İnsanda qan dövranları

İnsanda qan dövranı - insan vücudundaki qanın hərəkətidir.

Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır.

Böyük qan dövranı[redaktə | mənbəni redaktə et]

Böyük qan dövranının başlanğıcı və sonu (qırmızı və göy oxlarla göstərilib). Göy venoz qanı, qırmızı isə arterial qanı göstərir

Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsi ilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir.

Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır. Döş və qarın boşluğunda aortadan ayrılan arteriya şaxələri gövdəni, döş və qarın böşlugundakı orqanları və nəhayət, aşağı ətrafları qanla təchiz edir. Her bir üzvdə arteriyalar tədricen daha kiçik şaxəyə bölünərək, sıx kapillyar şəbəkəsini əmələ gətirir.Bu kapilyarlardan qan keçərkən özündəki oksigeni ve qida maddələrini verir,özü isə toxumalardan karbon qazı və mübadilənin son məhsullarını alır.Kapilyar birləşib əvvəlcə kiççik, sonra getdikcə iri venalar əmələ gətirir.Bunlardan qan iki böyük venaya toplanır. Yuxarı boş vena başdan, boyundan, yuxarı ətraflardan ve gövdədən qanı ürəyə daşıyır.Hər iki boş vena ürəyin sağ qulaqcığına açılır.Sağ qulaqcıqdan venoz qan sağ mədəciyə tökülür. Beləliklə, qanın sol mədəcikdən çıxıb bədənin bütün arteriyaları, kapilyarları və venaları ilə sağ qulaqcığa qədər keçdiyi yola böyük qan dövranı deyilir.

Daha geniş: Qan dövranı


İstinadlar[redaktə | mənbəni redaktə et]