Atlantida

Alman ensiklopedisti Afanasi Kirxerin xəyali Atlantida xəritəsi. 1669-cu ildə Amsterdamda nəşr olunmuş "Mundus Subterraneus" kitabından. Xəritədə yuxarı tərəf cənubu göstərir.

Atlantida adası (yun. Ἀτλαντὶς νῆσος) — ilk dəfə qədim yunan alimi Platon (yun. Πλάτων E.ə. 428/E.ə. 427, Afina — E.ə. 348/E.ə. 347) tərəfindən qeyd edilən əfsanəvi ada və ya qitə.[1] Atlantidanın faciəvi tarixi haqqında ilk məlumatlar qədim yunan filosofu Platon tərəfindən qeyd olunmuşdur.[2] Platon bu məlumatları babasından, o isə Misir rahiblərindən eşitdiyini bildirir.[3] Atlantidanın yeri haqqında müxtəlif fikirlər mövcuddur.[4] Bəziləri onun Atlantik okeanında, bəziləri isə Egey dənizində yerləşdiyini iddia edir.[5]

Platonun mühazirəsi[redaktə | mənbəni redaktə et]

Üzərində Atlantida haqqında məlumat verilmiş Oksirinxkus papirusundan fraqment

Atlantida haqqında ilk yazılı məlumatlar Platonun "Timey"[6][7][8][9][10][11] və "Kritiy"[12][13][14][15][16][17][18] dialoqlarında yer alır. Kitabda deyilənlərə görə, Atlantida 9000 il öncə dəhşətli bir fəlakət nəticəsində bir günün içində dağılaraq məhv olmuşdur. Belə çıxır ki, Atlantida bizim eradan əvvəl 9500-cü ilə qədər mövcud olmuş, təxminən bu tarixdə isə dağılmışdır. Bəzi mütəxəssislər Paltonun fikirlərini həqiqət hesab etmirlər. Onu Platonun təfəkkürünün məhsulu və ya fəlsəfi mif adlandırırlar.[19] Yazdıqlarından belə aydınlaşır ki, Atlantidadan qərbdə nəhəng Amerika materikinin mövcudluğu Platona məlum olub. Onun Atlantida haqqında qeydlərinə olan maraq da daha çox bununla bağlıdır.[20][21] Çünki Platonun müasirlərinə Yer kürəsinin quruluşu tam dəqiqliyilə məlum ola bilməzdi. Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır:

"

"Dəhşətli zəlzələ və subasma nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab, gəmilərin hərəkətinə mane olur".[22]

"

Platonun sözlərindən görünür ki, Atlantida bizim eradan 9500 il əvvəl Atlantik okeanında, indiki Cəbəllütariq boğazının yanında yerləşirdi. Sahəsi Liviya və Asiya qitəsinin birlikdə götürülmüş sahəsindən də böyük olub. Platona görə adada yaşayanlar dəniz və zəlzələlər tanrısı Poseydonun soyundan gələn kralların qurduğu ittifaq tərəfindən idarə olunurdu. Həmçinin adada ayrı-ayrı krallar tərəfindən idarə olunan şəhər dövlətləri var idi. Ancaq bunların içində ən möhtəşəmi paytaxt şəhəri idi.[23][24]

Bu paytaxt şəhəri quru sahəsini bir-birindən ayıran 3 ayrı su sahəsi ilə əhatə olunurdu. Bu su sahələrinin ətrafında da müdafiə məqsədilə divarlar çəkilmişdi. Bu divarların hər biri ayrı-ayrılıqda fərqli metallardan hazırlanmışdı. Ən kənardakı divar bürüncdən, ortadakı divar misdən və ən iç divar isə nadir tapılan, yalnız bu adada olan mədəndən çıxan "orikalkumun" ilə hazırlanmışdı. İç divarın hazırlandığı metal parıldayaraq özündən qırmızı işıq saçırmış. Atlantlar şəhəri çevrələyən bu xəndəklərin arasında şəhər mərkəzi ilə dənizi bir-birinə bağlayan bir kanal da qazıbmışlar. Adanın sahilindəki qayaları yararaq liman inşa edibmişlər. Zəngin təbii sərvətlərə malik olan bu adanın sakinləri incə zövqə malik insanlar olublar. Onlar buğalara sitayiş edir, fil, o cümlədən, başqa vəhşi heyvanlar da saxlayır, qozla qidalanırdılar.[25][26][27][28][29]

PlatonAristotel (Rafael Santinin 1509-cu ildə çəkdiyi "Afina məktəbi" rəsmindən fraqment (Vatikan)

Əksər alimlər Platonun dialoqlarda haqqında bəhs etdiyi bu adanın əfsanə olduğunu və mövcudluğunun heç bir dəlillə sübuta yetirilmədiyini iddia edirlər. Kritiyin dialoqunda Platon qeyd edir ki, onun Atlantida barədə verdiyi məlumatlar afinalı dövlət xadimi Solonun (e.ə. VI əsr) Misirə səyahəti ilə bağlıdır.[30] Misirdə olarkən, Solon keşiş Sayasla görüşür. Sayas qədim Atlantida tarixini papiruslar üzərində yazılmış Misir heroqliflərindən yunan dilinə tərcümə etmişdi.[31] Bəziləri isə Platonun Atlantida barədə yazılarının Troya müharibəsindən bəhrələndiyini qeyd edir.[32][33][34]

Timey dialoqunda Atlantida haqqında qısa məlumat verilir. Dialoqda Atlantidanın sahəsinə görə bir çox qitələrdən böyük olduğu və xalqının güclü, həmçinin, savadlı olduğu təsvir edilir. Bu dialoqda göstərilən Atlantida hekayəsi, digər dialoq olan Kritiyin dialoqunda davam etdirir. Kritiy dialoqunda yunan tanrılarının dünya ərazisini öz aralarında bölməsi və dəniz tanrısı Poseydonun Atlantida adasını seçdiyi qeyd edilir. Hekayəyə görə, Poseydon Kleyto adlı qadını sevirdi. Onların beş cüt əkiz oğlu dünyaya gəlmişdi. Onlardan böyüyü Atlas adanın və adanın yerləşdiyi okeanın (Atlantik okenanı onun şərəfinə adlandırıldı) kralı elan olundu. Onun əkiz qardaşı Qadeyrus və digər dörd cüt əkiz qardaşa adanın müxtəlif hissələrinin idarəsi tapşırıldı. Paseydon Kleyto ilə sevgi yaşadığı dağda saray yaratdı. Saraydan başlayaraq bir-birindən xəndəklərlə ayrılan və ölçüləri böyüyən üzükşəkilli torpaq sahələri quruldu. Bu üzükşəkilli sahələr bir-birilə körpülər vasitəsilə birləşdirildi. Şəhərə gəmilərin daxil omasını təmin etmək üçün sarayın yerləşdiyi mərkəz hissədən hər bir üzükşəkilli torpaq sahəsindən keçməklə kanal yaradıldı. Hər bir torpaq sahəsində limanlar tikildi. Bu sahələrin hər biri müdafiə qalalaları ilə qorunurdu.[35][36][37][38][39][40][41]

Platona görə, Solunun dövründən (e.ə. VI əsr) 9 min il əvvəl şəhərin daxilində və xaricində yaşayan insanlar arasında böyük müharibə oldu. Atlantlar Afrikanın bəzi hissələrini, Misiri və Avropanın o dövrdə Tireniya (indiki İtaliya ərazisində yerləşir) adlanan hissəsinə qədər olan əraziləri işğal etdilər və insanları qula çevirdilər. Bir müddətdən sonra adada güclü zəlzələ və tufan başladı. Ada bir gecənin içində suyun dibinə batdı və batarkən yaratdığı palçıq, həmçinin, digər tullantıların altında həmişəlik itdi.

