Anna Uşenina

Anna Uşenina
ukr. Анна Юріївна Ушеніна
Ölkə Ukrayna Ukrayna
Doğum tarixi (38 yaş)
Doğum yeri Xarkov, Ukrayna SSR SSRİ
Yaşadığı yer Xarkov
Titulu Qrossmeyster
Son reytinqi
  • 2.415 (dekabr 2023)[1]
FİDE nömrəsi 14110911
Dünya çempionluğu (2012-2013)
Mükafatları 2-ci dərəcəli "Knyaginya Olqa" ordeni 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni "Ukrayna müstəqilliyinin 25 illiyi" yubiley medalı
ushenina.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna Uşenina (ukr. Анна Юріївна Ушеніна; 30 avqust 1985, Xarkov) — 2012-ci ilin noyabrında Qadınların Dünya Şahmat Çempionatının qalibi olmuş və bu adı 2013-cü ilin sentyabrına kimi qoruyub saxlamış Ukraynalı qrosmeyster.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Uşenina doğulduğu şəhər olan Xarkovda yaşayır. 7 yaşı olanda anası musiqi və rəssamlıqla yanaşı onu şahmatla tanış etdi.[2] O, düz 15 ildən sonra (20 yaşında) Ukraynada qızlar arasında keçirilən çempionatda çempion oldu. 2000–2002-ci ildə Xarkov idman məktəbində şahmat öyrənməsinə baxmayaraq, o, şahmat bacarıqlarının çoxunu özü öyrənmişdi. Bu idman məktəbində onun məşqçisi Beynəlxalq Usta Artem Tsepotan idi.[3]

Qadınların dünya çempionatı[redaktə | mənbəni redaktə et]

2012-ci il Qadınların Dünya Şahmat Çempionatının finalında Antoaneta Stefanova üzərində tay-brekdə qələbə qazandı. Bu çempionluq ona qrosmeyster adını almaq hüququnu verdi.

O, 2013-cü ildə Qadınların Dünya Şahmat Çempionatında Hou Yifana uduzaraq, bu adı itirdi.[4]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. FİDE FIDE Standard Ratings as of 31 december 2023. 2023.
  2. "Interview (in Russian)". 2007-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-01.
  3. "Arxivlənmiş surət". 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-01.
  4. "ChessBase News | Taizhou 07: Hou Yifan is World Champion". Chessbase.com. 2013-09-20. 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-20.