Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | |
---|---|
| |
Hücum yeri | Azərbaycan Dövlət Neft Akademiyası |
Vaxt | 30 aprel 2009 09:30 |
Hücum üsulu | Kütləvi |
Silah | Makarov PM |
Həlak olanlar | 13 |
Yaralılar | 13 |
Terrorçular | Fərda Qədirov |
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi — 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi.
Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Ölənlərin sayı 13, yaralıların sayı 10-dur.[1] Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır.
İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib.
Hadisə yerinə Daxili İşlər Naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov gəliblər. Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verib. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud açıqlayıb.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb.[2]
Beynəlxalq reaksiyalar[redaktə | mənbəni redaktə et]
Rusiya prezidenti Dmitri Medvedev və Gürcüstan prezidenti Mixail Saakaşvili prezident İlham Əliyevə akademiyada baş vermiş faciə ilə bağlı başsağlığı veriblər.[3] Türkiyə prezidenti Abdullah Gül, baş naziri Rəcəb Tayyib Ərdoğan, Belarus prezidenti Aleksandr Lukaşenko, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus və York hersoqu Şahzadə Endryu Azərbaycan Dövlət Neft Akademiyasında insanların həlak olması ilə nəticələnmiş faciə ilə əlaqədar xalqları və öz adlarından başsağlığı veriblər.[4] "Biz hadisədə ölənlərin ailə və dostlarının kədərini bölüşür və yaralananların tezliklə ayağa qalxmasını diləyirik. Birləşmiş Ştatlar belə sarsıntılı və kədərli bir vəziyyətdə öz dostu və strateji müttəfiqi olan Azərbaycanla həmrəy olduğunu bildirir".
"UNİCEF-Azərbaycan" təşkilatı silahlı şəxsin hücumu nəticəsində kütləvi insan tələfatı xəbərindən hədsiz dərəcədə kədərləndiyini, sarsıldığını bildirib və ölənlərin ailələrinə və Azərbaycan xalqına faciə ilə əlaqədar baş sağlığı verib. Başsağlığında deyilir: "Uşaq Hüquqlarının Qorunması Konvensiyası və digər beynəlxalq müqavilələrin prinsiplərinə əsasən, "UNİCEF" zorakılıq, terror və günahsız mülki şəxslərin öldürülməsini pisləyərək, Azərbaycan xalqının kədərini anlayır və dərdinə şərik olduğunu bildirir".
Bundan başqa, "UNİCEF-Azərbaycan" hadisə qurbanlarının ailələrinə və hadisənin sarsıntı keçirən şahidlərinə kömək məqsədi ilə Azərbaycan hökumətinə psixoloji və travma məsləhət yardımı təklif edib və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib.[5]
Öldürülənlərin siyahısı[redaktə | mənbəni redaktə et]
- Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
- Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
- Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
- Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
- Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
- Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
- Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
- Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
- Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
- Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
- Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
- Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu, Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Hüseynli Zenfira Seydi qızı,
Tələbələr
İsayev Kənan Tələt oğlu, Suriya vətəndaşı olan Daas Muavviyya, Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru, Şirəliyev İlkin Azər oğlu, Mustafayev Elşən Elbəyi oğlu, Axundov Rəhman Sahib oğlu, Cəmiyev Elvin Azər oğlu, 1989 Qurbanova Səbinə Əşrəf qızı, Məmmədov Elşən Xanlar oğlu, Cəfərov Bəxtiyar Aydın oğlu
Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.
Mənbə[redaktə | mənbəni redaktə et]
- Bakü'deki Petrol Akademisi'ne saldırı
- Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın nəticəsində ölənlərin və yaralıların adları məlumdur Arxivləşdirilib 2009-05-02 at the Wayback Machine
- Səhiyyə Nazirliyi Dövlət Neft Akademiyasında baş verən atışma nəticəsində ölən və yaralananların siyahısını yayıb Arxivləşdirilib 2009-05-02 at the Wayback Machine
- Neft Akademiyasına silahlı basqın (Faciə ilə bağlı bütün məqalələr)
- 2009-Cu İl Aprel Ayının 30-Da Azərbaycan Dövlət Neft Akademiyasında Baş Vermiş Faciəli Hadisə Nəticəsində Həlak Olanların Ailələrinə Və Ağır Xəsarət Alanlara Birdəfəlik Maddi Yardım Göstərilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2012-05-16 at the Wayback Machine
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Səhiyyə Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasına terror hücumu zamanı ölənlərin yekun siyahısını açıqlayıb Arxivləşdirilib 2009-05-03 at the Wayback Machine Apa.az tarix:30 Aprel 2009
- ↑ "Arxivlənmiş surət". 2009-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
- ↑ "Arxivlənmiş surət". 2009-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
- ↑ http://az.apa.az/xeber_"UNICEF-Azerbaycan"_teshkilati_Neft_Akademiyasinda__153372.html[ölü keçid]