Bayburt qalası

Bayburt qalası
Bayburt kalesi
Xəritə
40°15′49″ şm. e. 40°13′45″ ş. u.
Ölkə  Türkiyə
Yerləşir Bayburt ili
Tikilmə tarixi IX-X əsr
Bayburt qalası (Türkiyə)
Bayburt qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bayburt qalası və ya Çinimaçin qalası - Türkiyənin Bayburt ilində yerləşən qala.

Haqqında[redaktə | mənbəni redaktə et]

Bayburt şəhərinin şimalında qayalar üzərində tikilən qalanin kimlər tərəfindən tikildiyi dəqiq bilinmir. Baqrat sülaləsi (885-1044) dövründə varlığından söz açılan qalanın eramızdan əvvəl də tikildiyi istisna olunmur.

Qala türklərin əlinə keçməmişdən qabaq Bizansın, ermənilərin hakimiyyəti altında olub. Mənbələrdə bir çox dəfə təmir olunduğu qeyd olunub.

Xalq arasında Çinimaçin qalası kimi də tanınan qalanın adı "Kitabi Dədə Qorqud" dastanında çəkilir.

Osmanlı dövründə qalanın rəsmi adı da Çinimaçin olub. Qalanın şərqində XIV-XVIII əsrlərdə tikilən kilsə qalıqları var. Qərb tərəfində isə mağara yerləşir.