Budapeşt Biznes Universiteti

Budapeşt Biznes Universiteti
BGE
Xəritə
47°30′29″ şm. e. 19°07′29″ ş. u.
Əsası qoyulub 1857
Tip Dövlət
Rektor Sándorné Dr. Kriszt Éva
Tələbə sayı təxminən 18 min[1]
Şəhər Budapeşt
Ölkə
Sayt uni-bge.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Budapeşt Biznes Universiteti (ing. Budapest Business University və ya qısaca BBU, mac. Budapesti Gazdasági Egyetem və ya qısaca BGE) — Macarıstanın ən qabaqcıl və dünyanın ən qədim biznes məktəblərindən biridir[2] və paytaxt Budapeştdə yerləşir. Universitetdə 18000 tələbə 12 bakalavr proqramı (bunlardan dördü ingilis, fransız, alman dillərindədir), 6 magistr proqramı, 21 məktəbdən sonra hazırlıq proqramı, 48 magistr diplom kursları, Biznes İdarəetməsi doktorantura məktəbi və azyaşlılar üçün bir neçə təhsil proqramları çərçivəsində təhsil alır.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Ali məktəb hazırda bir neçə kolleclərdən ibarətdir.

Ticarət, İaşə və Turizm Kollecinin tarixi[redaktə | mənbəni redaktə et]

Ticarət, İaşə və Turizm Kollecinin sələfi, 1857-ci ildə əsası qoyulan Ticarət Akademiyası idi. 1899-cu ildə Şərqi Ticarət Akademyası ilə genişlənən bu Kollec, Avstriya-Macarıstan Monarxiyasında və Mərkəzi Avropa regionunda ilk ticarət kolleci idi. Bu məktəbdə ticarət və bank mütəxəssisləri hazırlanırdı. İkinci Dünya Müharibəsindən sonra 1962-ci ilədək Alkotman (Alkotmány) küçəsində heyranedici binada orta ticarət məktəbi fəaliyyət göstərirdi. Təhsil dəyişikliyindən sonra o, Ali Təhsil Ticarət Məktəbinə çevrildi, 1969-cu ilə Ticarət və İaşə Kolleci adı ilə kollec statusu verildi. 1992-ci ildə turizm təhsili də əlavə olundu və instituta hal-hazırkı adı verildi.

Beynəlxalq Menecment və Biznes Kollecinin tarixi[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Menecment və Biznes Kollecinin tarixi 1957-ci ilə gedir. O zaman əcnəbi dildə danışa bilən yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq məqsədilə, Beynəlxalq Ticarət Münasibətləri Məktəbinin əsası qoyuldu. 1962-ci ildə məktəb, Beynəlxalq Ticarət Məktəbi adı ilə müstəqillik əldə etdi. 1971-ci ildə ona kollec status verildi və adı Xarici Ticarət Kolleci oldu. Hal-hazırda Kollecdə 4000 yaxın tələbə müxtəliq proqramlar üzrə təhsil alır.

Maliyyə və mühasibat Kollecinin tarixi[redaktə | mənbəni redaktə et]

Kolleci tarixi, ümumi iqtisadi al hazırlıq köklər olan və 1857-ci ildə əsası qoyulan Peşt Ticarət Akademiyasına və Şərqi Ticarət Akademiyasına qədər gedir. 1970–1971 akademik ilində instutu hal-hazırkı adı olan Maliyyə və Mühasibat Kolleci adını aldı.

Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin tarixi[redaktə | mənbəni redaktə et]

Kollecin regional institutunun əsası Zalaeqersezdə (Zalaegerszeg) 1971–1972 akademik ilində. növbəti il isə digər birisi Şalqtoaryanda (Salgótarján) qoyuldu. O vaxtdan bəri Kollec, maliyyə və mühasibat sahəsində aparıcı ali təhsil kolleci oldu.