Yerləşdiyi ərazi fərziyyələri[redaktə | mənbəni redaktə et]

Atlantların yaşadıqları ərazini Platon öz əsərində dəqiq məkan göstərməyib. O yalnız indiki Cəbəllütariq boğazının ətrafını nişan verməklə kifayətlənib. Bəzi alimlərin dediyinə görə Atlantida Atlantik okeanından Aralıq dənizinə, cənubda Misir, şimalda İtaliyaya qədər uzanan böyük bir imperiyaya malik olub. Hətta bəzi araşdırmaçılar Cəbəllütariqin sahillərində yerləşən Azor və Kanar adalarının Atlantidanın qalıqları olduğunu qeyd edirlər. Ümumiləşdirmə aparıldıqda dünyanın hər yerində Atlantidanın qalıqlarının olduğunu iddia edənlər var: Antarktida, İrlandiya, İspaniya, Cənubi Çin dənizi, Amerika qitəsi, And dağları, hətta Dominikan Respublikasında yerləşən bir gölü də bu əraziyə aid edilir. 1882-ci ildə Donelli "Tufandan əvvəlki dünya-Atlantida" adlı kitabını nəşr etdirir. Donelliyə görə Atlantida yer üzündəki cənnət, yunan tanrılarının vətəni imiş. Donelli Atlantidanın Azor adalarının yaxınlığında yerləşdiyini bildirir.[42] Geniş yayılmış digər fərziyyəyə görə,[43][44][45] Atlantida Santorini adasında[46] vulkan püskürməsi nəticəsində[47] məhv olmuş qədim Krit mədəniyyətilə əlaqəlidir.[48][49][50][51] Bir çox müasir fərziyyəyə görə mütəxəssislər əfsanə və əsatirlərə istinad edərək, Atlantidanın Mərmərə dənizi sahillərində yerləşdiyini qeyd edirlər.

Akrotiri (Santorini)[52] qalıqlarından tapılmış Qərb evindən gələn gəmilərin karvan və ya flotiliya freskası.[53][54]

Atlantida və And ərazisi[redaktə | mənbəni redaktə et]

1553-cü ildə Pedro Syes de Leonanın "Perunun xronikası" əsərində hinduların tarixindən hadisələr danışılır. Bu hadisələrə görə, "Ağ adamlar" Quamanqa (Peru) ərazisini İspanlardan da əvvəl keçmiş və İnqlərdən əvvəl buranı idarə etmişlər:

"Ən böyük çayın adı Vinyakedir (Vinaque). Bu çayın ətrafında uzun əsrlər boyu mövcud olan çoxlu tikililər vardır. Hindulardan bu haqda soruşduqda, onlar saqqallı adamların İnqlərə qədər bu yaşayış məntəqələrini tikdiklərini qeyd edirlər. Bu tikililər digər İnqlərin tikililərindən çox fərqlənirdi. Çünki onların forması kvadrat, lakin İnqlərin düzəltdikləri tikililərin formaları nazik və uzun idi. Mənə elə gəlir ki, əvvəllər bura özgə insanlar gəlmiş və onlar şüarca inkşaf etmiş olublar ki, bizim onlar haqqında dəqiq məlumatımız yoxdur.

Pedro Syes de Leonanın "Perunun xronikası" əsəri. Birinci hissə, Başlıq LXXXVII[55]

Bu əsərdən sonra bir çox tarixçilər həmin özgə adamlarla maraqlanmağa başladılar. Tarixçilərdən biri olan Pedro Sarmyento de Qamboa adlı yazıçı bu barədə 1555-ci ildə Antpervendə nəşr edilən "İnqlərin tarixi" adlı əsərində qeyd edir.[56] Peru ilə Atlantidanın əlaqəsini tarixçi olan Aqustin de Sarate "İnqlərin kəşf olunması və işğalı" əsərində qarşı-qarşıya qoyur.[57] Atlantların Cənubi Amerikada yaşadıqları haqqında bir çox hipotezlər ABŞ yazıçısı Cim Allenin "Atlantida: Andlar həlli" ing. Atlantis: The Andes Solution) adlı əsərində ətraflı göstərilir.[58][59]

Atlantida və Braziliya ərazisi[redaktə | mənbəni redaktə et]

1624-cü ildə ingilis alimi və siyasətçisi Frensis Bekon Berulamski "Yeni Atlantida" (Nova Atlantis) əsərində Atlantidanın Braziliya ərazisinin ətrafında olması haqqında bir sıra məlumatlar vermişdir. Əsərin nəşr edilməsindən bir müddət sonra fransız kartoqrafı Nokola Sanson tərəfindən Cənubi Amerikanın da daxil olduğu xəritə tərtib edilmişdi. Bu xəritədə Braziliyanın göstərildiyi ərazi Platon qeyd etdiyi Poseydonun övladlarının əyaləti ilə üst-üstə düşürdü. Bu atlasa bənzəyən xəritə 1762-ci ildə Robert Boqudi tərəfindən də tərtib edilmişdi. Braziliyanın Atlantidanın ərazisində yerləşməsi haqqında fərziyyəni Polkovnik rütbəsini qazanan məşhur ingilis alimi və səyyahı Persi Harrison Fosett (1867–1925?) dəstəkləyirdi. Rəvayətə görə, portuqal səyyahları bandeyrantamlar 1753-cü idlə Baiya əyalətində məlum olmayan "Ölü şəhər" statusuna malik olan şəhərdə qızıllar axtarışına çıxmışlar.[60] Persi Harrison öz planın "Z", yəni, Matu-Qrosu əyalətində yerləşən naməlum şəhər adlandırırdı.[61][62] Persi, Atlantidanın Braziliya ərazisində mövcud olmasını qara bazalt heykəlciyi ilə əlaqələndirirdi. Onun sözlərinə görə, bu heykəlciyin nədən yarandığını Britaniya muzeyində çalışan ekspertlər izah edə bilməmişlər. Həmçinin, Persi Braziliyanın Baiya ştatında yerləşən Qonqoci çayının ətrafında yerləşən rayonlarında bu sivilizasiyaya aid bir sıra qalıqlar tapmışdır.[63][64] 1925-ci ildə Persi heyəti Şinqo çayı ətrafında ekspedisiya aparmışdır, lakin onlar bu ekspedisiyadan naməlum səbəbdən geri qayıtmayıblar.[65][66]

Atlantida və Bermud üçbucağı[redaktə | mənbəni redaktə et]

Bermud üçbucağı Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilib. Adı çəkilən yer haqda mövcud olan əfsanənin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlanıb. Əksər insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeydi-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunub. Son iddialara görə isə bütün bu sirli hadisələr əslində sadə bir təbii qaz kütləsinin təsirindən baş verirmiş.[67] Yeraltından fışqıran təbii qazlar sudan yüngül olduqları üçün səthə doğru yüksəlirlər. O anda, döşəmədən səthə qədər suyun sıxlığı azalır. Həmin vaxt ordan keçən nə varsa, dərin bir quyuya düşər kimi sürətlə okeanın dibinə çəkilir.

Bermud üçbucağının da qədim Atlantida şəhəri ilə hansısa əlaqəsi olması barədə müxtəlif fikirlər mövcuddur.[68] Hətta Atlantida şəhərinin su altına batdığı güman edilən ərazidə aparılan sualtı araşdırmalarda okeanın dibində sıralanmış böyük daşların insan əli ilə sıralanması, həmçinin, həmin daşların bəzilərinin əraziyə aid olmayan süxurlardan yonulması da burada həqiqətən də vaxtı ilə mədəniyyət və sivilizasiyanın olmasını sübut edir.[69][70]

Teosofiyada Atlantida[redaktə | mənbəni redaktə et]

Teosoflardan biri olan Yelena Blavatskaya "Gizli doktrina" kitabında yazır ki, Atlantida müasir insanların yarandığı "Dördüncü nəsl" nümayəndələrinin evalusiya nəticəsində yaranmışdır.[71] 1882-ci ildə görkəmli ingilis teosofu Alfred Persi Sinnett demişdir ki, suallarının cavabını tibet mahatması Kut Humidən öyrənmişdir:

"Atlantidanın yaranması (qitələr və digər adalar) miosen periodunda (indi də tədricən sizin qitələrinizdə yaranır) yaranmış və Alpın qalxması ilə üst-üstə düşmüş ən böyük qitənin yox olmasıyla yüksək nöqtəsinə çatmış və ardınca Platon tərəfindən qeyd edlən kiçik adaya çatmışdır. Misirdə Saisin rahibləri Solomona Atlantidanın (yeganə salamat qalmış ən böyük ada) onların dövrünə 9000 il qalmış yox olduğunu qeyd etmişlər. Onlar xəyali olmamış və uzun müddət nailiyyətlərini qoruyub saxlaya bilmişlər. Ancaq, mən deyəndə ki, onlar yalnız Poseydonisdə qeyd edirlər, onlar möhtəşəm xronologiyalarını yunan mütəfəkkirlərinə heç vaxt deməzdilər. Möhtəşəm hadisə — bizim Şambalada (Mərkəzi Asiyada yerləşən ada) yaşayan Poseydonis maqları adlanan İşığın övladlarının gəlişi təxminən 11 446 il əvvəl baş vermişdir. Siz bu hadisələrin xronoliji ardıcıllığını 1 tomlu yazılan "İsida" kitabından oxuyun, bu zaman bəzi hadisələr aydın olacaqdır"[72]

Kut Humi

Teosofların fikrincə, Atlantida 1 milyon və 900 min il bundan əvvəl mövcud olmuş və əldə etdikləri sehrli güclərə görə uzun müddət müharibə hədəfində olmuşlar. Məhz müharibələr bu dövlətin süqutunu yaxınlaşdırmışdır. Uilyam Skott-Elliot 1896-cı ildə yazdığı "Atlantidanın tarixi" kitabında göstərir ki, Atlantida süqut edən zaman iki böyük adaya Daytya və Rudaya ayrılmış, sonda axırıncı Poseydonis qalığına kimi mövcud olmuşdu.[73] İngilis teosofu Çarlz Uebster Ledbiter Atlantidanın mövcud olmasını göstərən xəritələrin tibet muzeyində mövcud olduğunu qeyd etmişdir.[74] Uilyam Skott-Elliotun dərc etdiyi Atlantidanın yerini göstərən dörd xəritə tibet muzeyində saxlanılan xəritələrlə eynidir.[75]

Araşdırmalar[redaktə | mənbəni redaktə et]

Atlantidanın qalıqlarından tapılan mədəniyyət nümunələri isə müəyyən mülahizələrə əsas verir. Platona görə, analoji mədəniyyət nümunələri məhz həmin mifik savaş dönəminə aiddir. Bu isə Atlantidanın məhvinin təxminən 12 min əvvələ təsadüf etməsi haqqında təsəvvürlər yaradır. Bununla belə Misir ehramlarını, Böyük Britaniyanın Uiltşir qraflığındakı Stounhenc abidəsini, Bermud üçbucağını da Atlantida ilə əlaqələndirənlər çoxdur.[76][77] 1887–1945-ci illərdə yaşamış ABŞ mistikaçısı Edqar Keysi Atlantida haqqında bir çox fərziyyələr irəli sürmüşdür. Bu fərziyyələrə görə, atlantların müasir texnologiyalara sahib olmuşlar.

Atlantida və Üçüncü Reyx[redaktə | mənbəni redaktə et]

Almanları ari irq adlandıran və bu məqsədlə Yer üzündə olan bütün sirli məkanları araşdıran, sanki özlərinin ali olmalarını sübut etməyə çalışan, ikinci bir tərəfdən öz qüvvəsini fövqəl güclərlə birləşdirməyə çalışan Üçüncü Reyx dövləti də Atlantidanın axtarışında idi.[78] Hətta bu araşdırmaların bəziləri Hitler Almaniyasından əvvəlki dövrlərə, 1900-cü illərə gedib çıxır.[79] Belə ki, Tuli adında gizli bir cəmiyyət ari xalqının varlığını araşdırmaq və onların Atlantida ilə hər hansı bir əlaqəsinin olduğunu sübuta yetirmək üçün axtarışa başlayırlar. Onlar dünyanın bir çox yerində axtarışlar aparsalar da, Atlantidanın daha çox Qrelandiya və İslandiya adaları arasında yerləşdiyinə inanırdılar.[80] Hətta Adolf Hitler İkinci dünya müharibəsi vaxtında Hərbi Hava Qüvvələrini də bu işə səfərbər etmişdi. Bununla belə tutarlı faktlar əldə olunmayıb.[81]

İqnatius Donnelli[redaktə | mənbəni redaktə et]

Bəşər tarixinin sonrakı dövrlərində Atlantidanın taleyinə bir çox elm adamları da maraq göstərib. Onların bəziləri Atlantida faciəsini Platonun uydurması sayırdılar. Hesab edirdilər ki, Platon bu uydurması ilə gələcək nəsillərə öz həmvətənləri haqqında mifik qəhrəmanlıq tarixi hədiyyə etmək istəyib. Ancaq Platonun Atlantida barədə məlumatlarına ciddi yanaşaraq elmi araşdırmalar aparanlar da yox deyil. Onların sırasında amerikalı konqresmen İqnatius Loyola Donelli xüsusi yer tutur. Atlantida ilə bağlı tarixi materialları araşdıraraq 1882-ci ildə "Atlantida – subasma öncəsi dünya" əsərini qələmə alan ABŞ atlantoloqu və yazıçısı İqnatius Donnelli hətta "atlantologiyanın atası" kimi qəbul edilirdi.[82] Bu mövzuda apardığı araşdırmalardan sonra İqnatius Donnelli Platonun reallıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahizə irəli sürmüşdü. O hesab edirdi ki, Atlantida ilk və ən qədim bəşəri sivilizasiyanın məkanı olub. Çünki hindu, skandinav və s. dünya xalqlarının mifologiyalarında qalan allahların hamısı Atlantida vətəndaşları sayılır. Böyük ehtimalla Atlantidanın ən qədim kaloniyası Misir olub. Bu səbəbdən də Misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya məhz Atlantidadan ayaq açıb və ilk dəfə dəmirdən atlantlar istifadə ediblər. Və Atlantida dəhşətli fəlakət nəticəsində məhv olub. Adanın bütün əhalisi okean sularının altında qalıb.[83]

