Bəykənd (Şörəyel)

Kənd
Bəykənd
40°38′21″ şm. e. 43°58′06″ ş. u.
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Ərtik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.720 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.161 nəf. (2012)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Bəykənd xəritədə
Bəykənd
Bəykənd

Bəykənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.[2][3][4]

Tarixi[redaktə | mənbəni redaktə et]

Erməni mənbələrində kəndin adı Bekyan, Kiçik Bekyand kimi qeyd edilir[5]. Rayon mərkəzindən 5 km şimalda, Alagöz dağının şimal-qərbində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Bəykənd kimi[6], Qafqazın 5 verstlik xəritəsində Kiçik Bekand formasında[7] qeyd edilmişdir.

Toponimi[redaktə | mənbəni redaktə et]

Toponim qədim türk dilində "təpə, yüksəklik" mənasında işlənən bək (bak < bəy) sözü ilə[8] kənd sözünün birləşməsindən əmələ gəlib "təpəlik, dağlıq yerdə yerləşən kənd" mənasını bildirir. Bəykənd sonralar XIX əsrin ortalarında Böyük Bəykənd kəndindən yaranmış məntəqədir. Mənbədə Bekand kimidir (yenə orada). Ona görə də toponimin bəy və kənd sözlərindən ibarət olması ağlabatan deyil. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Digər adı Kiçik Pərni. 1920-ci ildə adı dəyişdirilib Pokr Parni, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. V.1969-cu il fərmanı ilə yenidən adı dəyişdirilib Anuşavan (Anuş şəxs adıdır) qoyulmuşdur.[9]

Əhalisi[redaktə | mənbəni redaktə et]

1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[10][11]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.armstat.am/file/article/marz_12_42.pdf.
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  4. Hüsеynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun “Еlmi əsərləri”,. № 8. 1974.
  5. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.287
  6. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.126
  7. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.36
  8. Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.35
  9. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бәјкәнд // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  10. Bayramov A.Ə. Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları. Bakı. 1996.
  11. (#empty_citation)