Azərbaycanda iudaizm

Azərbaycanda iudaizmAzərbaycanda islamxristianlıqla yanaşı bir neçə əsas dinlərdən biridir. Uzun illərdir ki, Azərbaycan əhalisi tərəfindən etiqad olunur.

Qırmızı Qəsəbədə Altı günbəz sinaqoqu

Tarixi[redaktə | mənbəni redaktə et]

Müasir Azərbaycan ərazisində iudaizmin tarixi təxminən VII əsrə gedib çıxır. İudaizm haqqında ilk qeydlər 1990-cı ildə R. Göyuşovun rəhbərliyi ilə arxeoloqlar tərəfindən Bakı şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkar edilmişdir. Qazıntılar zamanı b.e. VII əsrə aid yəhudi məhəlləsinin və Şabran sinaqoqunun qalıqları aşkar edilmişdir.[1]

Yəhudi icmaları[redaktə | mənbəni redaktə et]

Bakıda Dağ yəhudilərinin sinaqoqu.

Azərbaycanda üç yəhudi icması var: dağ yəhudiləri, aşkenazi yəhudilərigürcü yəhudilər. Ümumilikdə yəhudilərin sayı 16 min nəfərdir: 11 min-i dağ yəhudisidir, onlardan 6 minə yaxını Bakıda, 4,000-i QubaQırmızı Qəsəbədə, minə yaxını isə başqa şəhərlərdə yaşayır; 4,3 min aşkenazi yəhudisi var ki, onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır; Azərbaycanda 700-ə yaxın gürcü yəhudi yaşayır.

Ən qədimi dağ yəhudilərinin icmasıdır ki, burada əksər tarixçilərin fikrinə görə, V əsrdən əvvəl yaranmışdır. İndiki dövrdə Azərbaycanın bütün yəhudi diasporu arasında dağ yəhudiləri çoxluq təşkil edir. Danışdıqları dil tat dialektidir, tərkibində çoxlu türk, farsrus sözləri və hebraizmlər var.[2]

Aşkenazi yəhudiləri ilə müqayisədə dağ yəhudiləri inanc məsələlərində daha ortodoksdurlar, lakin onların dini bəzi dağ bütpərəstlik adətlərini və yerli folkloru özündə cəmləşdirərək müəyyən dəyişikliklərə məruz qalmışdır.[3]

Bakı Dövlət Universitetində ivrit dili tədris olunur.[4] 2001-ci ilin aprelində Azərbaycan Elmlər Akademiyası ilə Rusiya Yəhudi Mədəniyyətinin Qorunması və İnkişafı Fondu dünyanın bir çox ölkələrindən alimlərin iştirak etdiyi "Qafqaz dağ yəhudiləri" adlı Beynəlxalq elmi-praktik konfrans keçirmişdir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Азербайджан Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine — статья из Электронной еврейской энциклопедии
  2. Горские евреи Arxivləşdirilib 2023-05-30 at the Wayback Machine : [арх. 15 июня 2022] // Большая российская энциклопедия [Электронный ресурс]. — 2015.
  3. "Религии в современном Азербайджане". 2010-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-04.
  4. "Еврейская община Азербайджана". 2010-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-11.
  5. ."Еврейская община Азербайджана". 2010-03-17 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]