Corcio Qalanopoulos[redaktə | mənbəni redaktə et]

Yunan seysmoloqu Ancelos Corcio Qalanopoulos (1910–2001) iddia edir ki, Platonun Kritiyin dialoqunda yazdığı "Solonun dövründən 9 min il əvvəl" sözləri əslində misir dilindən yunan dilinə səhv tərcümə olunmuşdur.[84] Burada "minlər" əvəzinə "yüzlər" tərcümə olunmalı idi. 9 min il əslində 900 ildir. Yəni Solonun dövründən 900 il əvvəl e.ə XV–XVI əsrlərə uyğun gəlir. Bu isə Tera vulkanik partlaması ilə təxminən üst-üstə düşür. Kanar, Madeyra və Azro adalarının da Atlantida olması barədə fikirlər var, lakin bu adaların ətrafında aparılan tədqiqatlar heç bir katastrofik hadisənin baş vermədiyini təsdiqləyib. Antarktidanın əslində Atlantida olması barədə bir sıra fikirlər mövcuddur.[85]

Piri Rəis[redaktə | mənbəni redaktə et]

1929-cu ilin 29 noyabr ayında məşhur Topqapı sarayında dənizlər fatehi Piri Rəisə aid köhnə bir xəritə tapılır. Xəritədə dənizlər və düzənliklər olduqca dəqiq əks etdirilmişdi. Ancaq xəritədə Antarktida qitəsinin koordinatlarının və buz altındakı dağların müasir elmin həsəd apara biləcəyi bir şəkildə dəqiq göstərilməsi alimləri heyrətə saldı. Əvvəlcə alimlər buna inanmırlar və Antarktidadakı buzaltı dağların göstərilməsini Piri Rəisin təxəyyülünün məhsulu hesab edirlər. Yalnız 1952-ci ildə müasir elm və texnikanın köməyi ilə müəyyən edildi ki, Piri Rəisin Antarktidanı təsvir edən xəritəsi olduqca dəqiqdir. İddialara görə, Piri Rəisin 1513-cü ildə "Bəhriyyə" kitabında (XVI) çəkdiyi və Antarktidanı da təsvir etdiyi (Antarktida 1820-ci ildə F. Bellinşauzen və M. Lazarev tərəfindən kəşf edilib) sirli xəritədə materik tamamilə buzlardan azad şəkildədir. Admiral xəritəni tərtib edərkən, Makedoniyalı İsgəndərin dövrünə aid sənədlərə istinad edib.[86] Qədim xəritədə Antarktidada yerləşən dağlar, çaylar, göllər göstərilir. Xəritədə təsvir edilmiş adalardan bir çoxu Bermud adalar qrupuna bənzəyir. Məhz bu sahədə Atlantida adasının mövcudluğu haqqında bir sıra mülahizələr vardır.

Uilyam Skott-Elliot[redaktə | mənbəni redaktə et]

İqnatius Donnellinin davamçılarından olan Uilyam Skott-Elliot 1896-cı ildə yazdığı "Atlantida tarixi" adlı (ing. Atlantis: the Antediluvian World) əsərində bu ada haqqında daha dolğun məlumat verməyə çalışıb.[87] U. Skott-Elliot tərəfindən tam həqiqət kimi təqdim olunan konsepsiyaya görə, Atlantida bizim eradan yüzlərlə min əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyaya malik olub. Bu unudulmuş qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Onun sərhədləri şimaldan indiki İslandiyaya, cənubdan isə müasir Rio-de-Janeyro şəhərinə qədər uzanırmış. İlk kataklizm təxminən 800 min il əvvəl baş verib. Nəticədə Atlantida öz əvvəlki relyefini itirməyə başlayıb. Amerika materiki bu nəhəng adadan ayrılıb. İkinci geoloji fəlakət 200 min əvvələ təsadüf edir. Atlantida ikiyə — Ruta adlanan nisbətən böyük şimal və ondan kiçik Daitya kimi məlum olan cənub hissələrinə bölünüb. Daha dəhşətli üçüncü kataklizmsə, 80 min il əvvəl baş verib. Bu dəfə də Atlantida öz mövcudluğunu qoruyub. Ancaq bu mövcudluq nəhəng Atlantidanı, sadəcə, Rutanın qalığı olan Poseydanidaya çevirib. Platonun haqqında danışdığı Atlantida da əslində onun kiçik hissəsi olan Poseydaniyadır. Nəhayət, təxminən bizim eradan əvvəl 9564-cü ildə dördüncü və sonuncu fəlakət baş verib. Və okean Atlantidanı həmişəlik olaraq udub.[88] Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görüntülərini alıb. Skott-Elliota görə, Atlantidanın iki milyonluq əhalisi olan paytaxtı Stavorot adlanıb. Bu şəhər müasir parkları xatırladan yaşıllıqlarla əhatə olunubmuş. Paytaxtın kənar hissəsində, əsasən, hakim sinfin təmsilçilərinə məxsus villalar yerləşirdi. Stavorot şəhərinin hələ ikinci kataklizm nəticəsində məhv olduğu ehtimal edilir. Atlantida cəmiyyə tisə quldarlıq üzərində təşəkkül tapmışdır.[89]

Atlantidanın yerləşdiyi əraziyə dair xəritələr[redaktə | mənbəni redaktə et]

Ekspedisiyalar[redaktə | mənbəni redaktə et]

1968-ci ildə Baham adalarından uçan pilotlar Mimini adasının ətrafında nə isə görürlər. Hal-hazırda da "Mimini yolu" adlanan bu tapıntı 1460 metr uzunluğunda olan, döşənmiş daşlardan ibarət tikilidir. Bu təbiət hadisəsi ola bilməzdi, insan əməyinin nəticəsinə bənzəyirdi. Alimlərin ehtimalına görə bu tikili liman ətrafında çəkilmiş dalğaqıran idi. Bir neçə il sonra bu cür tapıntı Endres adasında tapılır. Buna da "Endres yolu" adı verilir. Alimlər bu yolların Atlantida ilə bağlarının ola biləcəyini iddia edirlər.

1995-ci ildə Fidel Kastro hökuməti ispan gəmilərinin batmış xəzinələrini tapmaq üçün ekspedisiya qrupu yaradır və ona Polina Zeliski rəhbərlik edir. Keçmiş Sovet mühəndis olan Zeliski Kuba sahillərinin 670 m qərbində, okean dibində qəribə tikililər aşkar edir.[92] Polina bu qədər dərinlikdə təbiətin simmetrik, olduqca səliqəli olan bir tikili yarada biləcəyinə inanmır. Baxmayaraq ki, o Atlantida möcüzəsinə qəbul eləmir, amma yenidən səyahət edib araşdırma aparmaq istəsə də, Kastro hökuməti buna icazə vermir. Platonun əsərindəki qeydləri əsas götürərək bir çox alimlər, araşdırmaçılar, arxeoloqlar, antropoloqlar, atlantoloqlar tədqiqatlar aparmış və qəribə nəticələr eldə etmişlər. Atlantların Misir ehramları ilə, Krit mədəniyyəti,[93][94] hətta Mayya mədəniyyəti ilə bağlarının olduğunu iddia edənlər də vardır.

Atlantların texnologiyası[redaktə | mənbəni redaktə et]

Maroti Geza: Atlantidanın görünüşü

Atlantida haqqında mülahizələr yalnız onun məhv olması ilə bağlı məlumatlarla məhdudlaşmır. Həmin mülahizələr içərisində Atlantik okeanda yerləşmiş bu mifik ada boyu yayılan quldarlıq imperiyasının çiçəklənmə dövrü barəsində də iddialara rast gəlinir. Uilyam Skott-Elliot məlumat verir ki, qızıl əsrinin sonunda Atlantidanın "100 qapı" adlı paytaxtında reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı.[95][96][97]

Ümumiyyətlə, Atlantida sivilizasiyasının yüksək inkişaf səviyyəsi ilə bağlı konsepsiyanın tərəfdarları od saçan və səs-küylə uçan nəhəng əjdahalar, eləcə də qeyri-adi təsvirli cisimlər barədə çoxsaylı məlumatlara istinad edirlər. Belə məlumatlara, adətən, yunanların, germanların, slavyanların, çinlilərin, hinduların və digər xalqların qədim mifoloji rəvayətlərində rast gəlinir. Konsepsiyaya görə, bütün bunlar Atlantidanın reaktiv gəmiləri haqqında öz təsvirini dəyişmiş dumanlı təsəvvürlərdir. Bu təsəvvürlər hava hücumu taktikası tətbiq edən atlantların cəza ekspedisiyaları barədə xəbər verir. Əlbəttə, belə mükəmməl texnikaya malik olsaydılar, atlantlar fəlakətdən qaçmağa cəhd göstərərdilər. Doğrudan da atlantoloqların mülahizələri arasında Atlantidanın çökdüyü vaxt hakim sinfin müəyyən hissəsinin reaktiv gəmilər vasitəsilə xilas olduğu barədə iddialara rast gəlinir. Onların qənaətinə görə, ali təbəqənin təmsilçiləri (krallar, kahinlər və s.), əsasən, Amerika və Afrikaya, eləcə də kosmik raketlərlə başqa planetlərə — VeneraMarsa pənah aparıblar.[98] Ancaq reaktiv gəmilər məhdud saylı səlahiyyətli və qüdrətli təbəqənin nəzarətində olduğundan onlar vasitəsilə fəlakətdən canını qurtaranlar o qədər də çox olmayıb. Xilas olub, Amerika və Afrikaya üz tutanlarsa, yeni vətənlərində vaxtilə Atlantidada sahib olduqları qüdrətlərini itiriblər.[99][100]

Atlantida və Mars planeti[redaktə | mənbəni redaktə et]

2009-cu ildə İsveçrə alimləri atlantların Mars planetinə uçması və Qədim Misirə səyahəti barədə fərziyyənin doğru olduğunu bildirərək, bu hadisələrin həqiqətən də baş verdiyi qeyd edilər.[101] Bu barədə isveçrəli həkim Stefan Vayz (alm. Dr. Stephan Weisz‎) "Mars sivilizasiyası ya öz-özünü məhv etmiş, ya da nəhəng meteorit tərəfindən məhv edilmişdir" ifadəsi ilə İsveçrənin paytaxtı Bern şəhərində jurnalistlərə verdiyi müsahibəsində çıxış etmişdir.

"Misirin ehramları, tibb sahəsində yeniliklər, yüksək texnologiyalar, uçan aparatlar və s. Yer planetində deyil, Marsda yaranmışdır. Fərziyyəmizə görə Mars planetinin atlantları qızıl əvəzində misirlilərə öz texnologiyalarını öyrətmişlər".[102]

Stefan Vayz

Stefan Vayz və kolleqalarından biri olan misir tarixçisi Konrad Veytç atlantların Mars planetində olduğu barədə Misirin papiruslarında qeyd olunduğunu qeyd edirlər. Onlar, həmçinin, qədim misirlildə uçan aparatın olması və bu sxemin Tutanhamonun qəbrində tapıldığını qeyd edirlər.[103] Lakin isveçrə alimlərinin fərziyyələrini təkzib edən bir sıra alimlər vardır. Onların sırasında olan qədim misirin tarixi lə maraqlanan alman alimi həkim Set Rauş (alm. Dr. Seth Rausch‎) aşağıdakı ifadələri qeyd etmişdir:

Misirlilərin yadplanetlilərlə əlaqəsini təkzib etmirəm, lakin biz hələ də faktiki olaraq Marsda olan xarabalıqları yaxşı nəzərdən keçirə bilməmişik və Atlantidanın qalıqlarının orada mövcud olub-olmaması haqqında etibarlı dəlilimiz yoxdur. Mənim fikrimcə, əgər Atlantida mövcud olsaydı, onda Yerdə mövcud olardı".[104]

Set Rauş

Atlantida və Yer qabığında baş verən fəlakətlər[redaktə | mənbəni redaktə et]

Prifessor Aronaks və Kapitan Nemo Atlantidanın qalıqlarını müşahidə edərəkən.

365-ci ildə Yunanıstanın Krit adası ətrafında,[105] demək olar ki, bütün şəhərlər yox olmuş və 10 minlərlə insan həlak olmuş,[106] 1556-cı ildə Çinin Şensi zəlzələsi zamanı[107] 830 min adam,[108][109][110] 1908-ci ildə Siciliyada Messina zəlzələsi zamanı 200 min adam,[111][112]. 1920-ci ildə Çində baş verən Qansu zəlzələsi zamanı 200 min adam,[113] 1976-cı ildə Çində baş verən Tanşan zəlzələsi zamanı 242 mindən artıq adam dünyasını dəyişmişdir.[114]

Zəlzələ Yerdəki dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı litosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayırlar. Zəlzələlər əsasən bu layların sərhəd zonalarında əmələ gəlirlər. Müxtəlif layların bir-birinə nəzərən sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olurlar. Yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikdə onlar burada yaranan gərginliyi sıçrayışla boşlayır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda da yarana bilər. Ayrıca, baş verən bu hadisələrin nəticəsində quru ərazidə dağlar və düzənliklər yaranır.

Bir çox müasir atlantoloqların fərziyyələrinə görə, Atlantidanın okeana qərq olunmasına səbəb məhz yer qabığında baş verən zəlzələlər olub.[115] Yer qabığında litosfer tavalarının hərəkət etdiyi ərazilərdə ən çox zəlzələlər baş verir və Atlantidanın bu tavalara yaxın yerləşmişdir. Zəlzələdə əsas dağıdıcı fəlakət bir neçə saniyədə, davam etməsi isə bir dəqiqədə baş vermişdir. Platonun mühazirəsində qeyd edilən vaxt, zəlzələnin davam etməsilə üst-üstə düşür. Digər fərziyyələrə görə Atlantida[116] okeanda baş verən Sunami dalğaları nəticəsində yox olub. Okeanda baş verən Sunami dalğalarını, əsasən, zəlzələlər və vulkanlar yaradırlar. Yaponiya ətrafı, Azor adalarıİslandiya, Yunanıstan ətrafında yerləşən Egey dənizi və buna bənzər bir çox ərazilər yer qabığının güclü seysmik mərkəzlərindən sayılırlar.

Mayyaların tanrısı atlantlar[redaktə | mənbəni redaktə et]

Monsu Deziderio, Atlantidanın çökməsi

Meksikada yayılmış bir əfsanəyə görə əsrlər əvvəl dənizin o biri tərəfindən ağ saqqallı tanrılar gəlib. Yerli əhalinin dediyinə görə bu tanrılar atlantlar olublar. Onlar Mayya mədəniyyətinin yaranmasına öz töhfələrini veriblər. Atlantidanın Qəraib dənizi tərəfdə olduğunu iddia edənlərdən biri də Corc Eriksondur.[117] Erikson "Endris" və "Mimini" yolunun Atlantida ilə bağlılığını vurğulayır. Bundan başqa Erikson bildirir ki, Baham adaları Platonun Atlantidanın dağıldığını iddia etdiyi dövrdə su səviyyəsindən yuxarıda olub. Erikson atlantlarla Mayya mədəniyyəti arasında oxşarlıqlar da tapıb. Belə ki, Mayya mədəniyyətinin nümunəsi olan heykəllərdə, o cümlədən, Günəş tanrısının təsvir olunduğu heykəldə mayyalara məxsus olmayan üz quruluşu var. Qalın qaşlar, uzun sifət, iri gözlər, uzun burun, qalın bığlar mayyalara məxsus sifət quruluşu deyil. Bu ancaq atlantlara məxsus ola bilər. Erikson, israr edir ki, mayyalıların üzləri tüklü olmayıb və sifətləri isə yumru olub.

Eriksonun Günəş tanrısının simasında atlantların tərənnüm olması iddiası bəzi alimlər tərəfindən inkar olunur. Belə ki, mayalıların sifətlərində tük olması faktı öz sübutunu tapıb və Eriksonun "bığ" dediyi şey əslində ya ilan, ya da ağızdan çıxan tüstü. Eriksonun fikrincə, Yukatan yarımadasında məskunlaşan ilk insanlar Sibirdən Alyaskaya keçənlər deyil, məhz dənizdən gələn atlantlar olublar. Onun dediklərinə və elmin təsdiqlədiyi fakta görə Buz dövründən sonrakı dövrdə Yukatan yarımadası, Kuba və Baham adaları daha böyük quru sahələri olublar.[118][119][120][121][122]

Atlantologiya[redaktə | mənbəni redaktə et]

Аtlantologiya — 1959-cu ildə keçmiş sovet alimi Nikolay Feodosyeviç Jirov tərəfindən yaradılan elm sahəsidir.[123] Atlantologiya elmində, əsasən, Atlantidanın mövcud olması haqqında fərziyyələr, onların mədəniyyəti və Platonun mühazirələri araşdırılır. Bu işləri araşdıranlar isə atlantoloqlardır. Jirova görə Atlantida probleminin əsas üç[124] aspekti vardır:

  • Coğrafi xüsusiyyət: Atlantidanın mövcud olması haqqında fərziyyə.
  • Etnik mənşə: Atlantidanın gələcək insanların həyatında oynadığı rol.
  • Tarixi mövzu: Atlantidanın mövcud olması haqqında fərziyyələrin tarixi. Nikolay Feodosyeviç Jirov əlilliyə görə təqaüdə çıxdıqdan sonra Atlantida barəsində iki kitab nəşr etdirmiş və Londonda populyar olar "Atlantis" jurnalında müxtəlif məqalələr dərc etdirmişdi.[125][126][127] Jirov öldükdən sonra onun yaratdığı elm sahəsi Rusiya cəmiyyəti tərəfindən inkişaf etdirilmişdi.[128][129][130]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Calvo, T., ed. (1997). Interpreting the Timaeus-Critias, Proceedings of the IV. Symposium Platonicum in Granada September 1995. Academia St. Augustin. ISBN 3-89665-004-1.
  • Castleden, Rodney (2001). Atlantis Destroyed. London: Routledge. ISBN 0-415-24759-4.
  • Forsyth, P. Y. (1980). Atlantis: The Making of Myth. Montreal: McGill-Queen's University Press. ISBN 0-7735-0355-2.
  • Gill, C. (1980). Plato, The Atlantis Story: Timaeus 17–27 Critias. Bristol Classical Press. ISBN 0-906515-59-9.
  • Jordan, P. (1994). The Atlantis Syndrome. Stroud: Sutton Publishing. ISBN 0-7509-3518-9.
  • Ramage, E. S., ed. (1978). Atlantis: Fact or Fiction?. Bloomington: Indiana University Press. ISBN 0-253-10482-3.
  • Vidal-Naquet, Pierre (2007). The Atlantis Story: A Short History of Plato's Myth. Exeter: University of Exeter Press. ISBN 978-0-85989-805-8.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. к.и.н. В. Гуляев Погибшие континенты Атлантида и Му на карте неандертальца. На сайте Alterplan.ru Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine.
  2. "Большой Энциклопедический словарь. 2000". 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-12.
  3. The frame story in Critias tells about an alleged visit of the Athenian lawmaker Solon (c. 638 BC – 558 BC) to Egypt, where he was told the Atlantis story that supposedly occurred 9,000 years before his time.
  4. Классические древности Arxivləşdirilib 2015-06-11 at the Wayback Machine. — 2007
  5. Доказательства существования Атлантиды в Атлантике Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine На сайте Historic.ru Yoxlanılıb: 13 avqust 2014
  6. Taylor, AE (1928). A commentary on Plato's Timaeus. Oxford: Clarendon, p. 23.
  7. Pierre Vidal-Naquet, Atlantis. Geschichte eines Traums, München 2006, S. 18.
  8. Vidal-Naquet, P., Pequeña Historia de un mito platónico, p. 15 y ss
  9. Timeo, 24e. Traducción de Francisco Lisi
  10. Timeo, 25e-d. Traducción de Francisco Lisi
  11. Dialogue literature: Timeo, 20d, 21d, 26e
  12. Dialogue literary: Critias, 118a-b
  13. Dialogue literary: Critias, 113c
  14. Dialogue literary: Critias, 113d
  15. Dialogue literary: Critias, 113e-114a-c
  16. Dialogue literary: Critias, 114 b
  17. Dialogue literary: Critias, 114d-115a
  18. Dialogue literary: Critias, 115b
  19. Одиссея. Героическое творение Омира. Переведена с еллиногреческого языка [прозой П. Е. Екимовым]. Ч. 1–2. М., 1788
  20. Brasseur de Bourbourg, Popul-Vuh, p. 45
  21. A. Braghine -L'enigme de l'Atlantide, Paris, 1939
  22. Timaeus 24e–25a, R. G. Bury translation (Loeb Classical Library).
  23. Diodor, Biblioteca istorică, Cartea a V-a
  24. Aurel Dîmboiu, Pe urmele atlanților p.21
  25. Aurel Dîmboiu, Pe urmele atlanților 1963 p. 17
  26. Pausania, Descriptio Graeciae citat de Aurel Dîmboiu, în Pe urmele atlanților
  27. Plutarh, Moralia citat de Aurel Dîmboiu, în Pe urmele atlanților
  28. Aurel Dîmboiu, Pe urmele atlanților 1963 p. 18
  29. Brasseur de Bourbourg Popul-Vuh, Paris, 1861 p.42, citat de Aurel Dîmboiu, în Pe urmele atlanților
  30. Thesleff (1982), p. 189; Bichler (1986), p. 75; Pančenko (1990), pp. 135–148; Mattéi (1996), p. 253; Iannucci (2002), pp. 3–11.
  31. Eine solch hohe Altersangabe war in der Antike nicht ungewöhnlich, so nennt z. B. Herodot ein Alter von 11340 Jahren für Ägypten (Historien II 142,3)
  32. Cornford (1937), p. 1; Welliver (1977), pp. 50–57; David (1984), p. 38; Labarbe (1989/90); Morgan (1998), p. 101.
  33. Zeller, E. (1873). Über die Anachronismen in den platonischen Gesprächen, Berlin: Akademie der Wissenschaften, pp. 79–99.
  34. Fehling, D. (1985). Die sieben Weisen und die frühgriechische Chronologie, Bern, pp. 111–112.
  35. Dialogue literary: Critias, 116d-e
  36. Dialogue literary: Critias, 115d-116a
  37. Dialogue literary: Critias, 118c-e
  38. Dialogue literary: Critias, 119d
  39. Dialogue literary: Critias, 120 b
  40. Dialogue literary: Critias, 120e, 121c
  41. Dialogue literary: Critias, 121a-c
  42. Devlerin iskeletleri, Makedonya Arxivləşdirilib 2014-03-06 at the Wayback Machine macedoniandimension.wordpress.com, Yoxlanılıb: 31 avqust 2014
  43. "Santorini Eruption (~1630 BC) and the legend of Atlantis". 2010-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-03-09.
  44. Vergano, Dan. "Ye gods! Ancient volcano could have blasted Atlantis myth". USA Today. 2006-08-27. 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-09.
  45. Lilley, Harvey. "The wave that destroyed Atlantis". BBC Timewatch. 20 April 2007. 2007-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-09.
  46. "Canopy collapse kills visitor to Santorini, International Herald Tribune, Sept. 2005". 2005-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2005-09-27.
  47. Floyd W. McCoy and Grant Heiken, Volcanic Hazards and Disasters in Human Antiquity, 2000
  48. Santorini and the Legend of Atlantis Arxivləşdirilib 2009-03-08 at the Wayback Machine Fascination Volcano / Volcano Discovery
  49. Historia del Arte Espasa (2004) pág. 166
  50. Galanopoulos, Angelos G. (1960): On the Location and Size of Atlantis, in: Praktika Akademia Athenai 35 (1960) 401–418.
  51. Frost, K. T. (1913): "The Critias and Minoan Crete", in: Journal of Hellenic Studies 33 (1913) 189–206. Balch, E. S. (1917): "Atlantis or Minoan Crete", in: The Geographical Review 3 (1917) 388–392. Marinatos, Spyridon (1950): "Peri ton Thrulon tes Atlantidos", in: Kretica Chronica 4 (1950) 195–213. Andrews, P. B. S. (1967): "Larger than Africa and Asia?", in: Greece and Rome 14 (1967) 76–79.
  52. "C. Michael Hogan, Akrotiri, The Modern Antiquarian". 2012-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  53. Christos G. Doumas, The Wall Paintings of Thera, Athens 1991
  54. Christos G. Doumas Thera — Pompeii of the Ancient Aegean, London 1983
  55. Педро Сьеса де Леон. "Хроника Перу. Часть Первая". www.bloknot.info (А. Скромницкий). 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-11.
  56. Pedro Sarmiento de Gamboa. Historia de los Incas. Madrid 2007. Miraguano, Polifemo. ISBN 978-84-7813-228-7, ISBN 978-84-86547-57-8
  57. Zárate, Agustín de. Historia del descubrimiento y conquista del Perú // Biblioteca Peruana. Primera serie. Tomo II. — Lima: Editores Técnicos Asociados, 1968. — p. (pp. 110–113)
  58. Legendary continent of Atlantis as South America Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine Yoxlanılıb: 5 sentyabr 2014
  59. J. M. Allen Atlantis: The Andes Solution Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Yoxlanılıb: 5 sentyabr 2014
  60. Аноним. Рукопись 512. "Историческая реляция о неведомом и большом поселении, древнейшем, без жителей, кое было открыто в год 1753". Пер. О. Дьяконов, 2009–2010.
  61. Фосетт П. Г. Неоконченное путешествие. Мысль, 1975.
  62. Heckenberger, M. J. (2009). Lost cities of the Amazon. Arxivləşdirilib 2010-10-30 at the Wayback Machine Scientific American, 301(4), 64–71.
  63. Fawcett, P. H. and Fawcett, B. Exploration Fawcett (1953)
  64. "Apazauca spider". The Great Web of Percy Harrison Fawcett. 2020-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-30.
  65. The London Illustrated News 22 June 1924
  66. Fawcett, Brian (1958), Ruins in the Sky, Hutchinson of London
  67. Bermud üçbucağının sirri tapıldı Arxivləşdirilib 2015-08-04 at the Wayback Machine Rbcdaily.ru, Yoxlanılıb: 13 avqust 2014
