 Düşmək Stella Gibson 11 epizod
2013 Hannibal Həkim Bedelia Du Maurier 9 epizod
2014 Krisiz Meq Fitç 10 epizod
2014 Robot Cücə Xeyirxah Pəri Epizod: "Yuxarı, yuxarı və buffet"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Gillian ANDERSON // Companies House. 1988.
  2. 20 januari 2009. "Gillian Anderson on Jay Leno Part 1". YouTube. 2021-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-24.
  3. Merrell, Sue. "Charity, celebrity blend well, actress says". The Grand Rapids Press. gilliananderson.ws. May 18, 2007. August 19, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2010.
  4. "Ancestry of Anderson's family". September 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 14, 2013.
  5. "Gillian Anderson Biography". Bio (TV channel). 2013-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-24.
  6. Walker, Alix. "People should know that I laugh". Stylist Magazine. November 4, 2014. September 14, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 21, 2015.
  7. "Gillian Anderson Emmy Nominated". Emmys.com. June 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 8, 2013.
  8. Cillian Anderson Arxivləşdirilib 2022-01-05 at the Wayback Machine Vokrug.tv saytında, Yoxlanılıb: 24 sentyabr 2015
  9. Cillian Anderson Arxivləşdirilib 2022-06-09 at the Wayback Machine 24smi.org saytında, Yoxlanılıb: 24 sentyabr 2015
  10. Cillian Anderson Arxivləşdirilib 2022-02-16 at the Wayback Machine Kinopoisk.ru saytında, Yoxlanılıb: 24 sentyabr 2015
  11. "X-Files' Gillian Anderson Joins Ghibli's English Poppy Hill Dub". August 22, 2012. October 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]