Bavariyalı Qizela

Bavariyalı Qizela
mac. Bajor Gizella
Bavariya və Macarıstan kraliçası
1000 və ya 1001 – 1038
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Fəaliyyəti queen regnant[d]
Atası Bavariya hersoqu II Henrix
Anası Burqundiyalı Qizela
Həyat yoldaşı Kral I Stefan
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bavariyalı Qizela (mac. Bajor Gizella) və ya Müqəddəs Qizela (mac. Boldog Gizella; 980 və ya 9857 may 1065[1][2] və ya 1033[3]) — ilk Macarıstan kraliçası, I Stefanın həyat yoldaşı,Müqəddəs Roma imperatoru II Henrixin bacısı. Roma-Katolik kilsəsi tərəfindən beatifikasiya (şərəfləndirmə) [4] olunmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qizela Bavariya hersoqu II Henrix ilə Burqundiyalı Qizelanın qızı idi. Qizela dindar bir insan kimi yetişdirilmişdi. 996-cı ildə I Stefan ilə ailə həyat quran Qizela Macarıstanın qərb siyasətində önəmli rol oynamışdır. Stefan və Qizelanın toyu Macarıstan tarixində dönüş nöqtəsi olmuşdur. Kraliça Qizela Macarıstanda xristian dinin və Qərb mədəniyyətinin yayılmasında da pay sahibi olmuşdur.

1038-ci ildə kral I Stefanın vəfat edir. Kralın ölümündən sonra 1046-cı ildə Qizela, onun xidmətçiləri və bir qisim bavariyalı Macarıstanı tərk edərək Bavariyaya qayıtmış, burada o Niederburq monastrına qoşularaq rahibə olmuşdur. Həyatının sonuna qədər- 1065-ci ilə qədər monastrda qalmış, burada da vəfat etmişdir.

Müqəddəs elan edilməsi[redaktə | mənbəni redaktə et]

XVIII əsrdə Qizelanın müqəddəs elan edilməsi məsələsi ortaya atılsa da, bu proses 1975-ci ildə baş tutmuşdur. Onun xatirə günləri 7 may1 fevral tarixləridir [5]. Qizela və yoldaşı kral I Stefan ayrı-ayrılıqda dəfn edilmişdir. 1996-cı il may ayının 4-də I Stefanın sağ əlinin qalıqları qorunmuş və Qizelanın qol sümüyü ilə bir yerdə Vesprem muzeyinə göndərilmişdir [6]. Günümüzdə də burada sərgilənməkdədir. Onun məzarı ən çox ziyarət edilən müqəddəs yerlərdən biri hesab edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gisela of Hungary // GCatholic.org. 1997.
  2. Pas L. v. Gisela von Bayern // Genealogics (ing.). 2003.
  3. Dictionary of Women Worldwide (ing.): 25,000 Women Through the Ages. / A. Commire, D. Klezmer Detroit: Gale, Yorkin Publications, 2006. 2572 p. ISBN 978-0-7876-7585-1
  4. "BEATİFİKASİYA". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.
  5. "Blessed Gisela of Hungary". 2017-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.
  6. "Hungary's queen meets her match after 1,000 years". 2016-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.