Argentina–Braziliya müharibəsi

Argentina–Braziliya müharibəsi (isp. Guerra Argentino) — 10 dekabr 1825–27 avqust 1828 ci ildə baş verir. Birləşmiş Rio-de-la Platanın Braziliyanın nəzarətində olan Sisplatanıno (Uruqvay) ələ keçirmək ucbatından başlayır.Bu ərazilərin Braziliyanın nəzarətinə keçməsi Argentina İstiqlal müharibəsi dönəmində başlanmışdı. Müharibə Montevideo anlaşmasının imzalanması ilə başa catır.

Müharibə[redaktə | mənbəni redaktə et]

BraziliyaArgentina donanmaları.Punta Colares dəniz döyüşü

Argentina Braziliyanın nəzarətində olan Sisplatino ərazisi əvvəl Rio-de-la-Plata vice krallığına aid olmasını əsas gətirərək bu torpağı öz ərazisi hesab edirdi.Birləşmiş Pio-de-la-Plata provensiyası bütün siyasi vastələrə əl ataraq Uruqvayın yerli hakimiyyət rəhbəri Xuan Antonio Lavalexi özünə çəkərək Braziliyaya qarşı cıxmasına səbəb olur. Həmçinin Braziliyaya siyasi və maddi yardımdan imtina edirdi. Bu zaman iki dövlətlə əlaqələrin kəsilməsi bu ərazidə ticarətlə məşqul olan Böyük Britaniyanın etirazına səbəb olur. Belə ki, dövlətlərin siyası elitasına təsir imkanı olan Britaniya müharibənin gedişatına və nəticəsinə təsir edirdi. Britaniyanın xariçi işlər naziri Corc Kanning maliyə itgisi səbəbindən hər iki tərəfi hərbi məhkəməyə verir. Braziliyaya qarşı separatcılıqla məşqul olan partizanlara Fruktuoso RiveroXuan Antonio başçılıq edirdi. 1825-ci ildə Florida da Konqres çağrılır. Burada Sisplatinonun Uruqvayın Braziliyadan ayrılmasını (Portuqaliyanın müstəmləkəsi olmaqdadan çıxır) nəzərdə tuturdu. 1 yanvar 1826-cı ildə Argentina Braziliyaya müharibə elan edir. Buna qarşılıq Braziliya donanması La-Plata çayı hövzəsi,Buenos-AyresıMontevideonu mühasirəyə alır. Argentina cənuba Ensena limanına çəkilməyə məcbur olur. Sonradan Karmen-de-Pataqonesə çəkilir. Braziliya bu ərazini tutmağa cədh göstərir. Argentinanın bütün ticari əlaqələrini kəsməyə calışılır. Ehtiyat qüvvə catışmamazlığı və yerli müdafiəçilərin təziqi nəticəsində irrələmə mümkün olmur. Argentina ordusu başda Karlos Moriya de Alvear La-Platanı keçərək Durasnada düşərgə salır Braziliya ordusu Vikontom di Borbasen başda olmaqla əks hücuma keçir və İtusuinqo adlı yerdə döyüş olur. Döyüşün nəticəsi məlum olmur. I Pedru yeni quru əməliyyatları aparılması ücün 1826-cı ildə ölkənin cənubuna yeni qüvvələr yığılır. Bu qüvvələr əsasən könüllərdən və avropalı muzdlulardan ibarət idi. Əraziyə ardıcıl yeni qüvvələr göndərmək mümkün olmurdu. Üstəlik olkənin ozündə üsyanlar baş qaldırırdı ki, bu da braziliyalıların əsgərı cəhətdən axsamasına səbəb olurdu. Paytaxt Rio-de-Janeyro da üsyan qalxır. Müharibə artıq kiçik toqquşmalar xarakteri alır. Əsas döyüşlər quruda Larandi və dənizdə Monte Santiyaqo nisbətən seçilirdi. 1828-ci ildə Fruktuoso Riberi əks hücuma keçərək provensiyanın böyük hissəsini tutur. Britaniya Braziliyaya təziqi artırması sülh danışıqlarına başlamasına səbəb olur. 27 avqust 1828-ci ildə Montevideo sülh müqaviləsi imzalanır.

Nəticə[redaktə | mənbəni redaktə et]

Nəticədə hər iki ölkə böyük maddi itgiyə məruz qalır. Dünyanın böyük iqtisadi bölgəsində ticari əlaqələr kəsilir. Sonrada Rio-de-Janeyroda bu iqtisadi bölgə bərpa edilir. Burada düyanın nəhəng dövlətlərinin təziqi nəticəsində Birləşmiş Rio-de la Plata provensiyası və Braziliya İmperiyası ilə müqavilə imzalanır. Bu müqaviləyə görə şərq sahil ərazisində müstəqil Uruqvay dövləti, qərbi isə Braziliyaya verilir. Argentinanın Sisplatanı ələ keçirmək cəhdi bir nəticə vermədi. Braziliyanın ərazi itgisi və müharibəyə sərf olunan vəsait ölkədə üsyanlara səbəb olur. I Pedru hakimiyyətdən 1831-ci ildə getməli olur. Böyük Britaniya isə müharibədən öz xeyrinə La-Plata bölgəsində azad ticarət hüququ əldə edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]