Ben Afflek

Ben Afflek
Ben Affleck
Afflek 2017-ci ildə San Diego Comic-Conda
Afflek 2017-ci ildə San Diego Comic-Conda
Doğum adı Benjamin Geza Affleck
Doğum tarixi (51 yaş)
Doğum yeri Berkli, Kaliforniya, ABŞ Amerika Birləşmiş Ştatları
Milliyyəti Amerikalı
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı

Cennifer Qarner (e. 2005 - a. 2015) Cennifer Lopez

(e. 2022 - a. bu günədək)
Uşağı 3
Partnyorları
Fəaliyyəti Aktyor
Kinorejissor
Fəaliyyət illəri 1981 - günümüz
Təhsili University of Vermont
Occidental College
Boyu 192 sm
Mükafatları Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı "Sezar" mükafatı "Saturn" mükafatı
IMDb ID0000255
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bencamin Qeza Afflek-Boldt (ing. Benjamin Geza Affleck-Boldt) — daha çox Ben Afflek kimi tanınan, 2 dəfə Oskar və 3 dəfə Qızıl Qlobus Mükafatına layiq görülmüş Amerikalı aktyorkinorejissor.[1]

Ben karyerasına PBS kanalında yayımlanan Mimi Səyahəti (1984, 1988) adlı elmi teleserialda köməkçi rolu ifa edərək başladı. Daha sonra Müxtəlif və Təəccüblü (1993) filmində, eləcədə Kevin Smitin Eminin İzində (1997) və Ehkam (1999) adlı müxtəlif filmlərində çəkildi. Ben şöhrəti uşaqlıq dostu Mətt Demon ilə Yaxın Dostum Uill Hauntiq (1997) filmidəki Ən Yaxşı Orijinal Ssenariyə görə Oskar MükafatıQızıl Qlobus Mükafatını aldıqdan sonra əldə etdi. Bundan sonra o, Armageddon (1998), Aşiq Şekspir (1998), Pörl Harbor (2001), Lent Dəyişdirən (2002) və Bütün Qorxunun Məbləği (2002) kimi daha yüksək büdcəli filmlərə çəkildi. Karyera böhranından sonra o 2003-cü ildə Dəlisov filminə çəkildi. 2006-cı ildə Hollivud Torpağı filmidəki roluna görə yenidən Qızıl Qlobus Mükafatına layiq görüldü. Rejissor kimi depütünü 2007-ci ilə ssenarisinidə özünün yazdığı Əlvida Əzizim filmi ilə etdi. Sonra ssenari müəllifi və rejissoru olduğu Şəhər (2010) filminə çəkildi. 2012-ci ildə çəkildiyi və rejissoru olduğu Arqo siyasi triller filminə görə növbəti dəfə Qızıl Qlobus Mükafatına layiq görüldü. Bundan başqa bu filmə görə Ən Yaxşı Rejissor işinə görə BAFTA mükafatı, Ən Yaxşı Şəkilə görə isə Oskar, Qızıl Qlobus və BAFTA mükafatlarına layiq görüldü. 2014-cü ildə psixoloji triller olan İtmiş Qız filminə çəkildi. 2016-cı illərdə Betmen rolu ilə Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqiİntihar Heyəti, 2017-ci ildə isə rejissorluğunu və ssenarisini özü edəcəyi və baş rolda oynayacağı Gecə Həyatı filmlərinə çəkiləcək.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ben Kaliforniyanın Brekli şəhərində anadan olub.[2][3] "Afflek" soyadı şotland mənşəlidir. O həmçinin ingilis, alman, irlandisveçrə kökənlidir.[4][5][6] 11 yaşı olarkən valideynləri ayrıldıqdan sonra anası yenidən evləndi və o anası ilə yaşadı.[7][8][9][10]

Rod-Aylenddan olan atası Timoti Bayers Afflek 1960-cı illərdə Theater Company of Boston-da aktyor idi.[11][12][13] İki yaşında ailəsi Massaçusetsə köçdü və burada qardaşı Kesi doğuldu.[14][15] Qardaşlar səhnə arxasında çalışan və teatr ilə əlaqəli olan insanların ətrafında böyüdülər.[16] Tez-tez anaları tərəfində teatrlara aparılırdılar.[17] On üç yaşında olarkən Meksikada uşaqlar üçün televiziya proqramı ekranlaşdırdı. Bir il ərzində burada yaşayan və ölkəni səyahət edən Ben ispan dilinidə öyrəndi.[18][19][20] Ben sonradan verdiyi müsahibələrin birində uşaq aktyorluğu ilə bağlı hisslərinin qarışdığını vurğulamışdı.[21][22][23]

