Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri

Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri
Kitabın 2017-ci il III nəşrinin üz tərəfi
Kitabın 2017-ci il III nəşrinin üz tərəfi
Müəllif Məhəmməd Əmin Rəsulzadə
Janr İctimai-siyasi
Orijinalın dili Azərbaycanca
Ölkələr Türkiyə Türkiyə
Nəşriyyat 1991: Elm
2010: Qanun
2017: Turkkitab.Az
Səhifə 2010: 132
Tiraj 2010: 500
ISBN 2010: ISBN 978-9952-26-089-2

Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələriMəhəmməd Əmin Rəsulzadənin Stalinstalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarət kitab.

Kitab ilk dəfə tarix elmləri doktoru, professor Nəsib Nəsibli tərəfindən nəşr etdirilmişdir. İlk redaktoru akademik Ziya Bünyadov olmuşdur.

Məzmun[redaktə | mənbəni redaktə et]

Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır.

Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Nəşr[redaktə | mənbəni redaktə et]

Kitab Nəsib Nəsibli tərəfindən Ziya Bünyadovun redaktorluğu ilə Bakıda ilk dəfə 1991-ci ildə Elm nəşriyyatında çap edilib. 2010-cu ildə Bakıda Qanun nəşriyyatında 132 səhifədə, 500 tirajla[1] 2-ci və 3-cü dəfə isə Seymur Həsənli və Dr. Mehman Həsən tərəfindən nəşrə hazırlanmış və yenə onların Ön Söz müəllifliyi, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə 2017-ci ildə Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 150 səhifədə, 1000 tirajla təkrar nəşr edilib.[2][3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri" (az.)). ebooks.az. 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.
  2. "Rəsulzadənin kitabı yenidən nəşr olunub" (az.)). azpress.az. 2017-05-29. 2018-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
  3. "Rəsulzadənin kitabı yenidən nəşr olundu - Foto" (az.)). teleqraf.com. 2017-07-02. 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.
  4. "Məhəmməd Əmin Rəsulzadənin kitabı yenidən nəşr olunub" (az.)). salamnews.org. 2017-05-29. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]