Andre Şarl Bul

Andre Şarl Bul
André-Charles Boulle
Doğum tarixi
Doğum yeri Paris, Fransa
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri Paris, Fransa
Fəaliyyəti mebel ustası, dizayner, qravüraçı
Fəaliyyət illəri 1666–1732
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andre Şarl Bul (11.11.1642,Paris – 28 və ya 29.2.1732, Paris) — fransız mebel ustası. 1672-ci ildən XIV Lüdovikin saray ustası. Luvr, MarliVersalda dekorativ işlər (qiymətli ağac növlərindən istifadə etməklə divar marketri və s.) görmüşdür.

Həyatı[redaktə | mənbəni redaktə et]

Bulun mebel emalatxanasında dörd oğlu: Filipp Bul (1678–1744), Pyer Benua Bul (1680–1741), Andre Şarl Bul (Bul de Süv, 1685–1745; həmçinin heykəltaraş) və Kiçik Şarl Jozef Bul (1688–1754) işləmişdir. Onların yaratdığı mebel nümunələrində rokokoya təkamül edən klasisizm və barokko əlamətləri birləşirdi. Bu mebelləri effektlilik, dekorun zənginliyi, həmçinin düz xətlərin və əyri -xətli naxışların uyarlı gözəlliyi, ornament və inkrustasiyanın dekorativliyi (səthə yapışdırılmış tunc, abnos ağacından, fil sümüyü, sədəf və tısbağa qınından istifadə etməklə düzəldilən marketri) fərqləndirirdi. Əsasən, Luvr da, Klüni Muzeyində (Paris), Versalda, Fontenbloda, Volles kolleksiyasında, Viktoriya və Albert Muzeyində (London), Ermitajda (S.- Peterburq) saxlanılır. "Bul", həmçinin 17-ci əsrin sonu – 18-ci əsrin 1-ci yarısında fransız saray mebeli sənətində üslub idi.[2]

Muzeylər və sərgilər[redaktə | mənbəni redaktə et]

Andre Şarl Bulun mebel kolleksiyalarına dünyanın bir çox muzeylərində rast gəlinir:

Bundan əlavə, Andre Şarl bulun mebelleri bir sıra fransız saraylarını bəzəyir.

  • Versal
  • Vo-le-Vikont
  • Şantil
  • Şeverni

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. RKDartists (nid.).
  2. Bul// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 63-64.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]