Belarusda holokost

Holokost qurbanlarınının xatirəsinə həsr olunmuş Yama memorial-abidə kompleksi. Minsk şəhəri

Belarusda holokost İkinci dünya müharibəsi ərzində Belarus ərazisində yəhudilərə qarşı Nasist Almaniyası tərəfindən həyata keçirilmiş cinayətlərə verilən ümumi addır. 1939-cu ildə Polşanın Sovet İttifaqı tərəfindən işğal olunmasından sonra Belarusun sərhədlərində ciddi dəyişikliklər baş vermişdi.[1][2]

1 sentyabr 1939-cu il tarixində İkinci dünya müharibəsinin başlamasından sonra Nasist Almaniyası da Polşanın işğalına başlamışdı. Gizli şəkildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən Sovet Ordusu da 17 sentyabrdan etibarən Polşanın şərqdən işğalını paralel həyata keçirirdi. Bu işğal nəticəsində Polşanın şərq hissəsi SSRİ tərəfindən anneksiya olunmuş və Belarus SSR ilə Ukrayna SSR arasında bölüşdürülmüşdü.[3]

Müasir Belarusun bütün ərazisi 1941-ci ilin avqust ayının sonlarına qədər Nasist Almaniyası tərəfindən işğal olundu.[4] Amerikalı tarixçi Lusi Davidoviçin müəllifi olduğu Yəhudilərə qarşı müharibə kitabında yazılanlara görə Belarus SSR-də yaşayan yəhudilərin 66%-i Holokost zamanı həlak olmuşdur. Sovet mənbələrinin məlumatına əsasən İkinci dünya müharibəsi başlayana qədər Belarus ərazisində 375,000 nəfər etnik yəhudi məskunlaşmışdı. Məsələn, eyni dövrdə Baltikyanı ölkələrdə yaşayan yəhudilərin 90%-i nasistlər tərəfindən öldürülmüşdü.[5]

Arxa plan[redaktə | mənbəni redaktə et]

1939-cu ildə Polşanın Sovet Ordusu tərəfindən işğal olunması və həmin ərazilərin Belorusiya ilə Ukrayna arasında bölüşdürülməsi nəticəsində Belarus SSR-in sahəsi təqribən iki dəfə artdı.[6] İşğal olunmuş ərazidə yerləşən şəhərlərin adları ruslaşdırıldı, həmçinin yeni vilayətlər yaradıldı. Milyonlarla polşalı vətəndaş özləri üçün yeni olan Sovet qanunları əsasında yaşamağa məcbur edildi.[7] İki il ərzində Belarusiya Sovet Sosialist Respublikasının paytaxtı olan Minsk şəhərinin yəhudi əhalisinin sayı alman işğalından qaçan Polşa yəhudilərinin sayəsində 90,000 nəfərə yüksəldi.

Minsk Gettosunun yəhudi məhbusları stansiyada qar təmizləyərkən. 1942-ci il, fevral.

Üçüncü Reyx tərəfindən törədilən Holokost hadisələri 1941-ci ilin yayında Barbarossa əməliyyatının başlaması ilə başda Belarus olmaqla, Sovet ərazilərinə keçdi.[8] 28 iyun 1941-ci ildə Vermaxt qoşunları Minski bombardman etdikdən sonra şəhəri ələ keçirməyə nail oldu. Hitler Barbarossa əməliyyatını Almaniyanın "Yəhudi bolşevizmi"nə qarşı müharibəsi olaraq görürdü.[9] 3 iyul 1941-ci ildə nasistlər tərəfindən Minskdə həyata keçirilmiş ilk "seçim" nəticəsində 2000 nəfər yəhudi meşəyə aparılmış və burada öldürülmüşdür.[10] Nasistlər Minski işğal etdikdən sonra şəhəri Ostland Reyxkomissarlığının mərkəzi elan etmişdilər. 15 iyul 1941-ci ildən etibarən bütün yəhudilər paltarlarının çöl hissəsinə sarı Davud ulduzu nişanı taxmağa məcbur edildi. Bunun ardınca, 20 iyul 1941-ci il tarixində isə Minsk Gettosunun yaradıldığı elan olundu. Artıq iki il ərzində bura 10,000 yəhudinin saxlanıldığı işğal olunmuş Sovet ərazilərində yaradılmış ən böyük getto idi.[11]

Etnik belarusların əksər hissəsi işğalın ilk illərində Nasist Almaniyasını dəstəkləyirdi.[12] İvan Yermaçenko da daxil olmaqla bir çox millətçilər bu işğaldan sonra Reyxin protektoratı olan müstəqil Belarus dövlətinin yaradılacağına ümid bəsləyirdi. 1942-ci ilin sonlarından etibarən Yermaçenkonun BNS adı ilə tanınan qruplaşmasının Sovet İttifaqının müxtəlif şəhərlərindən olan 30,000 nəfərə yaxın üzvü var idi.[13] 1941-ci ilin yayında nasist hakimiyyəti tərəfindən Belarusiya Köməkçi Polisi adlı qurum yaradıldı. Bu qurumdakı yuxarı vəzifələrin çoxu da məhz BNS qruplaşmasının üzvlərinə təhvil verildi. Almanlar tərəfindən işğal olunmuş Sovet ərazilərindəki köməkçi polis qüvvələrinin sayı 300,000 nəfərə çatırdı.[14]

