Antihitler koalisiyası

Wikipedia open wikipedia design.

Antihitler koalisiyası (ing. Allies of World War II) - İkinci dünya müharibəsi zamanı (1939-45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq.

Ümumi məlumat[redaktə | əsas redaktə]

Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu Antihitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində Antihitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri U.Çörçill, iyunun 24-də isə ABŞ prezidenti F.Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Antihitler koalisiyasının diplomatikhüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-uoktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu. Konfransda ABŞ və İngiltərənin SSRİ-yə hərbi yardımı barədə protokol imzalandı. 1942-ci il yanvarın 1-də (ABŞ rəsmən müharibəyə qoşulduqdan sonra) Vaşinqtonda iyirmi altı dövlətin bəyənnaməsi (1942) imzalandı. Tehran konfransı (1943) Antihitler koalisiyasının inkişafında mühüm hadisə oldu. Bu konfransda qərb dövlətləri 1944-ci ilin may ayında 2-ci cəbhəni açacaqlarını vəd etdilər. SSRİ hökuməti Almaniya məğlub edildikdən sonra Yaponiyaya qarşı müharibəyə başlamağı öhdəsinə götürdü. Müharibədən sonra əməkdaşlıq haqqında, həmçinin Polşanın sərhədləri barədə deklarasiyalar qəbul edildi. 1944-ci il iyunun 6-da qərb müttəfiqlərinin Normandiyaya desant çıxarmasından sonra hərbi əməkdaşlıq genişləndirildi. 1943–45-ci illərdə İngiltərə, Amerika və Almaniya arasındakı gizli danışıqlar nəticəsində Antihitler koalisiya daxilində münasibətlərin kəskinləşməsinə baxmayaraq, Krım konfransında (1945) müharibədən sonrakı vəziyyət barədə müzakirələr aparıldı. San-Fransisko konfransında (1945) BMT-nin nizamnaməsi qəbul edildi. Potsdam konfransında (1945) müharibədən sonrakı Almaniyanın idarəedilmə prinsipləri razılaşdırıldı. 1945-ci il may ayının 8-də Almaniyanın kapitulyasiyası haqqında aktı qəbul etdikdən sonra Antihitler koalisiya Almaniyanı idarə etməyə başladı. Antihitelr koalisiya tərəfindən yaradılmış beynəlxalq tribunal hərbi cinayətkarların məhkəməsinə başladı. 1945-ci ilin yazında SSRİ ilə qərb dövlətləri arasında ziddiyətlər artdı. Buna baxmayaraq SSRİ 1945-ci il avqustun 9-da öhdəliyini yerinə yetirərək Yaponiyaya müharibə elan etdi və onun Kvantun ordusunu darmadağın etdi. 1947-ci ilin 2-ci yarısında «soyuq müharibə» nəticəsində Antihitler koalisiyasının fəaliyyəti dayandırıldı.[1]

Polşanın işğalından sonra[redaktə | əsas redaktə]

aprel 1940

Qəribə müharibədən sonra[redaktə | əsas redaktə]

Barbarossa əməliyyatından sonra[redaktə | əsas redaktə]

Pyörl-Harbora hücumundan sonra[redaktə | əsas redaktə]

Birləşmiş Millətlərin deklarasiyasından sonra[redaktə | əsas redaktə]

Normandiya əməliyyatından sonra[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Antihitler koalisiyası". Azərbaycan Milli Ensiklopediyası[25 cilddə]. I cild (10 000 nüs.). Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. baş red. M. K. Kərimov. 2009. səh. 539. ISBN 978-9952-441-02-4.
  2. Weinberg, Gerhard L. (2005) A World at Arms: A Global History of World War II (2nd ed.). Cambridge University Press. pp. 6.
  3. Morgan, Kenneth (2012). Australia: A Very Short Introduction. Oxford: Oxford University Press. 89. ISBN 9780199589937.
  4. 1 2 "1939: Britain and France declare war on Germany". BBC. İstifadə tarixi: 17 February 2015.
  5. Connelly, Mark (2012). The IRA on Film and Television: A History. McFarland. 68. ISBN 9780786489619.
  6. Weinberg, Gerhard L. (2005). A World at Arms: A Global History of World War II. Cambridge University Press. 65. ISBN 9780521618267.
  7. 'New Zealand declares war on Germany', URL: http://www.nzhistory.net.nz/new-zealand-declares-war-on-germany, (Ministry for Culture and Heritage), updated 14-Oct-2014
  8. Selley, Ron; Cocks, Kerrin (2014). I Won't Be Home Next Summer: Flight Lieutenant R.N. Selley DFC (1917Ð1941). Pinetown: 30 Degrees South Publishers. 89. ISBN 9781928211198.
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Martin, Chris (2011). World War II: The Book of Lists. Stroud: The History Press. 8–11. ISBN 9780752467047.
  10. Kluckhohn, Frank L. (8 December 1941). "U.S. Declares War, Pacific Battle Widens". The New York Times: 1.
  11. Dear and Foot, Oxford Companion to World War II pp 878-9


This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek