Bari FK

Bari FK
Società Sportiva Calcio Bari
Loqonun şəkli
Ölkə
Yaranma tarixi 1908
Liqa İtaliya B Seriyası
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bari FK (it. Società Sportiva Calcio Bari) – İtaliyanın Bari şəhərini təmsil edən futbol klubu.

1908-ci ildə qurulmuşdur.[1] Ev oyunlarını 58.270 tamaşaçı tuta bilən San Nikola stadionunda oynayır. Klub hazırda İtaliyanın B Seriyasında çıxış edir.

Tarixi[redaktə | mənbəni redaktə et]

XX əsrin 30–40-cı illəri klub tarixinin ən uğurlu dövrü hesab olunur. Bu zaman kəsiyində komanda A Seriyasının daimi iştirakçısı olmuş, 1947-ci ildə isə klub, A Seriyasında 7-ci yerdə qərarlaşmışdır.

1950-ci illərdən başlayaraq klub zəifləyir. Bu dövrdə klub A Seriyasında cəmi 5 mövsüm keçirdir (1958–61, 1963–64 və 1969–70).

1974-cü ildə komanda C seriyasına qədər düşür. 70-ci illərin sonlarında komanda təkrar A Seriyasına qayıdır. Ancaq burada uzun müddət qalmır və təkrar elita ilə vidalaşır.

San Nikola Stadionu

1989-cu ildə klub təkrar A Seriyasına yüksəlir. 1990-cı ildə komanda A Seriyasında 10-cu yeri tutmağı bacarır. Bu, komandanın Della Vittoriya stadionunda keçirdiyi son mövsüm olur və növbəti mövsum klub San Nikola stadionuna köçür.

2010/11 mövsümünün sonunda Bari A Seriyasında sonuncu olur və B Seriyasına düşur. Klub rəhbərliyinin bir neçə lider oyunçunu saxlamağı və bir sıra gələcək bəxş edən futbolçularla müqavilə imzalamağına baxmayaraq, Apulialılar 2011/12 mövsümündə elitaya çıxmağı bacarmır. Ardınca klubda maliyyə problemləri baş qaldırmışdır. 2017/18 mövsümünün sonunda klub peşəkar statusundan məhrum edilir və maddi səbəblərdən D Seriyasına göndərilir.[2]

2018-ci ildə Napoli futbol klubunun və Filmauro film şirkətinin sahibi Aureliyo De Laurentis Bari klubunu yenidən yaratmaq hüzququnu qazanır və klubun fəaliyyətini bərpa edir.[3]

Titulları[redaktə | mənbəni redaktə et]

Seriya B : (3)

  • Qalib : 1934–35, 1941–42, 2008–09
  • 2-ci yer : 1930–31, 1933–34, 1957–58, 1962–63, 1988–89, 1993–94
  • A Seriyasının çıxışı : 1968–69, 1984–85, 1996–97, 2008–09

Mitropa Kuboku (1):

  • Qalib : 1990

Liqalarda Mövsum sayı[redaktə | mənbəni redaktə et]

Liqa Mövsüm sayı Debüt Son mövsüm
A 31 1928–1929 2010–2011
B 41 1926–1927 2017–2018
C 8 1951–1952 1983–1984
D 3 1952–1953 2018–2019

Məşhur Oyunçuları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [1]
  2. "Arxivlənmiş surət". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
  3. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]