17 iyul 1941-ci il tarixində Ukrayna Reyxkomissarlığı yaradıldı və müasir Belarus ərazisinin cənub hissəsi, həmçinin RSFSR-nin Qomel vilayəti bu reyxkomissarlığa birləşdirildi. Yəhudilər burada da daima nasistlər tərəfindən əhalinin digər hissəsindən ayrılır və müxtəlif bölgələrdə yerləşən gettolara deportasiya olunurdu. Sovet rəhbərliyi Minskdə heç bir təxliyə həyata keçirmədən qaçdığına görə yəhudilərin də əksər hissəsi almanlar tərəfindən əsir götürülmüşdü.[15] Təkcə Minskdə 100,000 nəfər həbs olunaraq gettolarda saxlanılırdı.[16]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Doron Halutz. "U.S. historian revives controversy in Holocaust studies". Yale professor Timothy Snyder examines the killing policy that entwined the Nazi and Soviet regimes. Haaretz.com. 7 March 2013. March 17, 2015 tarixində orijinalından (Internet Archive print option) arxivləşdirilib. İstifadə tarixi: 17 March 2015.
  2. Timothy Snyder. "Holocaust: The Ignored Reality". The New York Review of Books. 16 July 2009. January 9, 2014 tarixində orijinalından (Internet Archive) arxivləşdirilib. İstifadə tarixi: 17 March 2015.
  3. Bernd Wegner. From peace to war: Germany, Soviet Russia, and the world, 1939–1941. Berghahn Books. 1997. 74–92. ISBN 1-57181-882-0. 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03.
  4. SMC "Khatyn". "Genocide policy". Khatyn.by. 2005. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03. Memorial complex Khatyn built in 1969 by Central Committee of the Communist Party of Belarus is situated in Logoisk region of Minsk.
  5. Dawidowicz, Lucy. The War Against the Jews. Bantam. 1986. 403, 485. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03 – Google Books vasitəsilə.
  6. Hilberg, Raul. The Destruction of the European Jews. Yale University Press. 2003. 1313–1316. ISBN 0300095929. 2020-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03.
  7. Gross, Jan Tomasz. Revolution from Abroad: The Soviet Conquest of Poland's Western Ukraine and Western Belorussia. Princeton, NJ: Princeton University Press. 2002. səh. 17. ISBN 0-691-09603-1. 2020-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03. Indeed, September campaign that brought the USSR 200,000 square kilometers of territory, 13.5 million new subjects, and 250,000 prisoners of war, cost it, according to Vyacheslav Molotov, fewer than 3,000 casualties..
  8. Gross, Jan Tomasz. Revolution from Abroad. Princeton University Press. 2003 [2002]. 396. ISBN 0-691-09603-1. 2015-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03 – Google Books vasitəsilə.
  9. Leonid Rein. The Kings And The Pawns: Collaboration in Byelorussia during World War II. Berghahn Books. 2013. səh. 85. ISBN 1782380485. 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03.
  10. ARC. "Minsk Ghetto". Hilberg 2003, Gilbert 1986, Ehrenburg 1981, Arad 1987, Gutman 1990, Klee 1991, et al. Aktion Reinhard Camps. 26 June 2006. Archived from the original on 3 September 2011. İstifadə tarixi: 3 February 2018 – Internet Archive vasitəsilə.
  11. Donald L. Niewyk, Francis R. Nicosia. The Columbia Guide to the Holocaust. The Minsk Ghetto. Columbia University Press. 2000. 205, 156–165, 205–208. ISBN 0231505906. 2020-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03.
  12. Marek Wierzbicki. "Stosunki polsko-białoruskie pod okupacją sowiecką (1939–1941)" [Polish-Belarusian relations under the Soviet occupation]. НА СТАРОНКАХ КАМУНІКАТУ. Białoruskie Zeszyty Historyczne (20 (2003)): 186–188. Archived from the original on 6 April 2009. İstifadə tarixi: 3 February 2018 – Internet Archive vasitəsilə.
  13. Leonid Rein. The Kings And The Pawns. 2013. 144–145. ISBN 1782380485. 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03.
  14. Andrea Simon. Bashert: A Granddaughter's Holocaust Quest. Atonement. Univ. Press of Mississippi. 2002. səh. 225. ISBN 1578064813. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03.
  15. Daniel Romanovsky. Zvi Gitelman (redaktor ). "Soviet Jews under the Nazi Occupation (Data on North-Eastern Byelorussia and Northern Russia)" (PDF). History, Politics and Memory: The Holocaust and Its Contemporary Consequences in the Former USSR. The National Council for Soviet and East European Research. p. 25 (30 / 39 in PDF). 2017-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-03.
  16. "Gosudarstvenny arkhiv Rossiiskoy Federatsii (GARF): F. 8114, Op. 1, D. 965, L. 99" Государственный архив Российской Федерации (ГАРФ): Ф. 8114. Оп. 1. Д. 965. Л. 99 [State Archive of the Russian Federation] (PDF). 110, 119 / 448 in PDF. 2017-02-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-03 – direct download, 3.55 MB from Iz istorii evreiskoi kultury vasitəsilə. Геннадий Винница (Нагария), »Нацистская политика изоляции евреев и создание системы гетто на территории Восточной Белоруссии«

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]