Almaniya Demokratik Respublikası

Wikipedia open wikipedia design.

Tarixi dövlət
Almaniya Demokratik Respublikası
alm. Deutsche Demokratische Republik
Bayraq Gerb
Bayraq Gerb
Himn: '
East Germany 1956-1990.svg

Paytaxt Şərqi Berlin[d]
Dil(lər) almanca
Pul vahidi Alman markı
Sahəsi
  • 108.179 km²
Əhalisi
  • 16.111.000 nəf. (1990)
İdarəetmə forması Diktaturaparlamentli respublika
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Almaniya Demokratik Respublikası (ADR, qeyri-rəsmi adı Şərqi Almaniya, Deutsche Demokratische Republik) — İkinci Dünya Müharibəsindən sonra Almaniyanın bölünməsi nəticəsində Mərkəzi Avropada yaradılan keçmiş sosialist dövləti. AFR, ÇSSR (indiki Çexiya) və PXR (indiki Polşa) ilə həmsərhəd idi. Şimaldan Baltik dənizi ilə hüdudlanırdı. Sahəsi 108,2 min km., paytaxtı Berlin idi. Əsas şəhərləri Leypsiq, Drezden, Frankfurt-Oder, Erfurt, RostokKotbus sayılırdı. ADR konstitusiyası əvvəlcə 1949-cu il oktyabr ayının 7-də, sonra isə 1968-ci ildə qəbul olunmuşdu. Dövlət hakimiyyətinin ali orqanı əhalinin 5 il müddətinə seçdiyi Xalq Palatası idi. Xalq Palatası Dövlət Şurasının sədrini və üzvlərini, höküməti (Nazirlər Şurası), Milli Müdəfiə Şurasının sədrini, Ali Məhkəmə üzvlərini və Baş prokuroru seçirdi.

1990-cı ildə AFR Almaniya Federativ Respublikası ilə birləşmişdir.

İstinadlar[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek