Aslan Xəlilov

ASLAN XƏLİLOV
Xəlilov Aslan
Doğum tarixi (62 yaş)
Doğum yeri Şamaxı rayonu
Elmi dərəcəsi

Aslan Xası oğlu Xəlilov (d.14 fevral, 1962, Şamaxı rayonu, Azərbaycan SSR) - azərbaycanlı alim, tarixçi, tarix elmləri doktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aslan Xəlilov 14 fevral 1962-ci ildə Şamaxı rayonunda anadan olub. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuş, 1985-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirmişdir. Təhsil aldığı müddətdə "Lenin təqaüdçüsü" olmuşdur. 1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

1996-cı ildə Azərbaycan tarixçiliyində ilk dəfə olaraq 31 mart soyqırımı mövzusunda "1917-1920-ci illərdə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə" adlı dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Bir monoqrafiyanın və 60-dan çox elmi-publisistik məqalənin müəllifidir.

2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 il müddətinə, 2007-ci ildə daha 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evlidir. İki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 10 fevral 2017. 2017-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]