Azərbaycan 2022 Qış Paralimpiya Oyunlarında

Azərbaycan
Qış Paralimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Paralimpiya Komitəsi
İdmançı sayı1 idmançı (1 idman növündə)
BayraqdarKönüllü (açılış mərasimi)
Medallar
Yer: —




0 0 0 0
Yay Olimpiya Oyunları
19962000200420082012201620202024
Qış Olimpiya Oyunları
19941998200220062010201420182022

Azərbaycan — 2022-ci ildə Çində baş tutan XIII Qış Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 4-14 mart tarixlərində baş tutan XIII Qış Paralimpiya Oyunlarında bir idmançı ilə bir idman növündə təmsil olundu.

Tarixdə birinci dəfə Qış Paralimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu.

Nəticələri[redaktə | mənbəni redaktə et]

Xizək yürüşü[redaktə | mənbəni redaktə et]

  • Q — növbəti mərhələyə adladı
  • DNS — mübarizə aparmadı

XIII Qış Paralimpiya Oyunlarında xizək yürüşü idman növü üzrə turnirlər 6-12 martda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Mehman Ramazanzadə. Mehman Ramazanzadə bundan əvvəl 2008-ci ildə baş tutan Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə mübarizə aparmışdı və turniri 8-ci pillədə başa vurmuşdu.

Mehman Ramazanzadə 2022-ci ildə Lillehammer şəhərində (Norveç) baş tutan Dünya Çempionatında mübarizə apardı.[1] Mehman Ramazanzadə qış idman növləri üzrə Dünya Çempionatlarında debüt edən birinci paralimpiyaçı oldu. Mehman Ramazanzadə 2021-ci ildə Vuokatti şəhərində (Finlandiya) baş tutan beynəlxalq turnirdə 33-cü, 2022-ci ildə Lillehammer şəhərində (Norveç) baş tutan Dünya Çempionatında isə 30-cu pillələrin sahibi oldu və turnirlərdə topladığı lisenziya xallarına əsasən Paralimpiya Oyunlarına vəsiqə qazandı.[2]

Mehman Ramazanzadə martın 9-da baş tutan 1.5 kilometr məsafəyə sprint turnirində mübarizə aparmalı idi. Turnirin startına bir neçə saat qala Mehman Ramazanzadə məşq zamanı ciddi zədə aldı və turnirdə mübarizə apara bilmədi.[3]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Yarım-final
Final
Yer
Nəticə
Yer
Nəticə
Yer
Mehman Ramazanzadə 1.5 Km., sprint
DNS

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azerisport.com idman portalı. "Азербайджанских паралимийцев ждет дебют на Чемпионате Мира". www.azerisport.com (rus.)). 01.09.2022. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  2. Azerisport.com idman portalı. "Азербайджан дебютирует на Зимней Паралимпиаде". www.azerisport.com (rus.)). 01.09.2022. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  3. Azerisport.com idman portalı. "Азербайджанский спортсмен получил тяжелую травму и вынужден пропустить Зимнюю Паралимпиаду". www.azerisport.com (rus.)). 01.09.2022. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.