Almalıtala

Almalıtala
40°39′53″ şm. e. 45°40′45″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 316 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Almalıtala xəritədə
Almalıtala
Almalıtala

Almalıtala (tarixi adı: Çanaxçı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd.[2]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Oykonim almalı (alma ağacları olan) və tala (ətraf ərazidən fərqli sahə) sözlərindən düzəlib, "alma ağacları olan tala" deməkdir. Keçmişdə "Çanaxçı" da adlanırdı. Yaşayış məntəqəsi cır alma ağaclarının bol olduğu talada çanaxçı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Almalıdərə (Oğuz, Zəngilan, Goyçay, Laçın), Almalı düzü (Kəlbəcər), Almalı çökək (Gədəbəy), Almalı cuxur (Laçın) yer adları da "alma ağacları ilə zəngin yer" mənasını ifadə edir.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Almalıtala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
5194 Məbəd[4] Qeyd olunmayıb Almalıtala kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd ziyarətgah yerlərindən biri olan Haçaqaya ziyarətgahı və yüksəkliyinin yaxınlığında, dəniz səviyyəsindən təqribən 1800 m yüksəklikdə yerləşir. Qeyri-maili torpaq səthinə sahib olan kənd, mərkəzdən keçən kiçik kənd çayı — Ağçay vasitəsi ilə 2 hissəyə ayrılır. Kəndin yaxınlığından — girişindən regionun böyük çaylarından olan Zəyəmçay keçir.

Belə yüksəklikdə yerləşdiyinə görə iqlimi yayda mülayim, qışda isə sərt olur.

Əhalisi[redaktə | mənbəni redaktə et]

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] 220 114 106
2009[6] ↗316 ↗164 ↗152

Şəhidləri[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhali əsəsan kənd təsərrüfatının 2 sahəsi ilə — əkinçilikheyvandarlıqla məşğul olur. Əkinçilikdə əsasən kartof əkininə üstünlük verilir. Bundan başqa az miqdarda qarğıdalı, günəbaxantərəvəz çeşitləri də əkilir. Heyvandarlıqda iri və xırda buynuzlu heyvanlar saxlanılır. Bundan başqa meyvə — alma, armud, fındıq, qoz, qara moruq və s. də yetişdirilir.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə Almalıtala kənd kitabxana filialı fəaliyyət göstərir.[8]

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə Almalıtala kənd ibtidai məktəbi fəaliyyət göstərir.[9][10]

Din[redaktə | mənbəni redaktə et]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə[redaktə | mənbəni redaktə et]

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  3. Almalıtala // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 37. ISBN 978-9952-34-155-3.
  4. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 157.
  6. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 210". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  7. "Vətən müharibəsi şəhidi Əliyev Cavid Şaban oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
  8. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  9. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  10. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]