Bülbülə gölü

Bülbülə gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 4 m
Yerləşməsi
40°22′08″ şm. e. 49°48′05″ ş. u.
Ölkə  Azərbaycan
Bülbülə gölü xəritədə
Bülbülə gölü
Bülbülə gölü

Bülbülə gölüAbşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində göl.

Haqqında[redaktə | mənbəni redaktə et]

Bülbülə gölü səthinin sahəsi 99 ha, dərinliyi 2,5 m olmaqla Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşir.[1] Gölün suyu şortəhər olmaqla minerallaşma dərəcəsi 1,7 q/l-dir. Kationların (kalsium və maqneziumun) konsentrasiyası norma daxilində tərəddüd edir, anionların (xloridlər və sulaftların) miqdarı isə normadan cüzi dərəcədə yüksəkdir. Detergenlərin miqdarı YVHQ-dən 9,5 dəfə, fenolların miqdarı 8 dəfə, neft məhsullarının və misin konsentrasiyası isə 3,5-4 dəfə artıqdır. Gölün oksigen rejimi norma daxilindədir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ş.Əhmədov. Mühəndis ekologiyası. Bakı, 2012

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [1] Büıbülə gölünün xəritəsi

Xarici keçid[redaktə | mənbəni redaktə et]