  68. Hanson, Bill. The Atlantis Triangle. 2003.
  69. Bermuda yakınlarında bulunan batık şehir Arxivləşdirilib 2014-03-04 at the Wayback Machine epochtimestr.com
  70. Su altında batık şehirler Arxivləşdirilib 2014-03-04 at the Wayback Machine blog.world-mysteries.com
  71. Blavatsky maakte melding van Atlantis in haar eerste boek 'Isis Unveiled' (Isis Ontsluierd), gepubliceerd in 1877
  72. "Письма Махатм". — Самара, 1993.
  73. "Скотт-Эллиот У. "История Атлантиды"". 2014-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
  74. Ледбитер Ч. У. "Учителя и Путь" Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine, Адьяр, 1925, Теософическое издательство
  75. Jinarajadasa C. Occult Investigations (1938)
  76. Комментарий П. Томлинсона Arxivləşdirilib 2020-11-01 at the Wayback Machine Yoxlanılıb: 7 sentyabr 2014
  77. Технологии атлантов Arxivləşdirilib 2017-06-28 at the Wayback Machine Yoxlanılıb: 7 sentyabr 2014
  78. Schulten, Adof (1927). "Tartessos und Atlantis". Petermanns Geographische Mitteilungen (in German) 73: 284–288.
  79. Siehe: Karl Georg Zschaetsch, Atlantis, die Urheimat der Arier, Arier-Verlag, 1934
  80. Siehe: Heinrich Pudor, Völker aus Gottes Athem. Atlantis-Helgoland, das arisch-germanische Rassenhochzucht- und Kolonisations-Mutterland, Leipzig 1936
  81. Siehe: Miguel Serrano, Adolf Hitler – Der letzte Avatar, (1984) – Alfabeta Impresores, Santiago/Chile 2004
  82. Atlantis: The Antediluvian World (1882). [1]Русский перевод А. О. Альбедиль выходил в Самаре в 1998 и 2004 гг.
  83. Donnelly, I (1882). Atlantis: The Antediluvian World, New York: Harper & Bros. from Project Gutenberg, page 295.
  84. Parallele Lebensbeschreibungen: Solon XXXII.1–2.
  85. Galanopoulos, Angelos Geōrgiou, and Edward Bacon, Atlantis: The Truth Behind the Legend, Indianapolis: Bobbs-Merrill, 1969
  86. Possible Physical Evidence of Atlantis. Piri Reis Map. Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Lost-civilizations.net saytında, Yoxlanılıb: 13 avqust 2014
  87. William Scott-Elliot, The evolution of humanity, Issue 17 of Transactions of the London Lodge of the Theosophical Society, Theosophical Society (Great Britain). London Lodge, Kegan Paul, Trench, Trübner, & Co., 1893.
  88. H.-G. Nesselrath, compte-rendu de J. Collina-Girard, L'Atlantide retrouvée ?, BMCR, 2009 Arxivləşdirilib 2011-01-08 at the Wayback Machine : " Surely, one cannot fail to admire the tremendous efforts Collina-Girard has put into the collecting of all these examples of oral transmission; all of them, however, have in common that they commemorate events which happened more or less in the same region in which the stories were told, and thus conserve a certain significance for the later generations of the people living there; but what significance could the fact that a rather small island at the far western end of the Mediterranean submerged six or seven thousand years ago still have for Egyptians living thousands of years later and thousands of kilometers to the east? "
  89. William Scott-Elliot, The Story of Atlantis, Theosophical Publishing Society, 1896, p.18, p.41
  90. SANTESSON Hans Stephan – Batık Ülke MU Uygarlığı – RM Yayınları İstanbul 1989 – Sf. 2
  91. Bilim Araştırma Grubu – MU, Tarih Öncesi Evrensel Uygarlık – Bilim Araştırma Merkezi Yayınları – İstanbul 1978 – Sf. 15.
  92. David Ballingrud Underwater world: Man's doing or nature's? Arxivləşdirilib 2012-11-10 at the Wayback Machine Yoxlanılıb: 14 avqust 2014
  93. Atlantida və Krit Arxivləşdirilib 2021-06-14 at the Wayback Machine Yoxlanılıb: 16 sentyabr 2014
  94. Krit sivilizasiyası. Atlantida Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Yoxlanılıb: 16 sentyabr 2014
  95. Атлантида Иосифа Сталина Arxivləşdirilib 2014-08-09 at the Wayback Machine Yoxlanılıb: 7 sentyabr 2014
  96. Geoffrey Ashe, Encyclopedia of prophecy, ABC-CLIO, 2001, p.130.
  97. William Scott-Elliot, The Story of Atlantis, Theosophical Publishing Society, 1896, p.18, p.41
  98. Главная " Книги " Павлоу Стэл " Код Атлантиды " Страница 113
  99. René Treuil, Le Mythe de l'Atlantide, CNRS Éditions, 2012, 144 p.
  100. Helena Blavatsky, La Doctrine Secrète (1888), t. III : Anthropogenèse, trad. de l'an., Paris, Adyar, p. 3–11.
  101. Atlantida və Mars planeti 2009 Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine Yoxlanılıb: 7 sentyabr 2014
  102. Atlantida və Mars planetində olduğu barədə fərziyyələr Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine Yoxlanılıb: 7 sentyabr 2014
  103. Mars sivilizasiyası və Atlantida Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine Yoxlanılıb: 7 sentyabr 2014
  104. Atlantlar Marsda Arxivləşdirilib 2017-05-02 at the Wayback Machine Yoxlanılıb: 7 sentyabr 2014
  105. G. J. Baudy, "Die Wiederkehr des Typhon. Katastrophen-Topoi in nachjulianischer Rhetorik und Annalistik: zu literarischen Reflexen des 21 Juli 365 n. C.", JAC 35 (1992), 47–82
  106. National Geographic: Ancient Mediterranean Tsunami may strike again
  107. "Earthquake page of Dr. George P. C." 2018-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  108. Kisti.re.kr Arxivləşdirilib 2006-06-14 at the Wayback Machine, China virtual museums quake
  109. Ən dağıdıcı zəlzələ nə vaxt olub? Arxivləşdirilib 2011-05-07 at the Wayback Machine Milli.az saytında, Yoxlanılıb: 19 iyul, 2014
  110. Çində 1556-cı il zəlzələsi Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı, Yoxlanılıb: 19 avqust, 2014
  111. Messina Earthquake Arxivləşdirilib 2012-03-20 at the Wayback Machine Public Broadcasting Service saytında, Yoxlanılıb: 19 avqust, 2014
  112. 1908-ci il Messina zəlzələsi Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı, Yoxlanılıb: 19 avqust, 2014
  113. Fuad Sultanov, Z. Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.17
  114. "Earthquakes with 50,000 or More Deaths". USGS. 14 April 2011. 7 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 March 2012.
  115. Atlantida və yer qabığında baş verən hadisələr Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Historic.ru saytında, Yoxlanılıb: 19 avqust 2014
  116. Babiniotis, Lexicon of the Greek Language. Pelagos = Small Open sea
  117. Corc Erikson Atlantida Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Jerrypippin.com saytında, Yoxlanılıb: 13 avqust 2014
  118. P. Vidal-Naquet, " Athènes et l'Atlantide. Structure et signification d'un mythe platonicien ", Revue des Études Grecques, 77, 1964 et L'Atlantide. Petite histoire d'un mythe platonicien, Les Belles Lettres, Paris, 2005
  119. C. Gill, "The genre of the Atlantis Story", CPH, 72, 1977, p. 287–304 et " Plato's Atlantis story and the birth of fiction " Ph&Lit, 3, 1979, p. 64–78
  120. Vidal-Naquet, " L'Atlantide et les Nations " dans La Démocratie grecque vue d'ailleurs, Champs-Flammarion, Paris, 1990, p. 140.
  121. L. Robin, Platon, Paris (1935), 1994, p. 6
  122. H. Duchêne, " Et l'Atlantide fut détruite ", L'Histoire, no 265, 2002, p. 54
  123. Zhirov N. Th. Scientific Atlantology, Its Paths and Problem // Atlantis. — London: Atlantis Research Centre, 1959. — № 13. — P. 103–113.
  124. Никола́й Феодо́сьевич Жи́ров, 2004, с. 58
  125. The Legend of Atlantis. Atlantology Arxivləşdirilib 2011-12-09 at the Wayback Machine Yoxlanılıb: 5 sentyabr 2014
  126. The Legend of Atlantis. См. секцию Zhirov’s Writings Arxivləşdirilib 2012-05-07 at the Wayback Machine Yoxlanılıb: 5 sentyabr 2014
  127. Съянова Е. Е. "Нет, я ни о чём не жалею" // Знание-сила. 2008. № 9.
  128. Александр Воронин. Атлантида. По следам потерянной цивилизации. Научная атлантология Arxivləşdirilib 2011-10-24 at the Wayback Machine Yoxlanılıb: 5 sentyabr 2014
  129. Так, на сайте Белая Калитва Arxivləşdirilib 2012-05-23 at the Wayback Machine Yoxlanılıb: 5 sentyabr 2014
  130. Никола́й Феодо́сьевич Жи́ров, 1959, с. 103–113

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]