Canhəsən

Canhəsən
39°49′56″ şm. e. 46°41′28″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Canhəsən xəritədə
Canhəsən
Canhəsən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Canhəsən — Azərbaycan Respublikasında Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.[1][2]

Canhəsən kəndi Qarabağ silsiləsinin yamacındadır. Antropotoponimdir.[3]

Canhəsən kəndi rayon mərkəzindən 19 km cənub-qərbdə, Qarabağ silsiləsinin şimal-şərq yamacındadır. Əhalisi 107 nəfər (2011); işğaldan əvvəl (1992, fevral) əkinçilik, arıçılıq,və maldarlıqla məşğul olmuşdur. İbtidai məktəb, kitabxana, klub, feldşer-mama məntəqəsi var idi.[4] İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Canhəsən kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "XOCALI RAYONU: İnzibati ərazi dairələri və ərazi vahidləri". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-17.
  3. Canhəsən // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014. səh.187.