Amerika

Amerika qitəsi

Amerika[1][2]Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000  km² dir. Şimali AmerikaCənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur.

Qitənin ərazicə ən böyük ölkəsi Kanadadır.

Relyefi[redaktə | əsas redaktə]

Qitənin qərbi dağlıq, şərqi isə düzənlikdir. Qitənin qərbində And-Kordilyer dağ sistemi, şərqində isə Appalaç dağları yerləşirQitəsin ən hündur zirvəsi Akonqakua dağıdır .oroldilyerin ən uca zirvəsisə i Uitnidir (4418m)) ŞimaıAmerikanın n dəniz səviyyəsindən ən yüksək nöqtəsi Alyaska yarımadasının şimalında yerləşən Mak-Kinli dağıdır (6194m). Dəniz səviyyəsindən ən aşağı nöqtəsi isə Kaliforniya ştatında yerləşən Ölüm dərəsidir (-86m Ölüm dərəsi təkcə Şimali Amerikada deyil, bütün Amerika qitəsində ən alçaq yer hesab olunur.).

Şimali Amerika Orisaba, Taxumulko , Reynir , Şasta , Kolima , Popokatepetl , Momotombo , Veniaminov vulkanları yerləşir.

Tarix[redaktə | əsas redaktə]

Xristofor Kolumb 1492-ci ildə Amerika qitəsini Avropa üçün kəşf etmişdir. Kolumbun əsas məqsədi Hindistana gedən qısa dəniz yolunu kəşf etmək idi. Kolumb Amerika sahillərinə dörd dəfə səyahət etmişdir. Lakin o ömrü boyu buranın Hindistan olduğunu sanmışdır və onun ilk olaraq kəşf etdiyi adalar indi də "Vest İnd" — Qərbi Hindistan adlandırılmaqdadır. Kolumbla birlikdə səyahət etmiş xəritəşünas Ameriqo Vespuççi isə bu torpaqların yeni bir qitə olduğunu söyləmişdir. Bu səbəbdən yeni kəşf edilən qitə Ameriqo Vespuççinin şərəfinə Amerika adlandırılmışdır.

İstinadlar[redaktə | əsas redaktə]

  1. america — Definition from the Merriam-Webster Online Dictionary. Retrieved on January 27, 2008.
  2. america. Dictionary.com. The American Heritage Dictionary of the English Language, Fourth Edition. Houghton Mifflin Company, 2004. dictionary.reference.com (accessed: January 27, 2008).

Xarici keçidlər[redaktə | əsas redaktə]