Bulvar (otel)

Bulvar otel
Baku Marriott Hotel Boulevard
Xəritə
40°22′32″ şm. e. 49°53′01″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Yerləşir Ağ Şəhər
Tikilmə tarixi 2015
Aidiyyatı "Absheron Hotel Group"
Memarlıq quruluşu Modern
Vəziyyəti Fəaliyyət göstərir
Bulvar Hotel (Bakı)
Bulvar Hotel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Baku Marriott Hotel Boulevard"Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən beşulduzlu otel. Azərbaycanın ən böyük otelidir.[1]

Ərazisi[redaktə | mənbəni redaktə et]

Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Bu otel "Absheron Hotel Group"a daxil olan dördüncü oteldir. Otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür.[1]

İnşası[redaktə | mənbəni redaktə et]

Otel müasir üslubda inşa olunmuşdur. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var.[1]

"Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.[1]

Otelin ziyafət zalında 1000-dən çox qonağın iştirakı ilə müxtəlif formatlı tədbirləri təşkil etmək mümkündür. Ziyafət zalının sahəsi 1300 m²-dir və avadanlıqla təchiz edilmişdir.[1]

Otelin sağlamlıq mərkəzi fitnes və SPA xidmətləri təklif edir. Burada 25 metrlik qapalı üzgüçülük hovuzu və müasir avadanlıqla təchiz olunmuş idman zalı fəaliyyət göstərir.[1]

Oteldə 818 nömrə var. Otelin pəncərələrindən Xəzər dənizinəBakı bulvarına açılan mənzərəni seyr etmək mümkündür. Otaqların interyeri məşhur memarlıq şirkətləri tərəfindən dizayn edilib.[1]

Oteldə 3 restoran var:[1]

  • "The White City Lounge";
  • "The Green House Kitchen";
  • "Black City Cafe".

Fasiləsiz xidmət göstərən restoranların hər birinin ayrı-ayrılıqda açıq havada da xüsusi sahələri var. Restoranların nadir bədii konsepti tanınmış dizayn şirkəti tərəfindən yaradılıb. İnteryeri otelin tarixini, müasir dizaynla uyğunlaşdırılmış irsini və kosmopolit dinamikliyini özündə cəmləşdirir.[1]

Açılışı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 15 may 2015-ci ildə otelin açılışında iştirak etmişlər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]