Avaxıl

Avaxil
40°48′00″ şm. e. 48°33′52″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şamaxı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.368 m
Saat qurşağı
Əhalisi
Əhalisi 430 nəfər
Xəritəni göstər/gizlə
Avaxil xəritədə
Avaxil
Avaxil

AvaxılAzərbaycan Respublikasının Şamaxı rayonunun Avaxıl inzibati ərazi vahidində kənd.

Avaxıl çayın (Ağsu çayın mənbəyi) sahilindədir. Yaşayış məntəqəsinin adı ərazisindəki mineral bulağın adından goturulub[1].Yerli toponimikada bu adın hava axan, havası bol olan yer və s.mənada izahları vardır.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə XIX əsrə aid məscid binası və hələ tam öyrənilməmiş qədim qəbristanlıqlar, o cümlədən Ömər Soltan Xəlvəti Avaxıli[2], Əhməd Rəvanı, qəbristanlıqları və Pir Qulu, Murad piri, Feyzulla piri, Alçalı pir, Pir Hüseyn, Pir Hacı, Dünya nənə və b. ziyarətgahlar mövcuddur.[3] Ümumiyyətlə kənd ərazisinin bəzi yerlərindən saxsı qırıqları, saxsı kəhrizlərə və başqa maraq doğuran tapıntılara rast gəlinsə də heç zaman tarixi-arxeoloji tədqiqatlar aparılmamışdır.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd dəniz səviyyəsindən 1.386 metr hündürlükdə, rayonun inzibati mərkəzi Şamaxı şəhərindən 29 km uzaqlıqda yerləşir.[3] Kənd Qabandağ silsiləsinin ətəyində Yekəqurşaqlı və Hallacı aşırımlarının arasında yerləşir. Ərazisində onlarla şirin su mənbələri , gözəl səfalı bulaqlar, o cümlədən müalicəvi əhəmiyyətli "İlisu" suyu vardır. Şamaxı rayonunun ən böyük şirin su mənbələrindən olan Qırxbulaq, Qoşabulaq, Kamil bulağı, Buzbulaq, Şıxbulağı, Nehrə bulağı, Şaqqulu bulaq, Əzgilli bulaq, Avaxıl bulağı, Böyük bulaq, İlisu, Kötüklü, Şirəli bulaq,Cəfər bulağı, Qaraçöhrə bulağı,Sərçə bulağı və bundan savayı onlarla şirin su mənbələri mövcuddur.

Avaxıl ərazisində maraq doğuran və gümanki təhrif olunaraq dəyişilmiş toponimlər - Mecbil, Aşağı yer, Çərşümə, Süpbiçən, Siyadahar, Kəlaxar, Araxçın, Gorxana, kimi ərazilər qədim yaşayış izləri olan məskənlər kimi tanınır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənd Avaxıl kənd inzibati-ərazi dairəsinə daxildir.[3] Ev sahiblərinin sayı 2,çadır sahibi 31 nəfərdir və 69 nəfər sakin var.[3] Avaxıl kəndinin əhalisi azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Keçmiş 3 ildə kəndə 5.000 turist gəlmişdir.[3] Kəndə 24 saat elektrik enerjisi verilir.[3] Kənd ərazisində "QOŞABULAQ" ,"Fortuna" ,"Qızıldaş", "Dağlar qoynunda" və başqa bir çox istirahət mərkəzləri mövcuddur.

Şəkilləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.88
  2. "İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olub". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.
  3. 1 2 3 4 5 6 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi: Kəndlər haqqında məlumat: Şamaxı rayonu haqqında məlumat

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]