Bora Kostiç

Bora Kostiç
serb. Бора Костић
1965-ci ildə Bora Kostiç
1965-ci ildə Bora Kostiç
Ümumi məlumatlar
Doğum tarixi 14 iyun 1930(1930-06-14)[1]
Doğum yeri
Vəfat tarixi 10 yanvar 2011(2011-01-10)[2] (80 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 184 sm
Mövqeyi cinah və mərkəz hücumçusu
Karyerası
Gənclik karyerası
Radniçki Obernovaç
Klub karyerası[* 1]
1951–1961 Srvena Zvezda 160 (117)
1961–1962 Viçentsa 7 (2)
1962–1966 Srvena Zvezda 90 (41)
1967 Sent-Luis Stars 28 (12)
Cəmi 285 (172
Milli yığma[* 2]
1956–1964 Yuqoslaviya 33 (26)
Təltif və medalları
Olimpiya Oyunları
qızıl 1960 Roma futbol
Millətlər Kuboku
gümüş 1960 Fransa

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930[1], Obrenovaç, Belqrad dairəsi10 yanvar 2011[2], Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur.

Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]