Azure

Bu məqalə bina haqqındadır. Microsoft platforması üçün Microsoft Azure səhifəsinə baxın.
Azure
Xəritə
Ümumi məlumatlar
Növü Yaşayış, ofis, ticarət və əyləncə mərkəzi
Ölkə  Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°22′41″ şm. e. 49°52′28″ ş. u.
Tikintisinin başlaması 2007
Tamamlanıb 2012
Sahibi Yeni Hayat
Hündürlük
Dam örtüyü 115 m
Texniki detallar
Mərtəbə sayı 30 (Azure Business Centre)[1]
28 (Azure Residence)
Mərtəbə sahəsi 84 345 m² (Azure Residence)
40 000 m² (Azure Shopping Centre)
Dizayn və konstruksiya
Memar Fərid Akmeev

Azure — Bakıda yerləşən biznes, yaşayış, ticarət və əyləncə mərkəzindən ibarət çoxfunksiyalı kompleks binası.[2] Kompleksin tərkib hissəsi olan "Megafun" əyləncə mərkəzi Avropanın ən böyük qapalı əyləncə mərkəzi sayılır.[3][4]Bina Xəzər dənizinin sahilindən 100 metr məsafədə, Ağ Şəhərin yanında, Nobel prospektində yerləşir.[5]

Kompleks[redaktə | mənbəni redaktə et]

Çoxfunksiyalı Azure Kompleksi – Azərbaycanın tikinti bazarının liderlərindən olan YENİ HAYAT Şirkətlər Qrupu-nun Bakıda gerçəkləşdirdiyi ən innovativ layihələrdən biridir.

Azure Business Center[redaktə | mənbəni redaktə et]

Azure Business Center postmodern üslubunda hazırlanmış A+ sinifinin 30 mərtəbəli ofis qülləsidır. Göydələnin forması yelkənlər üzərində gəmi yarışını simvollaşdırır, memarlara görə isə müvəffəqiyyət arzusunu simvollaşdırır. Qüllədə 200 ofis binası, konfrans zalı, kino, tibb mərkəzi, kafe və 2000 avtomobil üçün park yeri var. Panoramik liftlərdən istifadə olunur. İş mərkəzində ən son texniki avadanlıqla təchiz olunmuş 200 ofis, konfrans zalları, iclas üçün otaqlar, kafe və restoranlar, xidmət otaqları yerləşir.

Azure Shopping Centre[redaktə | mənbəni redaktə et]

Azure Shopping Center 4 mərtəbəli 40 000 m²-lik bir ticarət mərkəzidir. 2012-ci ildə açıldı.[2] Hal-hazırda Azərbaycanın ən böyük ticarət və əyləncə mərkəzidir.[2]

Azure Residence[redaktə | mənbəni redaktə et]

Azure Residence ümumi sahəsi 84.345 m² olan və 7 blokdan ibarət 28 mərtəbəli yaşayış binasıdır. Dəniz mövzusuna yönəldilmişdir: mavi və ağ xətlərin birləşməsi, porşenlərə bənzər yuvarlaq pəncərələrin olması. 2010-cu ildə istifadəyə verilmişdir.[6] 307 mənzil var. Yaşayış sahəsi 8000 kvadrat-metrdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "SkyscrapercityPage.com". 2013-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.
  2. 1 2 3 "Компания «YENİ HAYAT» откроет крупнейший в Азербайджане торгово-развлекательный центр «Azure»". day.az. 1 oktyabr 2012, 13:34. 2012-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.
  3. "В марте в Баку откроется крупнейший в Европе развлекательный центр". ОАО «Информационно-Аналитическое Агентство Fineko», сайт abc.az. 20 dekabr 2011, 14:46.[ölü keçid]
  4. "Каталог заведений Баку". Сайт CityLife.az — путеводитель по развлечениям Баку. 2016-03-04 tarixində arxivləşdirilib.
  5. Azure.az Arxivləşdirilib 2013-02-15 at the Wayback MachineBura həm şəhərin istənilən nöqtəsinə rahat yolu olan prestijli məkan, həm də meqapolisin mərkəzində məskən salan ekoloji-təmiz bir güşədir.
  6. "Fineko/abc.az: В 2010 году будет сдан жилой комплекс New Life Residence". 2014-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]