Bolqarıstan azərbaycanlıları

Bolqarıstan azərbaycanlılarıtarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Bolqarıstanda yaşayan hissəsinin adı. Rəsmi siyahıyaalınma zamanı sadəcə türk olaraq qeydə alınır və Türkiyə türklərinin tərkibində hesablanırlar. Ev dilləri Azərbaycan dilinin Qars ləhçəsi olsa da təhsillərini bolqar və Türkiyə türkcəsində alırlar. Bu ölkədəki azərbaycanlıların tamama yaxını şiə qızılbaşdır. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır.[1]

  • 2001-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,928,901 nəfər olmuşdur.[2] Onlardan:
    Dini inancına əsasən müsəlmanların ümumi sayı 966,978[2] nəfər. Onlardan:
    913,957[2] nəfəri sünni
    53,021[2] nəfəri isə qızılbaş-şiə
    Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 746,664[2] nəfər. Onlardan:
    Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 720,136[2] nəfər, bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147[2] nəfər.
    Dini inancına əsasən müsəlmanların ümumi sayı 713,024[2] nəfər. Onlardan:
    660,003 nəfəri sünni
    53,021 nəfəri qızılbaş-şiə
  • 2011-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,364,570 nəfər olmuşdur. Onlardan:
    Bolqarıstan Respublikasının vətəndaşlarının sayı 7,327,847 nəfər, digər ölkələrin vətəndaşlarının sayı isə 36,723[3] nəfər olmuşdur. Siyahıyaalınmış 36,723 (kişilər:16292 nəfər, qadınlar:20431 nəfər) nəfər xarici ölkələrin vətəndaşlarından 34 nəfəri (13 nəfəri kişi, 21 nəfəri qadın) Azərbaycan Respublikasının vətəndaşları olmuşdur.[3]
    Dini inancına əsasən müsəlmanların ümumi sayı 577,411 nəfər. Onlardan:
    546,004[4] nəfəri sünni
    27,407[4] nəfəri qızılbaş-şiə
    3,728[4] nəfər digər təriqətlər
    Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 588,318[5] nəfər. Onlardan:
    Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 564,858[5] nəfər
    Ana dilini bolqarca olaraq qeyd edənlərin ümumi sayı 18,975[5] nəfər
    Ana dilini digər dillər olaraq qeyd edənlərin ümumi sayı 4,485 nəfər
  • 2001-2011-ci illər arası yəni son iki siyahıyaalınma tarixləri arası zaman intervalında 131,539[6] nəfər Bolqarıstan sakini daimi yaşamaq üçün ölkəni tərk edərək digər ölkələrə köç etmişdir.

Bolqarıstanda diaspora təşkilatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən Bolqarıstanda azərbaycanlılara aid diaspora təşkilatları aşağıdakılardır[7]:

  • Bolqarıstan Azərbaycan Dostluq Cəmiyyəti: 2003-cü ildə yaradılmışdır, ünvan - Blaqoevqrad şəhəri.
  • Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti: 2004-cü ildə Bloqoevqrad şəhərində Amerika Universitetində oxuyan azərbaycanlı tələbələr yaradıb, ünvan - Blaqoevqrad şəhəri.
  • Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti: 5 iyul 2005-ci ildə Bolqarıstanın Sofiya şəhərində Bolqarıstan-Azərbaycan dostluq cəmiyyəti yaradılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Trend Analitik-informasiya agentliyi :Gələn ilin sonuna qədər dünyada yaşayan azərbaycanlıların sayı və məskunlaşma coğrafiyasına dair xəritə hazırlanacaq Arxivləşdirilib 2012-08-31 at the Wayback Machine---xəbərin yayınlanma tarixi: 2 Oktyabr 2007-ci il
  2. 1 2 3 4 5 6 7 8 Национален съвет за сътрудничество по етническите и интеграционните въпроси :Етнически Малцинствени Общности Arxivləşdirilib 2019-10-14 at the Wayback Machine
  3. 1 2 Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население с чуждо гражданство по страни Arxivləşdirilib 2022-08-02 at the Wayback Machine---..Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката.
  4. 1 2 3 Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население по местоживеене, възраст и вероизповедание Arxivləşdirilib 2012-01-28 at the Wayback Machine---..Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката
  5. 1 2 3 Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население по етническа група и майчин език Arxivləşdirilib 2015-12-19 at the Wayback Machine---В таблицата са разпределени данните за лицата отговорили на доброволните въпроси за самоопределяне по етническа група и майчин език... - Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката.
  6. Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Миграция през периода 2001 - 2011 по пол и възраст Arxivləşdirilib 2022-08-02 at the Wayback Machine
  7. Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar :Bolqarıstandakı təşkilatlar Arxivləşdirilib 2017-01-02 at the Wayback Machine

Həmçinin bax[redaktə | mənbəni redaktə et]