Böyük Kolumbiya
Tarixi dövlət | |||||
Böyük Kolumbiya | |||||
---|---|---|---|---|---|
(isp. República de Colombia) | |||||
| |||||
| |||||
Paytaxt | Boqota | ||||
Dilləri | ispan dili | ||||
Rəsmi dilləri | ispan dili | ||||
Dövlət dini | katolisizm | ||||
Ərazisi |
| ||||
Əhalisi |
| ||||
İdarəetmə forması | Respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Kolumbiya (isp. Gran Colombia) və ya Kolumbiya Respublikası (isp. República de Colombia) – Venesuela, Yeni Qranada Respublikası və Ekvatorun müasir ərazilərini əhatə etmiş dövlət. Dövlətin quruçusu Simon Bolivar, Latın Amerikasında yaşayan yerli xalqları, vahid şəkildə birləşdirmək məqsədi ilə BKR adlı dövlət yaratmışdır. Dövlətin qurulmasına qarşı çıxan İspaniya dərhal hərbi müdaxiləyə başlamışdır. 1819-cu ilə qədər davam edən silahlı mübarizənin sonunda, Simon Bolivar qalib gəlmiş və üç dövlətin birləşməsindən yaranan Böyük Kolumbiya Respublikasının müstəqilliyini rəsmən elan etmişdir.[1] Dövlətin ilk prezidenti olan Simon Bolivara BKR-in ən yüksək mükafatı Libertador (Xilaskar) ordeni verilmişdir. Birliyə daxil olan Venesuelanın digər iki dövlət üzərində üstünlük əldə etmək istəməsi, tərəflər arasında fikir ayrılığına səbəb olmuşdur. 1830-cu ildə Venesuela, Yeni Qranada Respublikası və Ekvadorun formalaşması ilə Böyük Kolumbiya Respublikasının fəaliyyətinə fikir ayrılığı səbəbindən son qoyulmuşdur.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Bethell, Leslie. The Cambridge History of Latin America. Cambridge University Press. 1985. səh. 141. ISBN 978-0-521-23224-1. İstifadə tarixi: September 6, 2011.