Aqil Nəbiyev

Aqil Nəbiyev
Ümumi məlumatlar
Tam adı Aqil Eldar oğlu Nəbiyev
Doğum tarixi (41 yaş)
Doğum yeri Tovuz, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 1.80 m
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Rəvan Bakı
Nömrəsi 5
Karyerası
Klub karyerası[* 1]
1999–2002 Azərbaycan Turan Tovuz 27 (0)
2002–2003 Azərbaycan Neftçi Bakı 7 (0)
2003–2006 Azərbaycan Turan Tovuz 30 (1)
2006–2013 Azərbaycan Olimpik 125 (0)
2013 Azərbaycan Bakı 8 (1)
2013–h.h. Azərbaycan Rəvan Bakı
Milli yığma[* 2]
2008–h.h. Azərbaycan Azərbaycan 9 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 28 oktyabr 2012 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 28 oktyabr 2012 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aqil Eldar oğlu Nəbiyev (16 iyun 1982[1][2], Tovuz) — azərbaycanlı keçmiş futbolçu və məşqçi. "Şüvəlan" klubunun məşqçisidir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqil Nəbiyev Tovuzda anadan olub. Uşaq yaşlarından doğma rayonda futbolla məşğul olmağa başlayıb. İlk məşqçisi Rəşid Alıyev olub. Daha sonra Nəriman Qasımovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlayıb.[3]

Aqil Nəbiyev Gəncə Texnologiya Universitetini bitirib. Bədən Tərbiyyəsi və İdman Akademiyasında ikinci təhsil alır. Ailəlidir, 3 övladı var. İkisi oğlan, biri qızdır.[3]

Karyerası[redaktə | mənbəni redaktə et]

18 yaşında ikən Xanoğlan Abbasovun rəhbərlik etdiyi Turanın əsas komandasına cəlb edilib. 2003-cü ildə icarə əsasında Neftçiyə keçib. Kazbek Tuayevin rəhbərliyi altında 6 ay çıxış edib və yenidən Turana qayıdıb. 2007-ci ildə Olimpikə transfer olunub.[3] 2013-cü il yanvardan avqusta qədər Bakının şərəfini qoruyub. 2013-cü ildə Rəvan Bakı klubuna transfer olunub.[4] Azərbaycan milli futbol komandasının heyətində 8 oyun keçirib.[3] Milli formada son oyunu 16 oktyabr 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Agil Nabiev // Transfermarkt (çd.). 2000.
  2. Agil Nabiyev // FBref.com (çd.).
  3. 1 2 3 4 "Aqil Nəbiyev-31 yaş". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
  4. 1 2 "Aqil Nəbiyev rəsmən "Rəvan"da". 2013-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]