Aqiyə Naxçıvanlı

Aqiyə Naxçıvanlı
Şəxsi məlumatlar
Doğum tarixi 11 mart 1950(1950-03-11) (74 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Elmi fəaliyyəti
Elmi adı

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Aqiyə Həbib qızı Naxçıvanlı (11 mart 1950, Vartaşen) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri[1], Azərbaycan Respublikasının əməkdar müəllimi.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Oğuz şəhərində anadan olub. 1957–1960-cı illərdə Oğuz (Vartaşen) şəhər 1 N-li orta məktəbin şagirdi olub. 1967–1972-ci illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (Bakı Slavyan Universiteti) tələbəsi olub. 2015-ci ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçilib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilati məsələləri şöbəsi müdirinin sabiq müavini Hüseyn Şərif oğlu Mövsümovla[3] ailəlidir[4], 2 övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1972-ci ildə təyinatla Oğuz rayon 2 N-li orta məktəbinə rus dili müəllimi göndərilib. Həmin illərdə məktəb – müəllim komsomol təşkilatının sədri seçilib. 1973-cü ildə Oğuz rayonunun Komsomol Komitəsinin məktəbli gənclərlə iş üzrə katibi seçilib. 1974–1977-ci illərdə Oğuz rayonu Komsomol Komitəsinin birinci katibi təyin edilib. 1975–1977-ci illərdə Rayon Partiya Komitəsinin büro üzvü, Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

  • 1977-ci ildə Azərbaycan LKGİ (Lenin Kommunist Gənclər Ittifaqının) Mərkəzi Komitəsinin məktəbli-gənclər şöbəsinin müdiri təyin edilib, Komsomolun Mərkəzi komitəsinin plenum üzvü seçilib.
  • 1978–1980-ci illərdə Bakı Ali Partiya məktəbinin müdavimi olub.
  • 1980–1983-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin ümumi şöbəsində təlimatçı vəzifəsində işləyib.
  • 1983-cü ildən 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsində işləyib.
  • 1986–1995-ci illərdə Bakı Ali Partiya məktəbinin "Rus dili və ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsində işləyib.
  • 1995-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun "Azərbaycan və rus dili" kafedrasının müdiri vəzifəsində çalışıb.
  • 1996-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
  • 1996–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun elmi katibi, Aspirantura şöbəsinin müdiri vəzifəsində çalışıb, eyni zamanda "Fəlsəfə" kafedrasının dosenti olub.
  • 1999–2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin dekanı vəzifəsində çalışıb.
  • 2002-ci ildə elmi pedaqoji fəaliyyətinin 30 illiyi münasibətilə rektorluq tərəfindən təşəkkür elan edilmişdir.
  • 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Fəlsəfə və Sosial psixologiya" kafedrasının dosenti elmi adı almışdır.
  • 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı Siyasi elmlər doktoru alimlik dərəcəsi verilmişdir.
  • 2000–2005-ci illərdə Səbail rayon YAP qadınlar şurasının sədr müavini seçilmişdir.
  • 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 28 mart, 713 saylı Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin olunmuşdur.
  • 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilmişdir.
  • 2007-ci ildə Beynəlxalq Kadr Akademiyasının rəyasət heyətinin qərarı ilə "Fəxri akademik" adına layiq görülmüşdür.
  • 2008-ci ildə Nərimanov rayon YAP siyasi şurasının üzvü seçilib.
  • 2010-cu ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib. Ehtiyatda olan tibb bacısıdır.
  • 2015-ci ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri[1].

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-12.
  2. 1 2 "Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3062 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 2008-09-25. 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
  3. "Prezident göstəriş verdi". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
  4. "Prezident Administrasiyasında KADR DƏYİŞİKLİYİ — FOTOLAR". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.