Aqata Barbara

Aqata Barbara
malta Agatha Barbara
Doğum tarixi 11 mart 1923(1923-03-11)[1]
Vəfat tarixi 4 fevral 2002(2002-02-04)[1] (78 yaşında)
Fəaliyyəti siyasətçi, müəllimə
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aqata Barbara (ing. Agatha Barbara 11 mart 1923[1]4 fevral 2002[1]) — Maltanın dövlət xadimi və siyasətçisi, 1982-1987-ci illərdə Malta prezidenti.

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Karyerasına məktəbdə müəllim kimi başlamışdır (1942-1947). 1946-cı ildən siyasətdə fəal iştirak edir və Leyborist Partiyasına qoşulur. 1947-ci ildə Malta Leyborist Partiyasının İcraiyyə Komitəsinin üzvü olur və Maltanın Nümayəndələr Palatasına seçilir. Ölkədə ilk qadın millət vəkili kimi tarixə düşür. Sonradan 1982-ci ildə deputatlıqdan könüllü istefaya qədər Malta Parlamentinin də istisnasız olaraq bütün seçkilərdə deputat seçilir. 1955-ci ildə təhsil və mədəniyyət nazirinin portfelini təhvil alır. Bununlada ilk Malta qadın naziri olur. Təhsilin geniş əhali üçün daha əlçatan olmasına yönəlmiş bir islahatı həyata keçirir. Maltanın müstəqilliyi uğrunda fəal mübarizə aparır. Bu fikri təbliğ edərək Qərbi Avropa və ABŞ-yə çoxsaylı səfərlər təşkil edir və bu məsələ ilə bağlı BMT-də dəfələrlə çıxışlar edir.

1958-ci ildə Leyboristlər hökuməti süquta uğrayır və Barbara vəzifəsini tərk edir. O, daha sonra Maltadakı İngilis hakimiyyətinə qarşı nümayişlərdə iştirak etdiyinə görə həbs cəzasına məhkum edilir.

1971-ci ildə Leyboristlər yenidən hakimiyyətə gəlir. Bu dəfə Barbara yenidən Təhsil və Mədəniyyət Nazirinin olur. Bu vəzifədə diqqətini ilk növbədə texniki təhsil sisteminin qurulmasına yönəlmiş islahatlara həsr edir.

1974-1981-ci illərdə Əmək, Məşğulluq və Sosial Təminat Naziri (1976-cı ildən - Əmək, Sosial Təminat və Mədəniyyət), Baş nazirin müavini vəzifəsini icra edir. İşçilər üçün sosial zəmanətlərin artırılması və işsizliyin azaldılması sahəsində nəzərəçarpan uğurlara imza atır. Maltada muzey biznesinin inkişafına mühüm töhfə verir[2]. Sosialist partiyasının nümayəndəsi kimi, Maltanın mədəni həyatının dünyəviləşməsi üçün mübarizə aparır. Xeyriyyəçilik işlərinin təşkilində fəal iştirak edir. 1981-ci il seçkiləri konstitusiya böhranına səbəb olur. Çünki Milliyyətçi Partiya səs çoxluğunu qazansada parlamentdəki azlıq ola Leyborist Partiyası üçün 34-ə qarşı 31 olur. Milliyyətçi Partiyadan olan millət vəkilləri parlamenti boykot edir və etiraz nümayişləri başlayır. Beləliklə 15 fevral 1982-ci ildə Maltanın prezidentliyini gətirilən Barbaranın vəzifəsi Maltadakı iki əsas siyasi partiya arasındakı münaqişəni həll etmək olur. O, vəziyyətin pisləşməsinin qarşısını alaraq bunu bacarır.

1987-ci ildə onun prezidentlik müddəti başa çatdı və 2002-ci ildə öldüyü məmləkəti Zabbara qayıdır.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

  • Aqata Barbaranın portreti 1986-cı ildə buraxılmış Malta əskinasların üzərində yerləşdirilmişdir[3]..
  • 23 aprel 2006-cı ildə Malta Prezidenti Edvard Fenek Adaminin sərəncamı ilə Zabbarda Barbaranın şərəfinə bir abidə qoyulur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Agatha Barbara // Munzinger Personen (alm.).
  2. Commonwealth: Volumes 23-24. — Royal Commonwealth Society, 1979. — С. 26.
  3. George S. Cuhaj — 2014 Standard Catalog of World Paper Money Modern Issues 1961-Present 20th Ed