Tarixdən ən əsas məqamlar:

  • 2006-cı ilin sentyabrında Bolonya sistemi çərçivəsində bakalavr pilləsində (BA) bu təhsil proqramlarına start verildi: İnsan resursları, Biznes İdarəetməsi və Menecment, Ticarət və Marketinq, Kommunikasiya və Mediya, Beynəlxalq Biznes qtisadiyyatı, Maliyyə və Mühasibat, Turizm və İaşə, Biznes Müəllimlik Hazılığı.
  • 2008-ci ilin sentyabrında ilk müstəqil magistr (MA) təhsil proqramı olan İqtisadiyyat Müəllimliyinin əsası qoyuldu. Daha sonra 2009-cu ilin fevralında iki yeni proqram olan Marketinq və Turizm Menecmenti, sentyabrında isə üç yeni proqramın (Beynəlxalq Münasibətlər, Maliyyə və Mühasibat) əsası qoyuldu.
  • 2010-cu ilin aprelin 28-də keyfiyyət inkişafında ələ etdiyi uğura görə Budapeşt Biznes Məktəbinə "Yüksək təhsil keyfiyyəti" mükafatı verildi
  • 2010-cu ilin sentyabrında iki universitet arasında olan əməkdaşlıq nəticəsində, Anglia Ruskin Universitetinin Biznes İdarəetməsi üzrə doctor (PhD) proqramına start verildi.
  • 2013-cü ildə BBS, "Tətbiqi Elmlər Universiteti" adını qazandı.[4]
BBS-in Budapeştin mərkəzindəki kampusu Macarıstanın Avropa Birliyinin Prezidenti olması zamanı konfranslarının keçirilmə məkanı olub

Fakültələr və tədris olunan ixitsaslar[redaktə | mənbəni redaktə et]

Ali məktəbdə tədris olunan ixtisaslar kolleclər arasında bölünüb[5].

Beynəlxalq Menecment və Biznes Kolleci[redaktə | mənbəni redaktə et]

  • Dillər və Kommunikasiya İnstitutu
    • Beynəlxalq Biznes Dili departamenti
      • İngilis dili bölməsi
      • Alman dili bölməsi
      • Roman Dilləri bölməsi
        • Fransız dli seksiyası
        • İtalyan dili seksiyası
        • İspan dili seksiyası
      • Şərqi Dillər, əcnəbi dillər kimi Rus və Macar dilləri bölməsi
        • Şərq Dilləri seksiyası
        • Əcnəbi dillər kimi Rus və Macar dilləri seksiyası
  • Ticarət və Marketinq İnstitutu
    • Marketinq departamenti
  • Sosial Elmlər İnstitutu
    • Tədbiqi Kommunikasiya department
    • Beynəlxalqşunaslıq və Avropaşunaslıq departamenti
    • Sosial Kommunikasiya və Mediyaşunaslıq departamenti
  • İqtsadiyyat və Metodologiya İnstitutu
    • İqtisadiyyat departamenti
      • İqtisadiyyat bölməsi
      • Metodologiya bölməsi
  • Menecment və İnsan resursları İnstitutu
    • Sahibkarlıq və İnsan Resursları departamenti
  • Beynəlxalq Biznes İqtisadiyyat İnstitutu
    • Beynəlxalq Biznes Əməliyyatları və Logistika
    • Dünya İqtisadiyyatı
    • Ticarət departamenti
    • İngilis dilində İkili Mükafat proqramı
    • Fransız dilində İkili Mükafat proqramı
  • Maliyyə və Mühasibat İnstitutu
    • Maliyyə və Mühasibat Kollecinin Maliyyə bölməsi
    • Ticarət, İaşə və Turizm Kollecinin Fiziki Hazırlıq bölməsi[6]

Ticarət, İaşə və Turizm Kolleci[redaktə | mənbəni redaktə et]

  • Ticarət İnstitutu
  • Turizm və İaşə İnstitutu
    • Turizm departamenti
    • İaşə departamenti
  • Mütəxəssis Müəllimlər Hazırlığı və Pedaqogika İnstitutu
  • Xarici Dillər və Kommunikasiya İnstitutu
  • İqtisadiyyat və Sosiyal Elmlər İnstitutu
  • Metodologiya İnstitutu
  • Fiziki Hazırlıq İnstitutu[7]

Maliyyə və Mühasibat Kolleci[redaktə | mənbəni redaktə et]

  • Biznes İnformasiya Sistemləri departamenti
  • İqtisadiyyat departamenti
  • Metodologiya departamenti
  • Maliyyə departamenti
  • Maliyyə və Mühasibat dili department
  • Mühasibat departmenti
  • Fiziki hazırlıq departamenti
  • Sahibkarlıq və İnsan resursları departamenti[8]

Zalaegerszeg Biznes İdarəetməsi Kolleci[redaktə | mənbəni redaktə et]

  • Menecment və İqtisatiyyatın İnformasiya Texnologiyası departamenti
  • Xüsusi Dillər və Kommunikasiya departamenti
  • İqtisadiyyat və Metodologiya institusional departamenti
  • İctimai Xidmət departamenti[9]
Maliyyə və Mühasibatlıq kampusu

Reytinqi[redaktə | mənbəni redaktə et]

  • İspaniya Mlli Araşıdrma Şurasına görə, BBS biznes məktəbi olaraq Webometrics-in araşdırmasına görə Macarıstanda 1-ci, Avropada 40-cı, dünyada isə 112-ci yerdədir
  • Engviet.com-a görə, BBS, Avropanın top 100 biznes məktəbləri arasında yeganə Macar biznes məktəbidir
  • 2009-cu ildə top menecerlər tərəindən aparılan İqtisadiyyat və Müəssisə Tətqiqat İnstitutunun (GVI) araşdırmasına əsasən, BBS, maliyyə, mühasibat, iqtisadi analiz, insan resursları menecmenti və turizm menecmenti sahələrində Macarıstanda bütün universitetlər arasında 1-ci yerdədir. Digər biznes və iqtisadi elmlər sahələrində isə top 3-ə daxildir.
  • 2007-ci ildə Népszabadság Top 25 Degrees tərəfindən edilən araşdırmaya əsasən, BBS, biznes menecmenti, insane resursları menecmenti, ticarət və marketinq, beynəlxalq biznes, maliyyə və mühasibat sahələrində ən dəyərli dərəcələri və ən keyfiyyətli təhsil verən institutdur.
  • Felvi.hu Rankings-ə (Milli Ali Təhsil İnformasiya Mərkəzi) əsasən, 2011-ci ildə 14 986 ərizəçilərlə, BBS Macarıstanda ən populyar biznes məktəbidir və Eötvös Loránd Universitetindən sonra Budapeştin ən populyar universitetidir.
  • Felvi.hu Rankings 2010-a görə, BBS, biznes təhsil iqtisadiyyatı keyfiyyətində bütün Macarıstan biznes məktəbləri arasında birincidir
  • Felvi.hu Rankings 2010-a görə, biznes dərəcə proqramlarının çətinliyinə görə birincidir
  • Heti Válasz Rankings və CEMI (Mərkəzi Avropa Menecment Zəkası) 2011-ci ildəki biznes menecerləri və insan resursları şirkətlərinin etdiyi araşdırmasına görə, BBS Macarıstan universitetləri arasında birinci yerdədir[10]
Kommersiya, İaşə və Turizm kampusunun şəhərin mərkəzindəki tarixi binası

Məşhur məzunları və əməkdaşları[redaktə | mənbəni redaktə et]

  • Laslo Bekeşi (László Békesi) – iki dəfə Macarıstanın Maliyyə Naziri
  • Şandor Çani (Sándor Csányi) – OTP Bankın prezidenti, Macarıstanın ən varlı adamı
  • Jolt Katona (Zsolt Katona) — Budapest Stock Exchange-in baş icraçı direktoru
  • Şandor DemyanTriGránit-in prezidenti, Macarıstanın ikinci ən varlı adamı
  • Qabor Şirinq (Gábor Scheiring) – "Siyasət başqa cür ola bilər" partiyasının iqtisadiyyat kabinetinin lideri
  • Çaba Tarşol (Csaba Tarsoly) — Győri ETO FC sahibi, Macarıstanın 76-cı ən varlı adamı
  • Tamaş Erdey (Tamás Erdei) — MKB Bank-ın baş icraçı direktoru
  • İlona David (Ilona Dávid) – Macarıstan Dövlət Dəmir Yolunun baş icraçı direktoru
  • Reka Hamor (Réka Hámori) – Macarıstan Bank Assosiasiyasının baş iqtisadçısı
  • Ferenç Yuhas (Ferenc Juhász) – Müdafiə Naziri (2002–2006)
  • Zoltan Varqa (Zoltán Varga) – Yerli Hakimiyyət Naziri (2008–2010)
  • Katalin Levay (Katalin Lévai) – Bərabər İmkanlar Naziri (2002–2004)
  • Ervin Demeter (Ervin Demeter) – Kəşfiyyat Xidməti Naziri (2000–2002)
  • Yudit Qondoş (Judit Gondos) — hal-hazırda Milli İqtisadiyyat Nazirliyinin Dövlət Katibi
  • Andraş Talay (András Tállai) — hal-hazırda Milli İqtisadiyyat Nazirliyinin Dövlət Katibi
  • İştvan Simiçko (István Simicskó) – Müdafiə Naziri
  • Jolt Mikloş Kiş (Zsolt Miklós Kis) – hal-hazırda Kənd Təsərrüfatı və İnkişafı Nazirliyinin Dövlət Katibi
  • Tamaş Halm (Tamás Halm) – Macarıstan İqtisadiyat Assosiasiyasının Baş katibi (1999–2014)
  • İmre Stano (Imre Sztanó) – Macarıstan Mühasibat Aktının hazırlayan şəxs
  • İmre Stano-oğul (Imre Sztanó Jr.) — Erste Bank-ın baş icraçı direktorunun müavini

Kampusu[redaktə | mənbəni redaktə et]

Kolleclər[redaktə | mənbəni redaktə et]

BBS-in əsas binaları Budapeştin müxxtəlif yerlərindədir. Yerli institutlar təkcə üç kollecin mərkəzi binalarından deyil, həmçinin digər binalardan da ibarətdir. Budapeşdin Alkotmani (Alkotmány) küçəsində Ticarət, İaşə və Turizm Kollecinin, Dioş Layoş (Diósy Lajos) küçəsində Beynəlxalq Menecment və Biznes Kollecinin və Bujaqon (Buzogány) küçəsində Maliyyə və Mühasibat Kollecinin binaları və əsas korpusları yerləşir. Dördüncü kollec olan Zalaegerszeg Biznes İdarəetməsi Kolleci isə şəhər kənarında yerləşir. Bu binalardan başqa BBS-in Marko (Markó) küçəsində valehedici binası da var. Orada rektoratın bəzi ofisləri, BBS Dil İmtahanları Mərkəzi və Ticarət, İaşə və Turizm Kollecinin bəzi ofisləri var. Həmçinin, BBS-in Budapeştdə Liqet (Liget) küçəsində ali peşə təhsili üçün ayrı binası da yerləşir. Kolleclər, tələbələr üçün geniş xidmətlər göstərir. Yataqxana, iaşə, idman şəraiti, kitabxanalar, laboratoriyalar, kompüter imkanlar və s. bura aid etmə olar. BBS, həmçinin, müxtəlif tətqiqat proqramlarında iştirak edir və əcnəbi və yerli təşkilatlarla əməkdaşlıq edib bu cür araşıdırmalar üçün qrantlara müraciət edir.[11]

Kitabxanalar[redaktə | mənbəni redaktə et]

Dörd kollecin ayrı kitabxanaları var, orada tələbələr macar və xarici dilli kitabları və ya jurnalları tapıb istifadə edə bilərlər. Kitabxanlar hamı üçün açıqdır. Beynəlxalq Menecment və Biznes Kollecinin kirabxanasında 100 000 kitab var, Ticarət, İaşə və Turizm Kollecinin kitabxanasında yerli və beynəlxalq tətqiqatçıları cəlb edən iaşəlk sənayəsində dəyərli nəşrlər kolleksiyası mövcuddur. Maliyyə və Mühasibat Kollecinin və Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin kitabxanaları, maliyyə və mühasibat sahələrində ixtisaslaşırlar. Kitabxanalar həmçinin kitabxana şəbəkəsinin üzvləridirlər, buna görə də digər kitabxanalardan da məlumat əldə etmək olar.

İnformasiya və Kommunikasiya Texnologiyası[redaktə | mənbəni redaktə et]

Kolleclər müasir kompüterlərlə təchiz olunublar. Minlərlə kompüter, yüksək texnologiya şəbəkəsi və müxtəlif vizual vasitələr, təhsil və tətqiqatlara dəstək verir.[12]

Tələbə həyatı[redaktə | mənbəni redaktə et]

Təşkilatlanma[redaktə | mənbəni redaktə et]

Tələbələr, tələbə həyatlarının maraqlı keçməsi üçün müxtəlif təhsildən kənar təşkilatlanmayla məşğul olurlar, idman və mədəniyyət tədbirləri təşkil edirlər, digər institutlarla əlaqələr qurub saxlayırlar. Məktəbin öz xoru və teatr qrupu var. Biznes məktəbləri tələbələrinin beynəlxalq təşkilatı olan AIESEC, BBS tələbələrinin həyatında mühüm rol oynayır. AIESEC-in ən əsas fəaliyyətinə 80-ə yaxın ölkədə tələbələrə təhsillərni davam etdirilməsinə kömək edən beynəlxalq mübadilə proqramları daxildir.

Tələbə yataqxanaları[redaktə | mənbəni redaktə et]

Hər kollecin ehtiyacı olan tələbələrə yaşayış yerləri ilə təmin etmək üçün yataqxanaları var. Bu yataqxanalar əsasən kolleclərə yaxın olurlar. Yataqxananın iki və ya dörd çarpayılı otaqları, vanna otaqları, mətbəxləri, yuyucu qurğuları və kommunal otaqları olur. Həmçinin, idman yerləri, istirahət otaqları, internet zalları və tibbi xidmət yerləri də mövcuddur. Ticarət, İaşə və Turizm Kollecinin yataqxanası Budada yerləşir. Beynəlxalq Menecment və Biznes Kollecinin iki yataqxanası var. Bir yataqxanası Kollecin kampusunda, digər yataqxanası isə Maliyyə və Mühasibat Kollecinin yataqxanası ilə birlikdə yerləşir. Maliyyə və Mühasibat Kollecinin yataqxanası Budapeştdə mərkəzi kampusdadır, burada Beynəlxalq Menecment və Biznes Kollecinin tələbələri də qala bilər. Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin yataqxanasında yaşayış şəraitindən başqa, həmçinin geniş təhsil imkanları, idman yerləri və boş vaxtın səmərəli keçməsi üçün şəraitlər yaradılıb.[13]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Academic Aggregated Statistics" (PDF). Budapest Business School. 9 October 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 October 2014.
  2. "History of BBS". Budapest Business School. 9 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 October 2014.
  3. "History". 2016-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  4. "Histroy". 2016-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  5. "Colleges". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  6. "Institutes, departments, sections". 2015-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  7. "Institutes and departments of education". 2016-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  8. "Departments". 2015-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  9. "Educational departments". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  10. "Budapest Business School". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
  11. "FACULTIES". 2015-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
  12. "Student ife". 2015-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
  13. "Student life". 2015-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.