Azərbaycan Dövlət Kukla Teatrı

Azərbaycan Dövlət Kukla Teatrı
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı.jpg
40°22′12″ şm. e. 49°50′16″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər WP baku siegel.png Bakı
Yerləşir Neftçilər prospekti, 36
Aidiyyatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Memar Yuzef Ploşko
Tikilmə tarixi 1910
Üslubu Neoklassik memarlıq
Vəziyyəti stabil
Rəsmi sayt kuklateatri.com/index.ht…
İstinad nöm.140
KateqoriyaTeatr
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Kukla Teatrı (Bakı)
Locator Dot2.gif
Kukla Teatrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır.[1]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir.Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-ci il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.

Tamaşalar haqqında[redaktə | mənbəni redaktə et]

1912-ci ildə teatr.
Gecə ərzində teatr.

Azərbaycan Dövlət Kukla Teatrının azərbaycan dilirus dili bölmələri var. İlk dövrlərdə teatrda Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının pyesləri (sadələşdirilmiş şəkildə), Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər tamaşaya qoyulmuşdur: "Hacı Qara" (M.F.Axundov), "Zorən təbib" (J.B.Molyer), "Almas" (C.Cabbarlı), "Böyük İvan" (S.V.Obraztsov), "İsgəndər və Çoban (tamaşa)", "Cırtdan", "Nərgiz" (M.Seyidzadə) və s.

60-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun qurur. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. "Üç nağıl" (Abdulla Şaiq), "Göyçək fatma" (M. Dilbazi), "Artıq tamah baş yarar" (Ə. Səmədov), "Keçinin qisası" (Ə. Abbasov), "Əkiz qardaşlar" (H.Ziya), "Bu kimin evidir?" (R.Heydər), "Meşə nağıl" (T. Mütəllibov), "Balaca qızcığaz Tino" (L.Babinskaya), "Gözəl Vasilisa" (Y. Z. Çernyak), "Qaravəlli" (Anar), "Üç gombul" (Y. Oleşa), "Pəri cadu" (Ə. Haqverdiyev), "Qarınqulu Zürafə" (Y. Torbai), "Qar qız" (A. A. Ostrovski) və s. teatrın ən yaxşı tamaşalarındandır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. "Teatr". 2012-02-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]