Ayvaz Həsənov

Ayvaz Həsənov
bayraq
Gürcüstan SSR Ali Sovetinin Deputatı
bayraq2
1975 – 1980
bayraq
Gürcüstan SSR Kənd Təssərüfatı Nazirinin Müavini
bayraq2
1975 – 1981
Gürcüstan SSR Heyvandarlıq-Sənaye Trestinin rəisi
1983 – 1986
Gürcüstan SSR Pespublika Aqrar-Sənaye Birliyi sədrinin heyvandarlıq üzrə birinci müavini, nazir hüquqlu
1986 – 1989
bayraq
Gürcüstan SSR Marneuli Rayon İcraiyyə Komitəsinin Sədri
bayraq2
1989 – 1990
Şəxsi məlumatlar
Doğum tarixi 2 may 1929(1929-05-02)
Doğum yeri
Vəfat tarixi 1990
Vəfat yeri
Həyat yoldaşı Lətifə Həsənova
Uşağı

Ayvaz Dursun oğlu Həsənov (2 may 1929, Məscidli Görarxı1990, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi, Gürcüstan SSR Ali Sovetinin deputatı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ayvaz Həsənov 1929-cu ildə mayın 2-də Marneuli rayonunun Meçidli Gorarxı kəndində doğulub. Ayvaz Dursun oğlu ali təhsil aldıqdan sonra, ilk dəfə vəzifə başında əmək fəaliyyətinə Qullar kəndindəki Atçılıq sovxozunda müdir kimi başlamışdır. O, 1958-ci ildən 1975-ci ilə qədər Qarayazı, Qaçağan, Marneuli, Alget kimi böyük təsərrüfatlara rəhbərlik etmişdir.

1975-ci ildə Ayvaz Həsənov Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olundu. 1981-ci ildə bu vəzifədən azad edilmişdir. 1989-cu ildə Ayvaz Həsənov Marneuli Rayonu İcraiyyə Komitəsinin sədri təyin etmişdir.

O, bir neçə dəfə Qurultay nümayəndəsi və Ali Sovetə deputat da seçilmişdir

Haqqında deyilənlər[redaktə | mənbəni redaktə et]

" Yadımdadır, biz tez-tez görüşürdük, məsləhətləşirdik. O, heyrətamiz dərəcədə prinsipial adam idi. Əgər öz sözünü dedisə, onu fikrindən döndərmək həddən artıq çətin idi. Tez-tez səmimi yoldaşlıq şəraitində mübahisə edirdi, dəlil-sübutlarını öyrənirdim, əksər hallarda Ayvazın fikrilə razılaşırdım. O, çox işgüzar, ağıllı, düşüncəli, təşəbbüskar insan, gözəl təsərrüfatçı idi. Belə şəxsiyyətlər çox da tez-tez yetişmir.
Gürcüstan Respublikasının sabiq prezidenti Eduard Şevardnadze
"
" Onun xarakterik xüsusiyyətləri işini dərindən bilməsi, yenilik axtarma həvəsi, müasir texnologiyanı və idarəetmə metodlarını təsərrüfata tətbiq etməsi idi. O, kəndlinin həyatı ilə yaşayırdı, kəndlinin ağrısı Ayvazın ağrısıydı. Rəhbər xadimlərlə münasibəti heyranedici idi. Mənə elə gəlir ki, onun şəxsiyyəti gürcü və azərbaycan xalqlarının qardaşlıq və dostluq etalonu idi.
Gürcüstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin sabiq 1-ci katibi Cumber Patiaşvili
"
" Kənd Təsərrüfatı Nazirlyində apardığımız iclaslarda müəyyən danışıqlarda onun bir rəhbər kimi sanballı və özünəməxsus mövqeyi vardı. Onda olan belə xüsusiyyətlər bizim ümumi işimizə çox yarayırdı. O, öz mövqeyini axıracan müdafiə etməyi sevərdi. Dediyini yerinə yetirirdi. Ayvaz Həsənov indi aramızda yoxdur. Onun oğulları bu görkəmli şəxsiyyətin yolunu davam etdirirlər. Bilirəm ki, onun balaları da özü kimi şərəfli mövqe tuturlar və mən bu yolda onlara uğurlar diləyirəm. Gələcək nəsillər Ayvaz həsənovu yaxşı tanıyacaqlar, çünki onun özü yaşamasa da, gördüyü təqdirəlayiq işlər qalır, ən başlıcası isə, onun həmişə qoruduğu Gürcü və Azərbaycan xalqlarının büllur kimi saf olan dostluğu qalır. Bu dostluğu babalarımızdan bizə yadigar kimi Ayvaz Həsənov da qoruyurdu və biz də onu qorumağa çalışaçağıq.
Gürcüstan SSR-in sabiq kənd təsərrüfatı naziri (1975-1981) Nodar Çitanava
"

Mənbə[redaktə | mənbəni redaktə et]