Cavad Həkimli

Wikipedia open wikipedia design.

Cavad Həkimli
Diavat Akimov in Vinko Tomc.jpg
Cavad Həkimli (solda)

Doğum tarixi 28 oktyabr 1914(1914-10-28)
Doğum yeri Ləmbəli, Noyemberyan rayonu,
Vəfat tarixi 27 fevral 2006 (91 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Peşəsi hərbiçi

Cavad Həkimli (tam adı: Cavad Ataxəlil oğlu Həkimli; 25 dekabr 1918(1918-12-25)27 fevral 2006(2006-02-27), Bakı, Azərbaycan) — Azərbaycan-sovet hərbçisi, İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı.

Həyatı[redaktə | əsas redaktə]

Cavad Ataxəlil oğlu Həkimli 1914-cü il oktyabr ayının 28-də Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub.

1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub.

1941- 42 ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliyaYuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb.

Düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman Mixaylo-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə “əmioğlu” deyə müraciət etməyə başlayıblar və getdikcə həqiqi dosta çevriliblər.

II Dünya Müharibəsinin iştirakçısı, əfsanəvi partizan Mehdi Hüseynzadənin komandiri, 162-ci "Türküstan" diviziyasının legioneri, İtaliya və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, "Ruskaya Çeta" rotasının rəhbəri, kapitan Cavad Həkimli 27 fevral 2006-cı ildə vəfat etmişdir.

İstinadlar[redaktə | əsas redaktə]

https://az.trend.az/azerbaijan/society/2335234.html



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek