Boris Svetlov

Boris Svetlov
rus. Борис Николаевич Светлов
Doğum tarixi
Doğum yeri Orenburq, Rusiya imperiyası
Vəfat tarixi 12 mart 1943(1943-03-12) (62 yaşında)
Vəfat yeri
Milliyyəti rus
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti rejissor
aktyor
Təhsili Lazarev Şərq Dilləri İnstitutu
IMDb ID0841260

Boris Nikolayeviç Svetlov (rus. Борис Николаевич Светлов; 1880, Orenburq, Rusiya İmperiyası) — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Boris Svetlov 1880-ci ildə Orenburqda anadan olub. Lazarev Şərq Dilləri İnstitutunda təhsil alıb. 1910-1912-ci illərdə müxtəlif teatrlarda aktyorluq edib. 1912-ci ildən müxtəlif kinostudiyalarda filmlər çəkib. 1915-ci ildə Filma səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və 1918-ci ilə qədər bir neçə filmin rejissoru olub. 1916-1917-ci ilərdə Svetlov 30-a yaxın filmə quruluş verib. 1920-ci ildən teatra qayıdıb, orada rejissorluq edib. 1921-ci ildə Petroqradda Kinotexnikum təşkil edib. Boris Svetlov 1930-cu ildən "Myuzik-Holl"un quruluşlarına rəhbərlik edib.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rejissor
  2. Arvad (film, 1916) (tammetrajlı bədii film) — rejissor
  3. Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) (tammetrajlı bədii film) — rejissor, aktyor
  4. Ayaqyalın məhəbbət (film, 1916) (qısametrajlı bədii film) — rejissor
  5. Bir alçalmanın tarixi (film, 1919) (tammetrajlı bədii film) — rejissor
  6. Knyaz Dəmir Bulat (film, 1916) (tammetrajlı bədii film) — rejissor
  7. Neft və milyonlar səltənətində (film, 1916) (tammetrajlı bədii film) — rejissor
  8. Ölümünə bir saat qalmış (film, 1916) (tammetrajlı bədii film) — rejissor
  9. Yeni tərzdə köhnə əhvalat (film, 1916) (qısametrajlı bədii film) — rejissor

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12-15.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  • Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]