Səkkiz yaşında o, on yaşlı Mətt Demon ilə dost oldu.[24] Onların anaları təhsil sahəsində çalışan tanışlar idilər və onların tanış olmalarınada məhz anaları səbəb oldu.[25][26][27][28] Cambridge Rindge and Latin məktəbindəki tələbəlik illərində onlar çox yaxın dostlara çevrildilər.[15] Fərqli dərəcələrdə olmalarına baxmayaraq, tənəffüslərdə birgə vaxt keçirərək gələcəkdə aktyor olmaq planları haqqında söhbətlər aparırdılar.[15][26][29] Hər ikisi dram məktəbindəki Qerri nSpesdən ilhamlanaraq[30][31][32] yeniyetmə olarkən pul yığaraq Nyu-Yorka kastinq müraciəti üçün getmişdilər.[29][33] Yay vaxtında birlikdə tikinti və kinoteatrda biletyoxlayan kimi bir çox işlərdə çalışıblar.[28][34][35]

SQT-dən yüksək bal almasına baxmayaraq[36][37] məktəbdə davamiyyəti zəif idi.[36][38][39] Vircinia Universitetinə qəbul olsada sevgilisinə görə o, Vermont Universitetinə getdi və burada ispan dili dərslərinə yazıldı.[37] Zəif qiymət, budunun qırılması və sevgisinin cavabsız olmasına görə 1 aydan sonra universiteti tərk etdi.[40] Daha sonra Los-Ancelesə köçərək bir il yarım ərzində Yaxın Şərq İşləri üzrə Okkidental Kollecində təhsilə başladı.[41][42][42][43] Yaxın Dostum Uill Hauntinq filmi üçün ssenari yazılmağa başlayanda Ben universiteti tərk etdi.[44][45]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2015-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-12.
  2. "Arxivlənmiş surət". 2015-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  3. "Arxivlənmiş surət". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  4. "Arxivlənmiş surət". 2010-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  5. "Arxivlənmiş surət". 2016-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  6. "Arxivlənmiş surət". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  7. "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  8. "Arxivlənmiş surət". 2016-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  9. "Arxivlənmiş surət". 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  10. "Arxivlənmiş surət". 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  11. "Arxivlənmiş surət". 2014-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  12. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  13. http://www.thecrimson.com/article/1964/8/19/the-cocktail-party-pthe-theatre-company/>/[ölü keçid]
  14. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  15. 15,0 15,1 15,2 "Arxivlənmiş surət". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  16. "Arxivlənmiş surət". 2017-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  17. "Arxivlənmiş surət". 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  18. "Arxivlənmiş surət". 2013-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  19. "Arxivlənmiş surət". 2016-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  20. "Arxivlənmiş surət". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  21. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  22. "Arxivlənmiş surət". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  23. "Arxivlənmiş surət". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
  24. "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  25. "Arxivlənmiş surət". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  26. 26,0 26,1 "Arxivlənmiş surət". 2017-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  27. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  28. 28,0 28,1 "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  29. 29,0 29,1 "Arxivlənmiş surət". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  30. "Arxivlənmiş surət". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  31. "Arxivlənmiş surət". 2016-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  32. "Arxivlənmiş surət". 2017-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  33. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  34. "Arxivlənmiş surət". 2014-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  35. "Arxivlənmiş surət". 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  36. 36,0 36,1 "Arxivlənmiş surət". 2017-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  37. 37,0 37,1 "Arxivlənmiş surət". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  38. "Arxivlənmiş surət". 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  39. "Arxivlənmiş surət". 2014-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  40. "Arxivlənmiş surət". 2008-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-04-11.
  41. "Arxivlənmiş surət". 2016-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  42. 42,0 42,1 "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  43. "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  44. "Arxivlənmiş surət". 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  45. "Arxivlənmiş surət". 2016-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.