Anlonqvenq dairəsi

Dairə
Anlonqvenq
អន្លុងវែង
14°14′00″ şm. e. 104°05′00″ ş. u.
Ölkə  Kamboca
Rayon Oddarmeantey
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+7
Rəqəmsal identifikatorlar
Telefon kodu +855
Xəritəni göstər/gizlə
Anlonqvenq xəritədə
Anlonqvenq
Anlonqvenq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anlonqvenq dairəsi [1] (khm. ស្រុកអន្លុងវែង) — Kambocanın şimal-qərbində yerləşən, Oddarmeantey əyalətinə daxil olan əyalətdir. Dairənin inzibati mərkəzi həmçinin Anlonqvenq adlanır. Dairənin əhalisi 1998-ci il siyahıya alma zamanı münaqişəyə görə hesablanmırdı. Daha sonralar siyahıya almalar davam etdirilmişdir.[2]

Coğrafi mövqeyi[redaktə | mənbəni redaktə et]

Anlonqvenq əyaləti Danqrek dağları ərazisində yerləşmişdir. Bu dağlar Kambocanın ekstremal hissəsi hesab olunur və ölkənin şimalında yerləşmişdir. Dairə Siemrapadan 125 kilometr şimalda, Taylandın beynəlxalq sərhəd keçidi yaxınlığında yerləşmişdir. Bilavasitə şimala şəhərdən damba olur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Anlonqvenq dairəsi iki əsas səbəbdən bu qədər məşhurluq əldə etmişdir: Dairə Qırmızı kxmerlərin son qalası idi. Həmin qala yalnız hökumət nəzarəti altına 1998-ci ildə keçmişdir. Həmçinin dairəyə bu qədər məşhurluq gətirən Pol Potun burada vəfat etməsi və ölümündən bir neçə gün sonra burada yandırılması olmuşdur. Danqrek dağları baza kimi Kxmer Respublikasının (General Lon Nolanın idarəetmə rejimi zamanı, 1970 — 1975) mübarizəsi zamanı qırmızı kxmerlər tərəfindən istifadə olunurdu.

Kambocanın Vyetnam işğalı və Vyetnam qoşunlarının çıxarılağmasının sonuna yaxın qırmızı kxmerlər Taylandla sərhədin uzununa istiqamətində Danqrek dağlarında öz köhnə bazalarını dirçəltdilər. Anlonqvenq dairəsi bir müddət qırmızı kxmerlərin "paytaxtı" olmuşdur. 1990-cı illərdə qırmızı kxmerlər Anlonqvenqə hələ də nəzarət edirdilər.

Hal-hazıri vəziyyəti[redaktə | mənbəni redaktə et]

Baş nazir Xun Sen 2001-ci ildə bu dairəni inkişaf etdirmək üçün sərəncam imzaladı. Preaxvixeya məbədinə Siemreapadan yol çəkilməyə başlandı. Memorial inşa olundu. Əsas məqsəd isə Anqlonqvenq dairəsini turizm mərkəzinə çevirmək idi.[3] Hal-hazırda Anqlonvenq dairəsi Siemreapom şəhəri ilə (125 kilometr) 67№ -li asfalt döşənmiş yol ilə əlaqələnmişdir. Ta Mokanın qəbri və evi, həmçinin Pol Potun kremasiya olunmuş yeri və məzarı turistlər üçün görməli yerlər hesab olunur. Onlar üçün hal-hazırda mehmanxanalar və otaqlar tikilir. Yaxın zamanlarda dairədə kazinonun tikilməsi planlaşdırılır.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Карта Кампучии, масштаб 1:1 000 000, ГУГК, 1980 год
  2. "General Population Census of Cambodia 1998, Final Census Results" (PDF). National Institute of Statistics, Ministry of Planning, Cambodia. August, 2002. 2012-08-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-11-25. стр.271
  3. "Historical Restoration Initiative circular (Dec 2001)" (PDF). 2011-10-02 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  4. "Анлонгвэнг на Lonely Planet". 2011-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]